Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1311/2022 14.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 03 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması və müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında ödənilməmiş 12500,01 manat məbləğində əsas borc, 1250,001 manat məbləğində cərimə, ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci və vəkil xidməti üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 14250 (on dörd min iki yüzəlli) manat pul vəsaitinin Cavabdehndən tutuluraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN ********** arasında xx.xx.2021-ci il tarixli AP-21/09 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə icraçı ona məxsus malları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında sifarişçiyə təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların qiyməti və məbləği qaiməfakturaya əsasən müəyyən olunur. Müqavilə əsasında xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 958523 nömrəli elektron qaimə tərtib edilmiş və elektron qaimə əsasında 15000,01 manat dəyərində 1250 paket əlcək cavabdehə təhvil verilmişdir. Müqavilənin 2.2-ci bəndində malların dəyərinin mallar təhvil verildikdən sonra 15 iş günü ərzində icraçının hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iki dəfə- 2118,64 manat və 381,36 manat olmaqla, ümumilikdə 2500 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçıya 12500,01 manat borcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda alıcı satıcıya 1 həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0.1%i həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir. Cavabdeh İddiaçınə qeyd olunan elektron qaimə üzrə 12500,01 manat məbləğində əsas borc, gecikdirilmiş hər gün üçün faiz məbləği hesablanmaqla 1250,001 manat cərimə olmaqla ümumilikdə 13750,011 manat məbləğində borcu qalmışdır. 21 may 2022-ci il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Lakin göndərilən pretenziya məktubuna heç bir cavab gəlməmiş və cavabdeh tərəfindən ödəniş edilməmişdir. Sözügedən müqavilənin 6.3-cü bəndinə görə sifarişçi bu müqavilədə ünvanı barədə göstərdiyi məlumatların doğruluğunu təsdiq etməklə icraçı tərəfindən həmin ünvana göndərilən bildiriş, xəbərdarlıq və sair məktublar həmin ünvana çatmış hesab olunacaq və sifarişçi onları almaması halına istinad edə bilməz. Mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi nəzərdə tutulmuş, bu barədə hər iki tərəfə məlumat verilməsinə baxmayaraq İddiaçı direktoru sessiyada iştirak etmiş, cavabdeh isə iştirak etməmiş və bununla bağlı hər hansı bir məlumat verməmişdir. Mediasiya təşkilatı tərəfindən 14 iyun 2022-ci il tarixli, MŞB/3-1135 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil 27 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AP-21/09 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. Tərəflərin etirazı olmadıqa müddəti eyni şərtlərlə 1 (bir) il daha uzadıla bilər. Lakin istər “Agro Prof’ MMC tərəfindən, istərsə də İddiaçı MMC tərəfindən müqavilənin uzadılması ilə bağlı hər hansı bir təşəbbüs göstərilməmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdən etibarən müddətinin bitməsi ilə bağlı qüvvədən düşmüşdür. Buna görə də iddia tələbində qeyd edilən “Agro Prof’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021 -ci il tarixli müqavilənin ləğv edilməsi” hissəsi çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq cavabdeh “Agro Prof’ Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 12500,01 manat məbləğində əsas borc, 1250,001 manat məbləğində cərimə, ilkin mediasiya sessiyasinda iştirak üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci və vəkil xidməti üçün ödənilmiş 300 manat olmaqla ümumilikdə 14250 (on dörd min iki yüz əlli) manat pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28 oktyabr 2022-ci il tarixli məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəyişdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin İddiaçınə hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AP-21/09 nömrəli müqaviləyə əsasə icraçı ona məxsus olan məhsulları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdıq edilmiş qaimə əsasında sifarişçiyə təqdim etməyi öhdəsinə götürür, icraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 2-ci bəndinə əsasən malların qiyməti və məbləği qaimə-fakturaya əsasən müəyyən olunur, göstərilən malların dəyəri mallar təhvil verildikdən sonra 15 (on beş) iş günü ərzində icraçının hesabına ödənilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda alıcı satıcıya 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərtilə cərimə ödəyəcəkdir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı, 958523 №-li elektron qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə cəmi 15000,01 (on beş min manat 01 qəpik) manat dəyərində əlcək satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli 000093 nömrəli qaimədən görünür ki, həmin tarixdə 5400 manat dəyərində 450 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli 000094 nömrəli qaimədən görünür ki, həmin tarixdə 2400 manat dəyərində 200 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli 000123 nömrəli qaimədən görünür ki, həmin tarixdə 3600 manat dəyərində 300 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli 000239 nömrəli qaimədən görünür ki, həmin tarixdə 3600 manat dəyərində 300 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarından olan 21 oktyabr 2021-ci il tarixli qəbzdən və İddiaçı “ƏDV subuçot” hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 21 oktyabr 2021-ci il tarixdə İddiaçınə 381,36 manat və 2118,64 manat olmaqla, ümumilikdə 2500 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 19 oktyabr 2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı MMC ilə “Agro Prof’ MMC arasında bağlanmış xx.xx.20211-ci il tarxili AP-21/09 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə 15000,01 manat dəyərində 1250 ədəd əlcək verilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 2118,64 manat və 381,36 manat olmaqla, ümumilikdə 2500,00 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, AP-21/09 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, 1250 ədəd əlcək satıcı İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmişdir. Lakin almış olduğu mallara görə 12500,01 (on iki min beş yüz manat 01 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 12500,01 manat məbləğində əsas borcun və 1250,001 manat məbləğində cərimənin Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində mediasiya xərci və eyni zamanda hüquqi yardımla əlaqədar 300 (üç yüz) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, AP-21/09 nömrəli alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 12500,01 (on iki min beş yüz manat 01 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1250,001 manat məbləğində penyanın tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 600 (altı yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 12500,01 manat məbləğində əsas borc və 600 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən 129,30 (yüz iyirmi doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 12500,01 (on iki min beş yüz manat 01 qəpik) manat məbləğində əsas bоrc, 600 (altı yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 13600,01 (on üç min altı yüz manat 01 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 129,30 (yüz iyirmi doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1311/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1311/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver