Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1226/2025 25.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 24 iyun 2025ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 31150,32 (otuz bir min yüz əlli manat, otuz iki qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 20,4 (iyirmi manat, qırx qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna 3,35 (üç manat, otuz beş qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna 1,01 (bir manat, bir qəpik) manat məbləğində borcun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 191,49 (yüz doxsan bir manat, qırx doqquz qəpik) manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna olan 34,04 (otuz dörd manat, dörd qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi – xx xxxxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs izahatında bildirdi ki, ərizəni qəbul etmir. İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna olan borcları ödəmişdir. Dövlət büdcəsinə hesabanmış borcun əsas hissəsini təşkil edən məbləğ ləğv edilmiş elektron qaimə-faktura üzrə hesablanmışdır. Borcun həmin elektron qaimə-faktura üzrə hesablanması mühasib və vergi orqanının nümayəndəsinin iştirakı ilə araşdırma nəticəsində müəyyən edilmişdir. Bununla bağlı hər hansı sənəd təqdim edə bilməyəcəkdir. Vergi orqanı müvafiq müraciəti təsdiq edərək borcun araşdırılması üçün digər quruma yönləndirmişdir. Təxminən 10-15 günə müvafiq cavabı almaq mümkün olacaqdır. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq məhkəmədən vergi orqanı ilə müvafiq məsələlə həll edilənədək ölkədən getmək hüququnun məhdudlaşdırılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməlidir. İş materialları: İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 22 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 3,4 manat, 22 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 1,1 manat, 22 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 20,4 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs tərəfindən 22 yanvar 2025-ci il tarixli **********7AS nömrəli sərəncam üzrə 191,49 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna, 29 iyul 2024-cü il tarixli **********8AT nömrəli sərəncam üzrə 28,94 manat məbləğində pul vəsaiti İcbari Tibbi Sığorta Fonduna köçürülmüşdür. İş materiallarında olan 22 iyul 2025-ci il tarixli FJB**********836 nömrəli nağd mədaxili üçün qəbz sənədindən görünür ki, Maraqlı şəxs tərəfindən 225 manat məbləğində ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmənin mövqeyi: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 31150,32 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 20,4 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 3,35 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna 1,01 manat məbləğində borcunun, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 191,49 manat məbləğində və İcbari Tibbi Sığorta Fonduna olan 34,04 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş materiallarına əlavə edilmiş 22 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 3,4 manat, 22 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 1,1 manat, 22 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 20,4 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən müvafiq olaraq İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borclar tam şəkildə ödənilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, Maraqlı şəxs tərəfindən 22 yanvar 2025-ci il tarixli **********7AS nömrəli sərəncam üzrə 191,49 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna, 29 iyul 2024-cü il tarixli **********8AT nömrəli sərəncam üzrə 28,94 manat məbləğində pul vəsaiti İcbari Tibbi Sığorta Fonduna köçürülmüşdür. Təqdim edilmiş 22 iyul 2025-ci il tarixli digər qəbzə əsasən, ümumilikdə 225 manat ödəniş edilmişdir. Göründüyü kimi, Maraqlı şəxs tərəfindən müvafiq olaraq Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclar ödənilmişdir. Maraqlı şəxsin "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcun ləğv edilmiş elektron qaimə-faktura əsasında hesablanması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən halları təsdiq edən hər hansısa sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 iyun 2025-ci il tarixinə hesablanmış "xxxx" MMC-nin (VÖEN: **********) 31150,32 manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 24 iyun 2025-ci il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 31150,32 (otuz bir min yüz əlli manat, otuz iki qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi olan - xx xxxxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1226/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1226/2025
25.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver