Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1273/2023 28.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin 11 sentyabr 2023-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 66796,3 (altmış altı min yeddi yüz doxsan altı manat 30 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 4130,47 (dörd min yüz otuz manat 47 qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 157,57 (yüz əlli yeddi manat 57 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1955-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etmədiyini bildirərək göstərdi ki, o, bir il əvvəl vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmiş olsa da, hal-hazırda həmin MMC-nin təsisçisi olan X6 tərəfindən direktor vəzifəsindən azad olunmuşdur. Buna görə də, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına razı deyildir və məhkəmədən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş ərizənin təmin olunmamasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1955-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1d olunmuş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin 11 sentyabr 2023-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə 66796,3 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 4130,47 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 157,57 manat məbləğində borcu vardır. Lakin, məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş 28 sentyabr 2023-cü il tarixli “Təsis payının alqı-satqısı” Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Satıcı” - Birinci tərəf Həsənov X3 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 05 iyun 2023-cü il tarixində qeydə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) olan nizamnamə kapitalının miqdarı (ödənilmiş) 10 manat nizamnamə kapitalındakı payını “Alıcı” - İkinci tərəf X1 mülkiyyətinə vermiş, “Alıcı” - İkinci tərəf isə payı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə ünvanlanmış 23 noyabr 2023-cü il tarixli ********** nömrəli müraciət vərəqəsindən görünür ki, X6 tərəfindən "Kommersiya qurumunun və ya publik hüquqi şəxsin rəhbərinin dəyişdirilməsi" barədə ərizə ilə Vergi Orqanına müraciət edərək, özünün vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qanuni təmsilçisi kimi qeydə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 28 sentyabr 2023-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçisinin qərarından görünür ki, 28 sentyabr 2023-cü il tarixdən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi və X1 isə 28 sentyabr 2023-cü il tarixdən direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının Dövlət Reyestri Məlumatları Bazasındakı rəsmi qeydiyyat məlumatlarından və 23 noyabr 2023-cü il tarixli Çıxarış məlumatlarından görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hazırki qanuni təmsilçisi X2r (Çıxarışın verildiyi tarix: - 23 noyabr 2023cü il; Nömrəsi: - **********066500). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 28 noyabr 2023-cü il tarixə olan "Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlarındakı dəyişikliklərin tarixçəsi" Məlumat (https://www.taxes.gov.az/az/page/kommersiya-qurumlarinin-dovlet-reyestrine-daxil-edilenmelumatlarindaki-deyisikliklerin-tarixcesi) ilə müəyyən olunur ki, X6 hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN **********) icra orqanının rəhbəri kimi 23 noyabr 2023-cü ildə Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs hal-hazırda rəsmi olaraq vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik direktoru olması təsdiq edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Lakin, hazırkı işin müəyyən edilmiş hallarına görə Maraqlı şəxs hal-hazırda borclu hüquqi şəxsə (vergi ödəyicisinə) heç bir aidiyyəti yoxdur. Belə olan halda, onun məlum borcla əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya səbəb olmaqla, vergiləri ödəməyi təmin etmə üsulu kimi həmin tədbirin əhəmiyyətini də heçə endirər və eyni zamanda, hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd və əsassız məhdudiyyət yaradar. Yəni, Maraqlı şəxs hal-hazırda "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin qanuni təmsilçisi (icra orqanının rəhbəri) olması öz təsdiqini tapmadığından, həmin vergi ödəyicisinin Dövlət Büdcəsinə olan vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan borcu və İşsizlikdən Sığorta Fonduna olan borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X5 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hal-hazırda vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin icra orqanının rəhbəri, yəni qanuni təmsilçilik funksiyasına malik direktoru olmadığına görə Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin məlum borclarının ödənməməsi ilə əlaqədar ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1273/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1273/2023
28.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver