Məhkəmə qərarları › İş №e-2-2(119)-1166/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1166/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1166/2023 11.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 08 sentyabr 2017-ci il tarixli, 81 saylı müqavilə üzrə 21386,26 (iyirmi bir min üç yüz səksən altı manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, həmin borca görə hesablanmış 535 (beş yüz otuz beş) manat məbləğində faiz borcu və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 22121,26 (iyirmi iki min yüz iyirmi bir manat iyirmi altı qəpik) manat və 20 oktyabr 2018-ci il tarixli, 66 saylı müqavilə üzrə 708,61 (yeddi yüz səkkiz manat altmış bir qəpik) manat məbləğində əsas borc, həmin borca görə hesablanmış 35,4 (otuz beş manat qırx qəpik) manat məbləğində faiz borcu və ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 784 (yeddi yüz səksən dörd) manat olmaqla, cəmi 22905,26 (iyirmi iki min doqquz yüz beş manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin birdəfəlik tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cari bank hesabına köçürülməklə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “qara metal qırıntısının alqısatqısı” haqqında 08 sentyabr 2017-ci il tarixli, 81 saylı və “içməli su ilə təchiz edilməsi” haqqında 20 oktyabr 2018-ci il tarixli, 66 saylı müqavilələr bağlanmışdır. “Qara metal qırıntısının alqı-satqısı” haqqında 08 sentyabr 2017-ci il tarixli, 81 saylı müqavilənin şərtlərinə görə satıcı İddiaçı struktur təşkilatlarının Pirallahı rayonunu əhatə edən ərazilərdə yararsız qara metal qırıntılarından ibarət olan əmlakını alıcıya verməyi, alıcı isə malı qəbul edib əvəzində razılaşma protokolu ilə müəyyən edilmiş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, malın 1 (bir) tonunun qiyməti ƏDV daxil olmaqla 60 (altmış) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aldığı malın əvəzi olaraq cüzi məbləğdə ödəniş etmiş, müqavilənin şərtlərini pozaraq satılmış qara metal qırıntısına görə 21386,26 (iyirmi bir min üç yüz səksən altı manat iyirmi altı qəpik) manat məbləğində borcunu ödəməmişdir. Sözügedən müqavilənin 4.3-cü bəndinə əsasən alıcı vergi hesab fakturasını aldığı tarixdən orada göstərilən məbləği 10 (on) iş günü müddətində satıcının bank hesabına köçürməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən alıcı hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,05%-i həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 0,5%-i həddində müəyyən edilir. “İçməli su ilə təchiz edilməsi” haqqında 20 oktyabr 2018-ci il tarixli, 66 saylı müqavilənin şərtlərinə görə isə satıcı İddiaçı “Şıxov” Estakadası ərazisində Xəzər dalma qurğularının söküntüsü işlərini aparan alıcı Cavabdeh işməli su ilə təchiz edir, alıcı isə su sayğacı əsasında istifadə etdiyi suyun dəyərini vaxtında və tam həcmdə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən alıcı sayğac göstəricilərinə əsasən istifadə etdiyi hər 1 (bir) kub metr su üçün satıcıya ƏDV ilə birlikdə 1 (bir) manat ödəyir. Cavabdeh müqavilənin şərtlərini pozaraq içməli su təchizatına görə 708,61 (yeddi yüz səkkiz manat altmış bir qəpik) manat məbləğində borcunu ödəməmişdir. Sözügedən müqavilənin 3.4-cü bəndinə əsasən, müqavilənin icrası ilə əlaqədar bütün ödənişlər satıcının təqdim etdiyi hesab-faktura əsasında və həmin hesab-fakturanın təqdim edildiyi tarixdən 30 (otuz) tədim günü müddətində alıcı tərəfindən satıcının bank hesabına köçürülməlidir. Qeyd olunan müqavilələr çərçivəsində İddiaçı öz üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq Cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və hal-hazırki vaxtadək borcunu ödəməmişdir. xx.xx.2018-ci il tarixli, 66 saylı müqavilənin 2.4-cü bəndinə görə müqaviləyə əsasən öz öhdəliyini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəf bununla əlaqədar olaraq dəymiş zərəri ödəyir. Təqsirkar tərəf öhdəliklərini yerinə yetirməkdən azad edilmir. Hər iki müqavilə üzrə borcun ödənilməsinə dair cavabdehə xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya məktubu göndərilmiş, mediasiyaya dəvət edilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamış, pretenziyaya cavab verməmiş və mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə 27 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı arasında olan müqavilə üzrə işlərin 2018-ci ilin dekabr ayında dayandırıldığını və ondan sonra tərəflər arasında heç bir əməkdaşlıq, söhbət və müzakirələrin olmadığını bildirmiş və iddia müddəti ötürülməsi ilə əlaqədar iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, müqavilələr üzrə ödənişlərin sonuncu dəfə 2018-ci ildə həyata keçirildiyini bildirmiş, eyni zamanda Cavabdeh qanuni təmsilçisi tərəfindən iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verilsə də, cavabdehə ödəniş üçün vaxt verildiyindən ötürülən müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə izahatında hər iki müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Lakin Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 08 sentyabr 2017-ci il tarixli, 81 nömrəli “Qara metal qırıntısının alqı-satqısı haqqında" müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur təşkilatlarının Pirallahı rayonunu əhatə edən ərazilərdə yararsız qara metal qırıntılarından ibarət olan əmlakını alıcıya verməyi, alıcı isə malı qəbul edib əvəzində razılaşma protokolu ilə müəyyən edilmiş qiymətini "satıcı"ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən malı qaiməfaktura əsasında satıcının strukturuna daxil olan təşkilatların ərazisində alıcıya satır. Həmin müqavilənin 5.1-ci bədinə görə müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2018-ci il tarixinə kimidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən 2190,12 manat dəyərində qara metal qırıntısı 03 noyabr 2017-ci il tarixli 969880 nömrəli, 665,25 manat dəyərində qara metal qırıntısı 03 noyabr 2017-ci il tarixli 969881 nömrəli, 1546,27 manat dəyərində qara metal qırıntısı 28 noyabr 2017-ci il tarixli 969916 nömrəli, 784,24 manat dəyərində qara metal qırıntısı 17 yanvar 2018-ci il tarixli 969951 nömrəli, 254,41 manat dəyərində qara metal qırıntısı 26 yanvar 2018-ci il tarixli 969965 nömrəli, 210 manat dəyərində qara metal qırıntısı 06 mart 2018-ci il tarixli 256579 nömrəli, 592,23 manat dəyərində qara metal qırıntısı əlaqədar 31 may 2018-ci il tarixli 970106 nömrəli, 290,78 manat dəyərində qara metal qırıntısı 27 iyun 2018-ci il tarixli 970132 nömrəli, 1889,62 manat dəyərində qara metal qırıntısı 27 iyun 2018-ci il tarixli 970131 nömrəli, 3 manat dəyərində qara metal qırıntısı 29 iyun 2018-ci il tarixli 970134 nömrəli, 11,52 manat dəyərində qara metal qırıntısı 29 iyun 2018-ci il tarixli 970136 nömrəli, 7940,80 manat dəyərində qara metal qırıntısı 30 iyul 2018-ci il tarixli 970153 nömrəli, 550,82 manat dəyərində qara metal qırıntısı 30 iyul 2018-ci il tarixli 970154 nömrəli, 7835,19 manat dəyərində qara metal qırıntısı 31 avqust 2018-ci il tarixli 970181 nömrəli, 1028,45 manat dəyərində qara metal qırıntısı 28 sentyabr 2018-ci il tarixli 970207 nömrəli qaimə-faktura əsasında Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 16 fevral 2018-ci il tarixli aktdan görünür ki, 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən Cavabdehnə 3 ton 500 kq qara metal təhvil verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən Cavabdehnə 784,24 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 17 yanvar 2018-ci il tarixli EAAG seriyalı 306378 nömrəli, 254,41 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 29 yanvar 2018-ci il tarixli EAAG seriyalı 601185 nömrəli, 210,01 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 07 mart 2018-ci il tarixli EAAH seriyalı 528111 nömrəli, 592,23 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 01 iyun 2018-ci il tarixli EAAJ seriyalı 532058 nömrəli, 3438,77 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 05 iyul 2018-ci il tarixli EAAK seriyalı 376729 nömrəli, 8491,62 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 31 iyul 2018-ci il tarixli EAAK seriyalı 982267 nömrəli, 7835,19 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 03 sentyabr 2018-ci il tarixli EAAL seriyalı 786849 nömrəli, 1028,45 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar 28 sentyabr 2018-ci il tarixli EAAM seriyalı 430377 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 08 sentyabr 2017-ci il tarixli, 81 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə məxsus bank hesabına 29 noyabr 2017-ci il tarixdə 2419,80 manat, 27 dekabr 2017-ci il tarixdə 1310,40 manat, 04 aprel 2018-ci il tarixdə 1058,18 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan “Qarşılıqlı borcların üzləşdirilməsi” haqqında akta əsasən 02 aprel 2018-ci il tarixə Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə olan borcu 1248,65 manat təşkil etmişdir. İş materiallarında olan satıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 20 oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satıcının struktur təşkilatı oln Dalğıc Xidməti əraziyə quraşdırılacaq su sayğacı əsasında SOCAR-ın Kompleks qazma İşləri Tresti ilə bağlanmış xx.xx.2018-ci il tarixli QMKQİT/001 nömrəli müqavilə əsasında “Şıxov” Estakadası ərazisində Xəzər dalma qurğularının söküntüsü işlərini aparan Cavabdeh içməli su ilə təchiz edir, alıcı isə su sayğacı əsasında istifadə etdiyi suyun dəyərini vaxtında və tam həcmdə "satıcı"ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar bütün ödənişlər satıcının təqdim etdiyi hesab faktura əsasında təqdim olunma tarixindən 30 (otuz) təqvim günü müddətində alıcı tərəfindən satıcının bank hesabına köçürülür. Həmin müqavilənin 6.7-ci bədinə görə bu müqavilə 1(bir) il müddətinə qüvvədədir. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, Dalğıc Xidmətinin inzibati binasının ərazisində yerləşən STV-65 markalı su sayğacında göstərilən su sərfiyyatına əsasən 2018-ci ilin oktyabr ayında Cavabdehinə 225 m3 içməli su verilmişdir. İş materiallarında olan 20 noyabr 2018-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2o oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqaviləyə əsasən 2019-cu ilin noyabr ayında Cəmiyyətə 120,7 m3 içməli su verilmişdir. İş materiallarında olan 19 dekabr 2018-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqaviləyə əsasən 2019-cu ilin dekabr ayında Cəmiyyətə 195,94 m3 içməli su verilmişdir. İş materiallarında olan 29 yanvar 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqaviləyə əsasən 2019-cu ilin yanvar ayında Cəmiyyətə 167 m3 içməli su verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən Cavabdehnə 345,69 manat dəyərində içməli su verilməsi ilə əlaqədar 22 noyabr 2018-ci il tarixli EAAN seriyalı 796315 nömrəli, 195,91 manat dəyərində içməli su verilməsi ilə əlaqədar 07 yanvar 2019-cu il tarixli EAAO seriyalı 938153 nömrəli, 166,99 manat dəyərində içməli su verilməsi ilə əlaqədar 31 yanvar 2019-cu il tarixli EAAP seriyalı 810230 nömrəli elektron qaimə təqdim olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə alıcı Cavabdeh arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında" 08 sentyabr 2017-ci il tarixli, 81 nömrəli və içməli su təchizatı ilə bağlı 20 oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən elektron qaimələr əsasında “Qara metal qırıntısının alqı-satqısı haqqında" 08 sentyabr 2017-ci il tarixli, 81 nömrəli müqavilə üzrə müxtəlif dəyərdə qara metal qırıntısı Cavabdehnə təhvil verilmiş, eyni zamanda 20 oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqavilə üzrə cavabdehə içməli su verilmişdir. Lakin cavabdeh müqavilələri bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı həmin müqavilələr üzrə ödənilməmiş borcun Cavabdehndən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra verilmişdir. Belə ki, iş materiallarından görünür ki, “Qara metal qırıntısının alqı-satqısı haqqında" 08 sentyabr 2017-ci il tarixli, 81 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən Cavabdehnə sonuncu elektron qaimə 28 sentyabr 2018-ci il tarixdə 1028,45 manat dəyərində qara metal tullantılarının satılması ilə əlaqədar göndərilmişdir. Həmin müqavilə üzrə Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 04 aprel 2018-ci il tarixdə ödəniş edilmişdir. 20 oktyabr 2018-ci il tarixli, 66 nömrəli müqavilə üzrə isə sonuncu elektron qaimə 31 yanvar 2019-cu il tarixdə 166,99 manat dəyərində içməli su verilməsi ilə əlaqədar göndərilmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi izahatında sözügedən müqavilələr üzrə Cavabdeh tərəfindən sonuncu dəfə 2018-ci ildə ödəniş edildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - 07 sentyabr 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar