Məhkəmə qərarları › İş №e-2-2(119)-1202/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1202/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1202/2022 06.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhsulların nisyə alqı-satqısı barədə 23 oktyabr 2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 5503,54 (beş min beş yüz üç manat 54 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,04 (yetmiş beş manat 04 qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X2 və Cavabdeh tərəfindən mübahisə üzrə tərtib olunaraq imzalanmış 02 sentyabr 2022-ci il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 02 sentyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi X2 ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər:

1. “Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in (Cavabdeh) “Birinci tərəf”ə (İddiaçınə) olan borcu 5503,54 (beş min beş yüz üç manat 54 qəpik) manat təşkil edir;

2. “Birinci tərəf” borcun 1699,54 (min altı yüz doxsan doqquz manat 54 qəpik) manat hissəsini “İkinci tərəf”ə güzəşt edir və tələb etmə hüququndan imtina edir;

3. “İkinci tərəf” qalan 3804 (üç min səkkiz yüz dörd) manat borcunu 10 sentyabr 2022-ci il tarixindən başlayaraq, hər ay 200 (iki yüz) manat, sonuncu ay 204 (iki yüz dörd) manat olmaqla, 10 mart 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür;

4. Mülki iş üzrə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu “Birinci tərəf”ə aid edilir və tərəflər bununla bağlı mübahisə yaratmayacaqlar;

5. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək;

6. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 02 sentyabr 2022-ci il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-1202/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. “Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in (Cavabdeh) “Birinci tərəf”ə (İddiaçınə) olan borcu 5503,54 (beş min beş yüz üç manat 54 qəpik) manat təşkil edir;

2. “Birinci tərəf” borcun 1699,54 (min altı yüz doxsan doqquz manat 54 qəpik) manat hissəsini “İkinci tərəf”ə güzəşt edir və tələb etmə hüququndan imtina edir;

3. “İkinci tərəf” qalan 3804 (üç min səkkiz yüz dörd) manat borcunu 10 sentyabr 2022-ci il tarixindən başlayaraq, hər ay 200 (iki yüz) manat, sonuncu ay 204 (iki yüz dörd) manat olmaqla, 10 mart 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür;

4. Mülki iş üzrə məhkəməyə müraciət olunması üçün ödənilmiş dövlət rüsumu “Birinci tərəf”ə aid edilir və tərəflər bununla bağlı mübahisə yaratmayacaqlar;

5. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək;

6. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1202/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar