Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1296/2023 04.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi 02 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi 02 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “12 sentyabr 2023-cü il tarixə hesablanmış “Ağac- Bəzək Bitkiləri” İdarəsinin 8835,3 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 38436,61 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 142,87 manat borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(119)-1677/2022 nömrəli kommersiya işi üzrə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi 12 sentyabr 2022-ci ildə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “17 avqust 2022-ci il tarixə hesablanmış “Ağac-Bəzək Bitkiləri” İdarəsinin 5534,9 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 38436,61 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 142,87 manat borcu İşsizlikdən Sığorta Fonduna və eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 98,48 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 951,94 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxx 1983cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qəbul olunmasını xahiş etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli e-2-2(119)-1677/2022 nömrəli qətnaməsi ilə həmin ərizə qismən təmin edilərək, 17 avqust 2022-ci il tarixə hesablanmış 98,48 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 951,94 manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək xx xxx 1983-cü il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda, həmin Qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Maraqlı şəxs 14 yanvar 2022-ci ildən qüvvədə olan 14 yanvar 2022-ci il tarixli 06-K nömrəli Əmr əsasında hüquqi şəxs “Ağac-Bəzək Bitkiləri” İdarəsi rəisi (icra orqanının rəhbəri) olması barədə Əmək Müqaviləsinə xitam verilmişdir. Yəni, həmin iş üzrə aparılan araşdırma zamanı Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi “Ağac-Bəzək Bitkiləri” İdarəsinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik “rəisi” olması təsdiq edilməmiş və buna görə də, qanuni qüvvəsini almış Sumqayıt Kommersiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli e-2-2(119)-1677/2022 nömrəli qətnaməsi ilə hüquqi şəxs “Ağac- Bəzək Bitkiləri” İdarəsinin borclarına görə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından imtina olunmuşdur. Beləliklə də, hal-hazırda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş Qətnaməsi mövcuddur və həmin qətnamə ilə Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi “Ağac-Bəzək Bitkiləri” İdarəsinin icra orqanının rəhbəri olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etmək lazımdır ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hazırkı ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər də ərizəçi tərəfindən yaradılmış olan elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 02 oktyabr 2023-cü ildə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1296/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1296/2023
04.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver