Məhkəmə qərarları › İş №e-2-2(119)-1187/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1187/2024

10.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1187/2024 10.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyun 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31638,81 (otuz bir min altı yüz otuz səkkiz manat 81 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 2,92 (iki manat 92 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 0,48 (48 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 10,3 (on manat 30 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Ga Group LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23883,97 (iyirmi üç min səkkiz yüz səksən üç manat 97 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 2,92 (iki manat 92 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 0,47 (47 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 8,11 (səkkiz manat 11 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Mars-89 Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 67586,9 (altmış yeddi min beş yüz səksən altı manat 90 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 102,78 (yüz iki manat 78 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 16,46 (on altı manat 46 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 12,22 (on bir manat 16 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18621,75 (on səkkiz min altı yüz iyirmi bir manat 75 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 199,96 (yüz doxsan doqquz manat 96 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 32,16 (otuz iki manat 16 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 14,07 (on dörd manat 07 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və ”Amor-77 Corp LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 58105,17 (əlli səkkiz min yüz beş manat 17 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 159,68 (yüz əlli doqquz manat 68 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 39,24 (otuz doqquz manat 24 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 10,89 (on manat 89 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 594,62 (beş yüz doxsan dörd manat 62 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi – xx xxxxxx 1989-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə 30 dekabr 1971-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1əxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12 iyun 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 31638,81 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 2,92 manat borcu, İşsizlikdən Sığorta Fonduna 10,3 manat borcu və İcbari Tibbi Sığorta Fonduna 0,48 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12 iyun 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 23883,97 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 2,92 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 0,47 manat borcu və İşsizlikdən Sığorta Fonduna 8,11 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12 iyun 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 67586,9 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 102,78 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 16,46 manat borcu və İşsizlikdən Sığorta Fonduna 12,22 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12 iyun 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 18621,75 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 199,96 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 32,16 manat borcu və İşsizlikdən Sığorta Fonduna 14,07 manat borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12 iyun 2024-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 58105,17 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 159,68 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 39,24 manat borcu və İşsizlikdən Sığorta Fonduna 10,89 manat borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxxxxx 1989-cu il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) özünün də 12 iyun 2024-cü il tarixinə Dövlət Büdcəsinə 594,62 manat məbləğində vergi borcu vardır. Həmin vergi ödəyicilərinə qeyd olunan borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, ”Ga Group LT” MMC, ”Mars-89 Group” MMC, "xxxx" MM və ”Amor-77 Corp LT” MMC və həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 iyun 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31638,81 (otuz bir min altı yüz otuz səkkiz manat 81 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 2,92 (iki manat 92 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 0,48 (48 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 10,3 (on manat 30 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Ga Group LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23883,97 (iyirmi üç min səkkiz yüz səksən üç manat 97 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 2,92 (iki manat 92 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 0,47 (47 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 8,11 (səkkiz manat 11 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Mars-89 Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 67586,9 (altmış yeddi min beş yüz səksən altı manat 90 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 102,78 (yüz iki manat 78 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 16,46 (on altı manat 46 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 12,22 (on iki manat 22 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18621,75 (on səkkiz min altı yüz iyirmi bir manat 75 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 199,96 (yüz doxsan doqquz manat 96 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 32,16 ( otuz iki manat 16 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 14,07 (on dörd manat 07 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, ”Amor-77 Corp LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 58105,17 (əlli səkkiz min yüz beş manat 17 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 159,68 (yüz əlli doqquz manat 68 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 39,24 (otuz doqquz manat 24 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 10,89 (on manat 89 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 594,62 (beş yüz doxsan dörd manat 62 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi - xx xxxxxx 1989-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar