Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1249/2024 11.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh Quba bələdiyyəsinə qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Quba bələdiyyəsinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Quba bələdiyyəsinin iddiası təmin edildiyi halda, sahibkarlıq məqsədilə 021 kv.metr torpaq sahəsinin onun tərəfindən alınması üçün 2014-cü ildə bələdiyyənin hesabına ödənilən 630 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hazırkı iddia ərizəsi məhkəmənin icraatında olan iddiaçı Quba bələdiyyəsinin cavabdehlər İddiaçı və digərlərinə qarşı “torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onların əsasında verilmiş daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi və həmin torpaq sahələrinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair 2-2(119)- 612/2024 nömrəli kommersiya işi üzrə qarşılıqlı iddia ərizəsi kimi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəlnin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Hazırkı iddia ərizəsinin məzmunundan da göründüyü kimi, İddiaçı hazırkı ərizəni yuxarıda qeyd olunan 2-2(119)-612/2024 nömrəli kommersiya işi üzrə qarşılıqlı iddia ərizəsi kimi versə də, həmin ərizəni müstəqil icraat formasında deyil, ilkin iddia ilə birlikdə məhkəməyə təqdim etməli idi. Məhkəmə, əlavə olaraq diqqətə çatdırır ki, cavabdeh hazırkı ərizə ilə eyniməzmunlu olan qarşılıqlı iddia ərizəsini, eyni zamanda “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 2-2(119)-612/2024 nömrəli kommersiya işinin materiallarına da əlavə etmişdir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 155, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh Quba bələdiyyəsinə qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1249/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1249/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver