Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1219/2022 03.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 saylı Fərmanına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir) ilə Cavabdeh arasında ərzaq məhsullarının satın alınması barədə 02 may 2019-cu il tarixli İS/19-163 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron portalda göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçı Cavabdeh təklifini qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə uyğun olaraq Cavabdeh təqdim edəcəyi ərzaq məhsulları üçün 28 dekabr 2019cu il tarixində ƏDV daxil 7286,50 (yeddi min iki yüz səksən altı manat 50 qəpik) manat məbləğində avans iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçını razılaşdırılmış ərzaq məhsulları ilə təmin etməmişdir. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 fevral 2021-ci il tarixli KS/04 saylı ərzaq məhsullarının satışına dair müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə əsasən satıcı- İddiaçı Açıq Səhmdar Cəmiyyəti alıcının-Cavabdeh sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan malların satın alınması barədə alıcının təklifini qəbul edir və mallar ilə təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 24 fevral 2021-ci il tarixli 1 nömrəli Əlavənin 2-ci bəndinə əsasən alıcı Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi 31 may 2021-ci il tarixinədək satıcının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 24 fevral 2021-ci il tarixli KS/04 saylı müqavilə üzrə öhdəliklər də icra olunaraq ƏDV daxil 42494,76 manat dəyərində ərzaq məhsulları Cavabdehnə təhvil verilmişdir. Lakin Cavabdeh tərəfindən hər iki müqavilə üzrə öhdəliklər icra edilməmiş, ƏDV daxil 7286,50 manat dəyərində ərzaq məhsulları Cəmiyyətə təqdim edilməmiş, habelə təhvil verilmiş ƏDV daxil 42494,76 manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi hər iki müqavilə üzrə ümumilikdə 49781,26 manat təşkil edir. Cavabdeh qanuni təmsilçisi X3 03 noyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “məhkəmə çıxışı” təqdim edərək bildirmişdir ki, Cavabdeh satıcı olduğu 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ona avans olaraq 7286,50 manat məbləğində pul ödənilmişdir. Həmin müqavilə üzrə heyva mürəbbələri cavabdeh tərəfindən hazır edildikdən sonra iddiaçı 50 ədəd nümunə üçün istəmiş və həmin nümunələr ona təqdim edilmişdir. İddiaçı sınaq prokotolunun olmadığını bildirdiyindən həmin məhsullar üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmiş və müvafiq protokol alınmışdır. Hətta hazır heyva mürəbbələri üçün etiket də hazırlanmış və həmin nümunələr onlara email vasitəsilə göndərilmişdir. Rəsmi yazışmalar iddiaçı tərəfin işçisi Elnur Baxşəliyevlə aparılmışdır. Müvafiq müqavilələr və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin protokolu “məhkəmə çıxışı”na əlavə edilmiş email vasitəsilə iddiaçı tərəfə göndərilmişdir. Bundan başqa hazırda sözügedən etiketlə olan, iddiaçının sifariş etdiyi heyva mürəbbələri anbardadır və onlara baxış keçirilə bilər. Dəfərlərlə şifahi qaydada qarşı tərəfə bildirsə də, gəlib həmin məhsulları götürməmiş, habelə malın çatdırılma yeri ilə bağlı dəqiq, konkret rəsmi məlumat verməmişlər. 24 fevral 2021-ci il tarixli müqavilə ilə bağlı iddianı 22000 manat olan dəyərində gilas mürəbbəsinin pulunun iddiaçıya ödənilməsi hissəsində qəbul etdiyini, çiyələk mürəbbəsi ilə bağlı olan hissədə isə iddianı qəbul etmədiyini bildirmişdir. Həmin çiyələk mürəbbələri yararsız olduğu üçün onları sata bilməmiş və bu barədə dəfərlərlə şifahi qaydada iddiaçıya bildirsə də, gəlib məhsulları götürməmişdir. Həmin məhsulları sata bilməməsi ilə bağlı Rusiya Federasiyası ilə olan yazışmalar mövcuddur. Bundan başqa Azəarbaycan Respublikası Qida X1 Regional Bölməsinin məktubundan və müvafiq inzibati qərarın surətindən də görünür ki, cavabdehin anbarında yararlılıq müddəti bitmiş məhsullar var. Göstərilənlərə əsasən iddianın gilas mürəbbəsinin dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı hissədə təmin edilməsi, digər hissələrdə isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin o, 02 may 2019-cu il tarixli müqavilə üzrə heyva mürəbbələrinin cavabdehə təqdim edilmədiyini, eyni zamanda 24 fevral 2021-ci il tarixli müqavilə üzrə çiyələk mürəbbələrinin yararsız olması barədə cavabdeh tərəfindən iddiaçıya heç bir rəsmi məlumat verilmədiyini bildirmişdir. Bununla yanaşı cavabdehin təqdim etdiyi email yazışmalarının aparıldığı Elnur Baxşəliyev adlı şəxsin həmin yazışmalar aparılan vaxt iddiaçı Cəmiyyətin deyil, başqa hüquqi şəxsin əməkdaşı olduğunu, habelə həmin yazışmaların mübahisələndirilən müqavilələr üzrə aparılmadığını vurğulamışdır. Məhkəmə baxışı iclasında iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil Cavabdeh qanuni təmsilçisinin təqdim etdiyi “məhkəmə çıxışı”nın məzmununa uyğun izahat vermişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan cəmiyyət-"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icraçı- Cavabdeh arasında bağlanmış 02 may 2019-cu il tarixli İS/19-163 saylı müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçının təklifini qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cəmiyyət bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, ərzaq məhsullarının miqdarı və qiymət cədvəli və ərzaq məhsullarının təqdim edilməsi cədvəli (1 nömrəli və 2 nömrəli) bu müqavilənin ayrılmaz tərkib hissələri hesab olunur. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən cəmiyyət icraçıdan müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarını 2 nömrəli cədvəldəki tədarük qrafikinə uyğun qəbul edir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən cəmiyyət ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (Cəmiyyət tərəfindən avans qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçıya (satıcıya) ödənilməsini təmin edir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçı bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının Cəmiyyətə təhvil verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, icraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsulların göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və Cəmiyyətin müəyyən etdiyi ünvanda (tədarük məntəqəsində) ona təhvil verir. Cəmiyyətin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra və ya qaimə-faktura əsasında məhsullar qəbul edilmiş hesab olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraçı satın alınan ərzaq məhsullarının bu Müqavilənin 2 nömrəli cədvəlidə göstərilən müddətlərdə cəmiyyət tərəfindən müəyyən edilmiş tədarük məntəqəsinə və ünvana göndərilməsini təmin edir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən cəmiyyət növbəti ildə təqdim ediləcək ərzaq məhsulları üçün (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) bu Müqavilənin ümumi məbləğinin 25 faizini cari ilin oktyabrın 30-dək avans ödəyir. Ödənişlər Azərbaycan Respublikasının milli pul vahidi ilə aparılır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh tərəfindən 02 dekabr 2019-cu il tarixdə imzalanmış 02 may 2019-cu il tarixli İS/19-163 saylı alqı-satqı müqaviləsi əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiyməti barədə 1 nömrəli Cədvəldən görünür ki, Cavabdeh 14573 manat dəyərində olan 10000 ədəd heyva mürəbbəsini iddiaçıya verməli, iddiaçı da qeyd olunan məbləği cavabdehə ödəməli idi. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilən 28 dekabr 2019-cu il tarixli 111OPXO193620582 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə məxsus bank kesabına 6175 manat (ƏDV xaric olmaqla) pul vəsaiti köçürülmüş və həmin sənəddə ödənişin təyinatı və əsası “avans” kimi qeyd olunmuşdur. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2021-ci il tarixli KS/04 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı - İddiaçı Açıq Səhmdar Cəmiyyəti Alıcının -Cavabdeh sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan Malların satın alınması barədə alıcının təklifini qəbul edir və mallar ilə təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasənalıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, alıcı ilə satıcı arasında bağlanılmış müqavilə əsasında alınacaq Malların adı, siyahısı, növü, miqdarı, çatdırılma müddəti, qiyməti və Müqavilə ilə bağlı digər xüsusi şərtlər qeyd edilmiş Əlavələr, alıcı ilə aatıcı arasında bağlanılmış müqavilə əsasında alınacaq hər bir Malın qiyməti qeyd edilmiş X2, bağlanılmış müqaviləyə əsasən Satıcı tərəfindən Alıcıya Malların təqdim edilməsi barəsində imzalanan təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissələri hesab olunur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri Alıcı tərəfindən ona təqdim edilmiş təhvil-təslim aktı, elektron qaiməfaktura və hesab-fakturaya əsasən, Əlavələrdə razılaşdırılmış müddətdə Müqavilədə göstərilən bank hesabına ödənilir. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən malların göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları bu müqavilənin şərtlərinə uyğun olaraq müvafiq ünvanda alıcıya təhvil verir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəyə uyğun olaraq, malları təxirə salınmadan qəbul edir və dəyərini ödəyir. Alıcının nümayəndəsi tərəfindən təhvil- təslim aktı imzalandıqdan sonra mallar qəbul edilmiş sayılır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2021-ci il tarixli KS/04 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, satıcı ƏDV daxil 25488 manat dəyərində olan 9600 ədəd ağ gilas mürəbbəsini (400 qram) və 18337,20 manat dəyərində olan 8880 ədəd çiyələk mürəbbəsini (400 qram) alıcıya verməli, alıcı da qeyd olunan məbləği satıcıya ödəməli idi. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 8867 ədəd ağ gilas mürəbbəsi (400 qram) və 8108 ədəd çiyələk mürəbbəsi (400 qram) təhvil verilmişdir. İş materiallarında olan 27 fevral 2021-ci il tarixli EBAY seriyalı 037471 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil 40184,61 manat dəyərində ağ gilas və çiyələk mürəbbəsi satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli EBBA seriyalı 395600 nömrəli elektron qaimə qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil 2310,15 manat dəyərində ağ gilas və çiyələk mürəbbəsi satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin alıcı qismində çıxış etdiyi 02 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV xaric 6175 manat (ƏDV daxil 7286,50) məbləğində avans ödənilmiş, lakin cavabdeh tərəfindən heyva mürəbbələri ona təhvil verilməmişdir. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin satıcı qismində çıxış etdiyi 24 fevral 2021-ci il tarixli KS/04 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 42494,76 manat dəyərində gilas və çiyələk mürəbbələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin Cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, göstərilən hər iki müqavilə üzrə Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, Cavabdehndən 49781,26 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən (VÖEN **********) 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN **********) 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində borc və 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 50020,61 (əlli min iyirmi manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1219/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1219/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver