Məhkəmə qərarları › İş №e-2-2(119)-13/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-13/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-13/2022 16.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 Əhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-13/2022 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 123720 (yüz iyirmi üç min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində əsas borc və 5000 ABŞ dolları zərər olmaqla, cəmi 128720 (yüz iyirmi səkkiz min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb, İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-13/2022 nömrəli (köhnə nömrəsi - e-2- 2(119)-544/2021) kommersiya işi üzrə 16 mart 2022-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh nümayəndəsi Nümayəndə1 gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Lakin, İddiaçı 11 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər mübahisəni məhkəmədən kənar həll olunması qərarına gəldiklərini və buna görə də, iddiaçının pul tələbinə dair hazırkı iddiasından imtina etdiyini bildirərək, məhkəmədən İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-13/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 İddiaçı iddiadan imtina etməsi ilə əlaqədar kommersiya işi üzrə icraata xitam verilməsi barədə ərizənin təmin olunmasını xahiş etdi və eyni zamanda, hazırkı iş üzrə aparılan məhkəmə prosesi zamanı Cavabdehnə məxsus bank hesablarındakı pul vəsaiti üzərinə məhkəmə qərardadı ilə qoyulmuş həbsin ləğv olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələblərinə görə, iddiadan imtina etmə - bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Həmin Məcəllənın 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, proses iştirakçısını dinləyib, yuxarıda qeyd olunanlara əsasən iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı hazırkı kommersiya işi üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiaçının iddiadan imtinası qəbul edilərək, İddiaçı iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli və İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 13/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Eləcə də, hazırkı kommersiya işi üzrə məhkəmə prosesi zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-2(105)-81/2021 nömrəli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək, işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək Cavabdehnə məxsus bank hesablarındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 123720 (yüz iyirmi üç min yeddi yüz iyirmi) ABŞ dolları həddində (Azərbaycan manatı məzənnəsi ilə) həbs qoyulmuşdur. Lakin, iddiaçının iddiadan imtina ilə əlaqədar e-2-2(119)-13/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verildiyindən, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-2(105)-81/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri olaraq cavabdehə məxsus bank hesablarındakı pul vəsaiti üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Çünki, iş üzrə icraata xitam verilməklə yekun məhkəmə aktı çıxarıldığından, iddianın təmin tədbiri olaraq bank hesablarına qoyulmuş həbsin saxlanması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinin tələblərinə görə, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-13/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-13/2022 nömrəli kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-2(105)-81/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri olaraq Cavabdehnə məxsus bank hesablarındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 123720 (yüz iyirmi üç min yeddi yüz iyirmi) ABŞ dolları həddində qoyulmuş həbs ləğv edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar