Məhkəmə qərarları › İş №e-2-2(119)-1196/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1196/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1196/2025 08.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 83558,99 AZN (səksən üç min beş yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində borcun və 340,68 (üç yüz qırx manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 25 iyul 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 həmin ərizənin məzmununa uyğun izahat verərək tərəflər arasında bağlanmış 25 iyul 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə verərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 25 iyul 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:

1. Cavabdeh barışıq sazişi imzalandıqdan sonra 25 dekabr 2025-ci il tarixinə qədər 67558,99 (altmış yeddi min beş yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat borcu və 340,68 (üç yüz qırx manat altmış səkkiz qəpik) manat dövlət rüsumunu, yəni ümumilikdə 67899,67 (altmış yeddi min səkkiz yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat həcmindəki pul vəsaitini hissə-hissə 25 avqust 2025-ci il tarixindən başlayaraq hər təqvim ayının 25-də İddiaçınə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 25 avqust 2025-ci il tarixində borc məbləğinin 25 (iyirmi beş) faizini, yəni 16974,92 (on altı min doqquz yüz yetmiş dörd manat doxsan iki qəpik) manatı, 25 sentyabr 2025-ci il tarixində borc məbləğinin 20 (iyirmi) faizini, yəni 13579,93 (on üç min beş yüz yetmiş doqquz manat doxsan üç qəpik) manatı, 25 oktyabr 2025-ci il tarixində borc məbləğinin 20 (iyirmi) faizini, yəni 13579,93 (on üç min beş yüz yetmiş doqquz manat doxsan üç qəpik) manatı, 25 noyabr 2025-ci il tarixində borc məbləğinin 20 (iyirmi) faizini, yəni 13579,93 (on üç min beş yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat məbləğini və 25 dekabr 2025-ci il tarixində isə ümumi borc məbləğinin 15 (on beş) faizini, yəni 10184,96 (on min yüz səksən dörd manat doxsan altı qəpik) manatı İddiaçınə ödəyəcəkdir.

2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.

3. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

4. Tərəflər sazişi könüllü icra edəcəkdir. Cavabdeh ödənişləri 5 (beş) iş günündən artıq gecikdirdiyi təqdirdə İddiaçı məcburi icra üçün məhkəmə və ya notariusa müraciət edə bilər. İddiaçı sazişin icrası ilə əlaqədar məhkəmə və ya notariusa müraciət etməsi üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri Cavabdeh ona ödəməlidir.

5. Əgər saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, saizşin məcburi icrası həm məhkəmə qərarına, həm də notariusun icra qeydinə əsasən həyat keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 25 iyul 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 25 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1196/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh barışıq sazişi imzalandıqdan sonra 25 dekabr 2025-ci il tarixinə qədər 67558,99 (altmış yeddi min beş yüz əlli səkkiz manat doxsan doqquz qəpik) manat borcu və 340,68 (üç yüz qırx manat altmış səkkiz qəpik) manat dövlət rüsumunu, yəni ümumilikdə 67899,67 (altmış yeddi min səkkiz yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat həcmindəki pul vəsaitini hissə-hissə 25 avqust 2025-ci il tarixindən başlayaraq hər təqvim ayının 25-də İddiaçınə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 25 avqust 2025-ci il tarixində borc məbləğinin 25 (iyirmi beş) faizini, yəni 16974,92 (on altı min doqquz yüz yetmiş dörd manat doxsan iki qəpik) manatı, 25 sentyabr 2025-ci il tarixində borc məbləğinin 20 (iyirmi) faizini, yəni 13579,93 (on üç min beş yüz yetmiş doqquz manat doxsan üç qəpik) manatı, 25 oktyabr 2025-ci il tarixində borc məbləğinin 20 (iyirmi) faizini, yəni 13579,93 (on üç min beş yüz yetmiş doqquz manat doxsan üç qəpik) manatı, 25 noyabr 2025-ci il tarixində borc məbləğinin 20 (iyirmi) faizini, yəni 13579,93 (on üç min beş yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat məbləğini və 25 dekabr 2025-ci il tarixində isə ümumi borc məbləğinin 15 (on beş) faizini, yəni 10184,96 (on min yüz səksən dörd manat doxsan altı qəpik) manatı İddiaçınə ödəyəcəkdir.

2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.

3. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

4. Tərəflər sazişi könüllü icra edəcəkdir. Cavabdeh ödənişləri 5 (beş) iş günündən artıq gecikdirdiyi təqdirdə İddiaçı məcburi icra üçün məhkəmə və ya notariusa müraciət edə bilər. İddiaçı sazişin icrası ilə əlaqədar məhkəmə və ya notariusa müraciət etməsi üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri Cavabdeh ona ödəməlidir.

5. Əgər saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, saizşin məcburi icrası həm məhkəmə qərarına, həm də notariusun icra qeydinə əsasən həyat keçirilə bilər. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1196/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar