Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-131/2025 18.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində borcun, 3759,68 (üç min yeddi yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat məbləğində gecikdirilmə faizinin və 193,35 (yüz doxsan üç manat otuz beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 13 iyun 2023-cü il tarixli 019 nömrəli müqaviləyə və onun əlavə razılaşmalarına əsasən cavabdehə müxtəlif təsərrüfat, elektrik, tikinti və s. mallar tədarük edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra köçürmə yolu ilə satıcıya ödəyir. Təhvil verilən mallara görə Cavabdeh ASC sonuncu dəfə 2024-cü ilin avqust ayında ödəniş etmişdir. Cavabdeh ASC-nin iddiaçıya 30691,24 manat borcu var və borcun təsdiqi ilə bağlı tərəflər arasında 23 sentyabr 2024-cü il tarixdə üzləşmə aktı imzalanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc üzrə ödənişlər edilmir. Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsini gecikdirməyə görə əlavə olaraq faizlər ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ödənilməli olan faiz məbləği 1534,56 manat, 449.1-ci maddəsinə əsasən ödənilməli olan faiz məbləği 2225,12 manat təşkil edir. Bundan əlavə, hazırkı iddianın qaldırılması üçün “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən 193,35 manat dövlət rüsumu ödənilmişdir və həmin rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 05 yanvar 2025-ci il tarixində məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borcun və 182,07 (yüz səksən iki manat yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə faizlərin hesablanmasını, həmçinin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdehin ondan faydalanmasını təsdiq edən sənədlərinin, yaxud digər sübutlarının olmaması ilə əsaslandırılmışdır. İddiaçı 17 fevral 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iclasda nümayəndəsinin iştirak edə bilməyəcəyinin üzrlü hesab edilib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinini təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 iyun 2023-cü il tarixli 019 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı kabel mis 2*4mm, kabel mis 2*2 mm, şlank izolyasiya elektrik kabel üçün d25mm, elektrik razetka 4 gözlü qara, elektrik vilka 220v, ventilyator damandeh VİM 70K 4S, 80*80sm. 220v. 460vv. 1450qpm 1000 m3/h, uqolnik dəmir 50mm*50mm*3mm mallarını və sifarişə əsasən sifariş verilən malı alıcıya təchiz edir, alıcı isə təhvil-təslim aktına və elektron qaimə-fakturaya əsasən, həmin malı qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1-ci yarımbəndinə əsasən malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) vaxtında ödəmək satıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı, malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında “13 iyun 2023-cü il tarixli 019 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi” üzrə bağlanmış xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli əlavə razılaşmalara əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə alıcıya adları və qiymətləri həmin razılaşdırılmalardakı cədvəldə göstərilən, habelə həmin əlavə razılaşmaların 3-cü bəndinə əsasən sifariş verilən digər tikinti və təsərrüfat mallarını təchiz edir, alıcı isə, təhvil-təslim aktına və elektron qaimə-fakturaya əsasən, həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin razılaşmaların 3-cü bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən sonra 15 (on beş) gün ərzində köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş “göndərilən qaimələrin siyahısı”ndan görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 228997,72 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə 116 ədəd elektron qaimə-faktura göndərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 14 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 228997,72 manat dəyərində mal göndərilmiş, həmin malların 180 manat dəyərində olan hissəsi geri qaytarılmış, cavabdeh tərəfindən iddiaçıya 198125,56 manat ödənilmiş və cavabdehin iddiaçıya 30691,24 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış 23 sentyabr 2024-cü il tarixli “Üzləşmə aktı”na əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə 23 sentyabr 2024-cü il tarixinə borcu 30691,24 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 11 oktyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat borcun 3 iş günü ərzində ödənilməsi, əks halda borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 13 iyun 2023-cü il tarixli 019 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək müxtəlif vaxtlarda müxtəlif dəyərdə mallar satılmış, həmin malların dəyərindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənişlər edilsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş, nəticədə onun 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 13 iyun 2023-cü il tarixli 019 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “182,07 (yüz səksən iki manat yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 182,07 (yüz səksən iki manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc və 182,07 (yüz səksən iki manat yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 30873,31 (otuz min səkkiz yüz yetmiş üç manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30691,24 (otuz min altı yüz doxsan bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc və 182,07 (yüz səksən iki manat yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 30873,31 (otuz min səkkiz yüz yetmiş üç manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-131/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-131/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver