Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1211/2023 28.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 18 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 22 yanvar 2022ci il tarixli müqaviləyə əsasən 13200 (on üç min iki yüz) manat məbləğində əsas borcun, 350 (üç yüz əlli) manat məbləğində cərimənin və Medasiya Təşkilatına ödənilmiş 200 (iki yüz) manat məbləğində rüsumun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh (VÖEN **********) arasında 22 yanvar 2022-ci il tarixli Alqı- Satqı Müqaviləsi, X3 və Təhvil-Təslim Aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkar olduğu üçün Müqavilədə nəzərdə tutulan malları sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. 22 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumilikdə cəmi 17000 (on yeddi min) manat dəyərində mal almışdır. Cavabdeh həmin məbləğin 3000 (üç min) manatını ilkin olaraq ödəmiş və qalıq məbləği, yəni 14000 (on dörd min) manatı isə 22 yanvar 2022-ci il tarixli X3na əsasən 22 fevral 2022-ci il tarixdən başlayaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Alıcı ödənişləri lazımi qaydada etməmiş və bu günə onun əsas məbləğ üzrə qalıq borcu 13200 (on üç min iki yüz) manat, cərimə borcu isə 350 (üç yüz əlli) manat təşkil edir. 22 yanvar 2022-ci il tarixli Müqavilənin 5.2-ci bəndinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Ümumi mediasiya xərci olan 200 manat məbləğində pul vəsaiti də iddiaçı Cəmiyyəti tərəfindən ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 22 yanvar 2022-ci il tarixli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, "Satıcı" ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Bundan sonra "Əlavə 1" adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra "Mal" adlanacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə "Alıcı"ya satmağı, "Alıcı" isə malı qəbul edib, qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada "Satıcı"ya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, "Alıcı"ya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 1-də öz əksini tapır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, satılan mallar Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı (Bundan sonra "Əlavə 2" adlandırılacaq) əsasında təhvil verilir və alınır. Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən, Alıcı satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 14 (on dörd) ay ərzində bu müqavilənin tərkib hissəsi olan Əlavə 1 əsasında "Satıcı"ya ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilənin 1.1-ci bəndinə əsasən Əlavə 1-də qeyd olunan malın ümumi dəyəri 17000 (on yeddi min) manat təşkil edir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, "Alıcı" alınan malın dəyərinin ümumi razılaşdırılmış 3000 (üç min) manat ilkin ödəniş məbləğini dərhal, qalıq məbləği isə 14 (on dörd) ay ərzində "Əlavə 1"-ə uyğun formada "Satıcı"ya "ödəniş qəbzləri" (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, "Alıcı" mallara görə təqdim olunmuş hesab fakturasına və ya qaimə-fakturasına əsasən "Satıcı"dan aldığı malların dəyərini nağd və ya köçürmə yolu ilə "Satıcı"ya ödəyir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, "Alıcı" malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində "Satıcı"ya cərimə ödəyir. İş materiallarında olan, 22 yanvar 2022-ci tarixli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 22 yanvar 2022-ci il tarixli "Qiymət razılaşdırma” Protokolundan (Əlavə 1) görünür ki, 22 yanvar 2022-ci il tarixli Müqavilə üzrə alıcı Cavabdeh alqı-satqı müqaviləsində qeyd olunmuş qaydalara və şərtlərə əməl etməklə, ödəniş qrafikinə (ilkin ödəniş 3000 manat) əsasən 14000 manat qalıq ödənişi malı təhvil aldıqdan sonra vaxtlıvaxtında satıcı İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür və həmin Protokola əsasən 22 yanvar 2022-ci il tarixli Müqavilə üzrə alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1000 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur. X4 alıcı Cavabdeh imza etmişdir və həmin Ödəniş Cədvəlində ödənişin son tarixi 22 mart 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 22 yanvar 2022-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, 22 yanvar 2022-ci il tarixli Müqaviləyə əsasən satıcı İddiaçı tərəfindən 1 (bir) ədəd “Quartz Pro”, 1 (bir) ədəd kosmetaloji çarpayı, 1 (bir) ədəd kosmetaloji stul, 1 (bir) ədəd lampalupa, 1 (bir) ədəd stabilizator, 1 (bir) ədəd qel və 1 (bir) ədəd maşınka 22 yanvar 2022-ci il tarixdə alıcı Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi 12 sentyabr 2023-cü il tarixli 006 nömrəli Maliyyə Arayışında göstərilir ki, 22 yanvar 2022-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən satılmış malların ümumi dəyəri 17000 manat təşkil etmişdir. Cavabdeh malların dəyərinin 3000 manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq 14000 manat məbləği 22 yanvar 2022ci il tarixli X2 əsasən ödəməli idi. Cavabdeh 22 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 14000 manatın 800 manatını ödəsə də, bu günə olan əsas məbləğ üzrə qalıq borcu 13200 manat və hesablanmış cərimə üzrə borcu isə 350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 22 yanvar 2022-ci il tarixli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 13200 (on üç min iki yüz) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 22 yanvar 2022-ci il tarixli Alqı-satqı Müqaviləsi üzrə 13200 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borc məbləğinə hesablanmış 350 manat cərimə borcunun və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 22 yanvar 2022-ci il tarixli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün “ödənilməmiş 13200 (on üç min iki yüz) manat məbləğində əsas borcun və 350 (üç yüz əlli) manat məbləğində hesablanmış cərimə borcunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması” barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh (VÖEN **********) 13200 manat məbləğində əsas borc və 350 manat cərimə tutulmalıdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh iddianın təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 130,65 (yüz otuz manat 65 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 13200 (on üç min iki yüz) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13750 (on üç min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 130,65 (yüz otuz manat 65 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1211/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1211/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver