Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1187/2025 28.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə Cavabdeh tərəfindən 02 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış hesablanmış 2336,05 (iki min üç yüz otuz altı manat beş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 dekabr 2024-cü il tarixdə Cavabdeh əməkdaşları Sumqayıt şəhəri, Corat qəsəbəsi 996 ünvanında yerləşən İddiaçı məxsus qeyri-əhali sayğacına baxış keçirmişlər. Sayğaca iddiaçı tərəfindən heç vaxt müdaxilə edilməmişdir. Qeyri-əhali abonentlərinə tərtib olunan akt və aparılmış yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun aparılmalıdır. Belə ki, mütləq qaydada sahibkarlıq sahəsində aparılan yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata alınmalıdır. Tənzimləyici tərəfindən elektroenergetika sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Elektroenergetika sektorunda dövlət nəzarəti həyata keçirilərkən elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş elektroenergetika subyektləri və istehlakçılar üçün məcburidir. “Elektroenergetika haqqında” Qanununun 19.16-cı bəndinin tələblərinə əsasən akt tərtib edilən zaman mütləq inzibati orqana müraciət olmalıdır. Onların rəyi əsasında aparılmış hesabatın düzgünlüyü yoxlanılmalıdır. Əks halda həmin akt etibarsızdır. Cavabdeh nümayəndəsi Nümayəndə1 18 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddia əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qeyri-yaşayış obyektində (abonent kodu **********03960) Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və ciddi nöqsanlar aşkar olunduğuna görə yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunmuşdur. Aktda qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən (6,2 m3) çox olduğu qeyd olunmuşdur. Abonent layihədən kənar əlavə qaz cihazları quraşdıraraq qazdan istifadə etmiş və nəticədə qaz itkisinə yol vermişdir. Belə ki, abonentin istifadə etdiyi qaz sayğacı “G-4” tipli sayğacın maksimal qaz buraxma gücü 6,2 m3 olduğu halda İddiaçı mövcud qeyri-yaşayış sahəsində 12,2 m3 qaz sərf etməklə istifadə etmişdir. Dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilməlidir. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı layihədən kənar əlavə qaz cihazları quraşdırdığına görə barəsində akt tərtib olunmuşdur. 02 dekabr 2024cü il tarixli ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktda 6696 m³ həcmində itirilmiş təbii qaza görə 1674 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi 27 oktyabr 2025-ci il taixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək iş yükünün çoxluğu ilə əlaqədər məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan KY242259467 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi 02 dekabr 2024-cü il, qurtarma tarixi 04 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektində yoxlama aparmış, müsəsisədəki cihazların saatlıq qaz sərfiyyatının sayğacın maksimal qaz ölçmə həddindən artıq olması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda mövcud cihazların saatlıq qaz sərfiyyatının “G-4” markalı 10586445 nömrəli mexaniki tipli qaz sayğacının saatlıq qaz sərfi sayğacın maksimal saatlıq qaz ölçmə həddindən artıq olması – 12,2 m3 sərfiyyat (sərfiyyat aşma 6,2 m3) qeyd olunmuşdur. Sərfiyyata uyğun sayğac quraşdırılması və dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 12,2 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 12,2-6= 6,2x12x90=6696 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6696 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında İddiaçı məxsus **********03960 nömrəli abonent koduna 1674 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsinin 14 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, istehlakçı Cavabdeh tərəfindən verilmiş Cavabdeh əməkdaşları tərəfindən qeyriyaşayış sahəsinə baxış keçirilərkən müəssisədə 1 ədəd 24 kw (2,6 m3 /saat), 1 ədəd kürə (3,0 m3 /saat), 2 ədəd QSQ-24 litr (4,8 m3 /saat) və 3 ədəd PQ-2 (1,8 m3/saat) qaz cihazlarının quraşdırıldığı və təbii qazdan istifadə olunduğunu müəyyən etmişlər.İstehlakçının istifadəsində olan G-4 markalı qaz sayğacının maksimal ölçmə qabiliyyətinin 6 m3/saat təşkil etdiyini (qaz sayğacının pasportu əlavə olunur) nəzərə alaraq abonent saldosu təhlil edilmişdir. Məlum olmuşdur ki, müvafiq dövrlərdə qeyriyaşayış sahəsində ay ərzində maksimal 1350 m3 (orta günlük 45 m3) olmaqla təbii qaz istehlak olunmuşdur (abonentin saldosu əlavə olunur). İstehlak olunan təbii qaz ayın günlərinə və günün saatlarına böldükdə qaz sayğacının hesablama qabiliyyətinin yuxarı ölçmə həddi (12(işləmə saatı) x 6(sayğacın maksimal ölçmə həddi) x 30 (gün)=2160 m3) aşılmır. "Qazdan istifadə Qaydaları"nın 5.2-ci bəndinə əsasən 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödəndikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda, qaz sayğacına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyri-qanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “Qazdan istifadə Qaydaları” nın 6.5-ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin keçməsi nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin mövcud qaz qurğularının yoxlanılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda, həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən Cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə baxış keçirilmiş, baxış zamanı həmin obyektdə quraşdırılan “G-4” markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6,2 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfinin 12,2 m3/saat olduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsindən 14 oktyabr 2025-ci il mütəxəssis rəyi almış və və həmin rəydə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyanın əsassız olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********03960) 02 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********03960) 02 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********03960) 02 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1187/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1187/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver