Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1190/2023 24.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi İmaməliyev Tunar Misir oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ”borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 6971,29 manat məbləğində əsas borcun, 1394,46 manat məbləğində dəbbə pulunun və 105 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair 15 aprel 2019-cu il tarixli 1495/19M nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilə şərtlərinə görə İddiaçı MMC “satıcı”, Cavabdeh MMC isə “alıcı” qismində çıxış etmişdir. Mallar qəbul edilərkən Alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə Alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələr, Üzləşdirnə Aktı və “Malların təhvil-qəbul” aktlarından aydın olur ki, 13 oktyabr 2022-ci il tarixindən 24 noyabr 2022-ci il tarixinədək Satıcı tərəfindən 18153,1 (on səkkiz min yüz əlli üç manat 10 qəpik) manat (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Lakin, Alıcı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 18153,1 manat (ƏDV daxil) məbləğindən Cavabdeh MMC tərəfindən cəmi 9255,89 (doqquz min iki yüz əlli beş manat 89 qəpik) manat (ƏDV daxil) ödənilmiş, qalan məbləği təşkil edən 8897,21 (səkkiz min səkkiz yüz doxsan yeddi manat 21 qəpik) manat (ƏDV daxil) pul məbəği isə cavabdeh tərəfindən bu günki günə qədər ödənilməmişdir. Tərəflər arasında əvvəllər davam edən alqı-satqı münasibətləri zamanı qarşılıqlı hesablaşmalar üzrə Cavabdeh MMC-nin də İddiaçı MMC-də 1925,92 (min doqquz yüz iyirmi beş manat 92 qəpik) manat (ƏDV daxil) qalıq məbləği qalmışdır ki, həmin məbləği hazırda ödənilməyən borc məbləğindən çıxıldıqda, İddiaçı MMC-nin 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat (ƏDV daxil) pul tələbi yaranır. Bundan əlavə, cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında bağlanmış 1495/19 saylı Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 6971,29 manat təşkil edir və həmin məbləğin 20 (iyirmi) faizi 1394,46 (min üç yüz doxsan dörd manat 46 qəpik) manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 6971,29 + 1394,46=8365,75 (səkkiz min üç yüz altmış beş manat 75 qəpik) manat tələb məbləği yaranmışdır. Cavabdeh MMC-yə 12 iyun 2023-cü il tarixində 000742 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş günü müddətində ödənilməyəcəyi təqdirdə, iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nədəki məktuba bir cavab alınmışdır. 30 iyun 2023-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif olunmasına baxmayaraq, cavabdeh tərəfindən bu təklif də cavablandırılmamışdır. 03 avqust 2023-cü il tarixində iddiaçı tərəfindən məcburi mediasiya üçün Mediasiya Şurasına müraciət olunmuşdur, 14 avqust 2023-cü il tarixində isə ilkin mediasiya sessiyası keçirilmiş, lakin ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. 15 aprel 2019-cu il tarixli №1495/19M nömrəli Müqavilənin 3.1.1-ci bəndi Satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin Alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə Alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. 23 noyabr 2022-ci il tarixli “Malların nisyə alqı-satqısına dair Əlavə Razılaşma”nın 2.1-ci bəndində Satıcı tərəfindən nisyə qaydada təqdim edilmiş malların dəyəri nisyə qaydada satış edilən gündən 15 gün ərzində ödənilməsi nəzərdə tutulmuş, 4.1-ci bəndində isə Alıcı tərəfindən razılaşdırılmış müddətdə malların dəyəri ödənilmədikdə, Satıcının hər gecikdirilən gün üçün ödənilməmiş Malların dəyərinin 0,1% miqdarında cərimə tətbiq etmək hüququ nəzərdə tutulmuşdur. Lakin, bu günədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və Alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Lakin, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, Alıcı tərəfindən isə öhdəlik icra edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və Cavabdehndən 6971,29 manat əsas borc, 1394,46 manat dəbbə pulu və 105 manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 15 aprel 2019-cu il tarixli 1495/19M nömrəli Alqısatqı Müqaviləsinin və həmin müqavilə əsasında bağlanılmış 23 noyabr 2022-ci il tarixli Əlavə Razılaşma şərtlərinə görə "Satıcı" "Alıcı"ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında "Mal" adlandırılacaq) satır, "Alıcı" isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini "Satıcı"ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Əlavə Razılaşma № 1 tərəflər arasında bağlanmış 1495/19M saylı xx.xx.2019 tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsidir və onunla eyni hüquqi qüvvəyə malikdir. Nisyə alqı-satqı zamanı bu Əlavə ilə Müqavilə arasında ziddiyyət olduqda, Əlavədə nəzərdə tutulmuş müddəalara üstünlük veriləcək. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, Satıcı tərəfindən nisyə qaydada təqdim edilmiş malların dəyəri nisyə satış edilən gündən ən geci 21 gün ərzində ödəniləcəkdir. Əgər ödəniş Alıcı tərəfindən ona verilmiş möhlət bitdikdən sonra həyata keçirilərsə və məbləğin bazar qiymətində 10 (on) % və daha çox artım müşahidə olunarsa, bu zaman Alıcı öhdəlik götürür ki, malın dəyərini ödəniş gününə olan hesablanmış yeni dəyərlə (bazar qiymətinə uyğun) ödəyəcək. Möhlət müddəti bitdikdən sonra həyata keçiriləcək 10 (on) % və daha çox artıma dair Satıcı tərəfindən Alıcıya əlavə elektron qaimə faktura göndəriləcəkdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Satıcı tərəflərin arasındaki mal dövriyyəsi və borc qalıqları ilə bağlı üzləşmə aktını (bundan sonra - Üzləşmə Aktı) rübdə bir dəfədən çox olmayaraq istənilən vaxt Alıcıya təsdiq olunması üçün göndərə bilər. Alıcı həmin Üzləşmə Aktını 5 (beş) iş günü ərzində öz imza və möhürü ilə təsdiqləyib bir nüsxəsini Satıcıya qaytarmalıdır və ya Üzləşmə Aktının məzmunu ilə bağlı etirazlarını yazılı şəkildə əsaslandırmaqla Satıcıya bildirməlidir. Alıcı 5 (beş) iş günü ərzində bu bənddə qeyd edilən hərəkətləri yerinə yetirmədiyi təqdirdə Üzləşmə Aktını təsdiq etmiş sayılır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Alıcı tərəfindən razılaşdırılmış müddətdə malların dəyəri ödənilmədikdə, Satıcı hər gecikdirilmiş gün üçün ödənilməmiş Malların dəyərinin 0,1% miqdarında cərimə tətbiq etmək hüququna malikdir. İş materiallarında olan, müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş Malların Təhvil-Qəbul Aktları və Elektron Qaimələrlə müəyyən olunur ki, 15 aprel 2019-cu il tarixli 1495/19M nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 15 oktyabr 2022-ci il tarixli EBCH 267579 nömrəli Elektron Qaimə üzrə 1269,66 manat dəyərində, 13 oktyabr 2022-ci il tarixli EBCH 131698 nömrəli Elektron Qaimə üzrə 7986,24 manat dəyərində və 24 noyabr 2022-ci il tarixli EBCJ 822841 nömrəli Elektron Qaimə üzrə 8897,2 manat dəyərində olmaqla, ümumilikdə cəmi 18153,1 (on səkkiz min yüz əlli üç manat 10 qəpik) manat dəyərində müxtəlif məhsulların satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 15 aprel 2019-cu il tarixli 1495/19M nömrəli Alqı-satqı Müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanıb-möhürlənmiş 12 iyun 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, alıcı Cavabdeh 12 iyun 2023-cü il tarixinə satıcı İddiaçınə cəmi 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat məbləğində qalıq borcu vardır. İddiaçı tərəfin təqdim etdiyi 26 oktyabr 2023-cü il tarixli 001015 nömrəli Maliyyə Arayışında göstərilir ki, Cavabdeh 26 oktyabr 2023-cü il tarixinə İddiaçınə 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat məbləğində əsas borcu və 1394,46 (min üç yüz doxsan dörd manat 46 qəpik) manat məbləğində dəbbə pulu borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 15 aprel 2019-cu il tarixli 1495/19M nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 6971,29 manat məbləğində əsas borcun və “1394,46 manat məbləğində dəbbə pulunun” Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 105 (yüz beş) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 15 aprel 2019-cu il tarixli 1495/19M nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1394,46 manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eləcə də, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 105 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdehndən iddiaçının xeyrinə mediatora ödənilmiş 105 (yüz beş) manat məbləğində xidmət haqqının 52,5 (əlli iki manat 50 qəpik) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 6971,29 manat məbləğində əsas borc, 300 manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 52,5 manat hissəsi olmaqla, cəmi 7323,79 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq Cavabdehndən dövlət nəfinə 92,71 (doxsan iki manat 71 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6971,29 (altı min doqquz yüz yetmiş bir manat 29 qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 52,5 (əlli iki manat 50 qəpik) manat hissəsi olmaqla, cəmi 7323,79 (yeddi min üç yüz iyirmi üç manat 79 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 92,71 (doxsan iki manat 71 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1190/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1190/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver