Məhkəmə qərarları › İş №e-2-2(119)-130/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-130/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-130/2025 02.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nilufər Nizami qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 684354 (altı yüz səksən dörd min üç yüz əlli dörd) manat əsas borc, müqavilə üzrə cərimə faizi olaraq 173563,84 (yüz yetmiş üç min beş yüz altmış üç manat səksən dörd qəpik) manat, bank uçot dərəcəsi əsasında 36852,42 (otuz altı min səkkiz yüz əlli iki manat qırx iki qəpik) manat olmaqla, cəmi 894770,26 (səkkiz yüz doxsan dörd min yeddi yüz yetmiş manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 11 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək əsas borcun 159413,17 (yüz əlli doqquz min dörd yüz on üç manat on yeddi qəpik) manat kimi, qalan hissədə isə iddia tələbinin olduğu kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 24 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 273361 (iki yüz yetmiş üç min üç yüz altmış bir) manat əsas borcun, 173563,84 (yüz yetmiş üç min beş yüz altmış üç manat səksən dörd qəpik) manat cərimə borcunun, bank uçot dərəcəsi (7,75%) əsasında 36852,42 (otuz altı min səkkiz yüz əlli iki manat qırx iki qəpik) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 məhkəmədən “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmiş, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə1 “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı tərəfindən 21 oktyabr 2024-cü il tarixli **********48 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 1185 (min yüz səksən beş) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 21 oktyabr 2024-cü il, saat 12:40; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə1 “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 21 oktyabr 2024-cü il tarixli **********48 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 1185 (min yüz səksən beş) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 21 oktyabr 2024-cü il, saat 12:40; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar