Məhkəmə qərarları › İş №e-2-2(119)-1201/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1201/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1201/2022 26.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borcun və 201 (iki yüz bir) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixində malların alqı-satqısına dair 33/2019 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı əlavələrdə razılaşdırılan məbləğin 50%-ni sifariş imzalanarkən, qalan 50%-ni isə malları yükləməyə hazır olan zaman satıcının hesabına ödəməyi öz öhdəsinə götürür. 21 fevral 2020-ci il tarixli Qiymət razılaşdırma protokoluna (Əlavə №1) əsasən İddiaçı hər birinin dəyəri 295 manat olan 40 ədəd metal seyf qapısını (ƏDV 2124 manat), hər birinin dəyəri 180 manat olan 150 ədəd MDF qapını (ƏDV 4860 manat) və hər birinin dəyəri 330 manat olan 5 ədəd metal zirzəmi qapısını (ƏDV 297 manat) alıcıya təqdim edir. Tərəflərin tərtib edərək imzaladığı 33/2019 nömrəli 09 dekabr 2019-cu il tarixli müqavilə üzrə 22 iyul 2021-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, İddiaçı tərəfindən ümumi dəyəri 40450 manat məbləğində olan mallar Cavabdehnə verilmiş və cavabdehin iddiaçıya 22 iyun 2021-ci il tarixinə 30420 (otuz min dörd yüz iyirmi) manat (ƏDV-siz) borcu vardır. Qapıların quraşdırılması icraçı tərəfindən tam yerinə yetirilmişdir. İddiaçı ilə Cavabdeh Şirkəti tərəfindən imzalanmış 30 iyun 2021-ci il tarixli Razılaşmanın 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh 2021-ci ilin sentyabr ayının sonunadək İddiaçı qarşısında olan 30420 manat məbləğində öhdəliyinin tam icrasını və ödənilməsini öz öhdəsinə götürür. Həmin məbləğin 18% ƏDV-si 5475,60 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc cəmi 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) təşkil edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “Qara Çay" Şirkəti (VÖEN **********) arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 33/2019 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı bir il ərzində müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli Əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları alıcıya təhvil verir. Alıcı isə cari il ərzində müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli Əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları qəbul edir və bunun müqabilində satıcının hesabına alınan məhsulun dəyərini ödəyir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə həyata keçirilir. Alıcı əlavələrdə razılaşdırılan məbləğin 50%-ni sifariş imzalanarkən, qalan 50%-ni isə malları yükləməyə hazır olan zaman satıcının hesabına ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli qiymət razılaşdırma protokolundan (Əlavə №1) görünür ki, İddiaçı tərəfindən ƏDV daxil olmaqla cəmi 47731 manat məbləğində 3 adda mal (40 ədəd metal seyf qapısı, 150 ədəd MDF qapı və 5 ədəd metal zirzəmi qapısı) Cavabdehnə satılmışdır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli EBBD seriyalı 813981 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı “Qara Çay" Şirkətinə ƏDV daxil cəmi 35895,60 manat manat dəyərində olmaqla (30420 manat malın dəyəri + 5475,60 manat ƏDV) müxtəlif mallar satılmışdır. İş materiallarında olan 13 aprel 2020-ci il tarixli EBAİ seriyalı 727156 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı “Qara Çay" Şirkətinə ƏDV daxil cəmi 11835,40 manat manat manat dəyərində olmaqla (1030 manat malın dəyəri + 1805,40 manat ƏDV) müxtəlif mallar satılmışdır. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 22 iyul 2021-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı tərəfindən “Qara Çay" Şirkətinə 40450 manat (ƏDV-siz) dəyərində mal verilmiş və cavabdeh tərəfindən cəmi 10030 manat məbləğində ödəniş edilmişdir. Alıcı “Qara Çay" Şirkətinin 22 iyun 2021-ci il tarixinə satıcı İddiaçınə 30420 manat (ƏDV-siz) borcu vardır. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 30 iyun 2021-ci il tarixli “Razılaşma”dan görünür ki, həmin “Razılaşma”nın məqsədini alıcı Cavabdeh satıcı İddiaçı qarşısında olan öhdəliklərinin tənzimlənməsi təşkil edir və həmin “Razılaşma”da alıcı Cavabdeh 2021-ci ilin sentyabr ayının sonunadək İddiaçı qarşısında olan 30420 manat məbləğində öhdəliyinin tam icrasını və ödənilməsini öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti arasında malların alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı “Qara Çay" Şirkətinin iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 35895,60 manat məbləğində borcun cavabdeh “Qara Çay" Şirkətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə cavabdeh “Qara Çay" Şirkətindən 35895,60 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və cavabdeh Qara Çay” Şirkətindən (VÖEN: **********) 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində bоrc İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən dövlət nəfinə 197,68 (yüz doxsan yeddi manat 68 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində bоrc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 36095,60 (otuz altı min doxsan beş manat 60 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 197,68 (yüz doxsan yeddi manat 68 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar