Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1314/2022 05.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, Bakı Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e- 2-2(119)-1314/2022 nömrəli kommersiya işinin materiallarına baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 22 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 62290,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e-2-2(113)-3624/2022 nömrəli qərardadı ilə həmin ərizəyə dair e-2-2(113)-3624/2022 nömrəli kommersiya işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardadda işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə istinad edilməklə, “maraqlı şəxsin Qubadlı rayonu, Müskanlı kəndində qeydiyyatda olması” ilə əsaslandırılmışdır. Məhkəmə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair e-2-2(113)- 3624/2022 nömrəli işin materialları ilə tanış olub hesab edir ki, Bakı Kommersiya Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də, ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün e-2-2(113)-3624/2022 nömrəli kommersiya işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizədə o cümlədən, ərizəyə əlavə edilmiş və ərizəçi tərəfindən tərtib olunan sənədlərdə xəbərdarlıq haqqında məlumatda, vergi ödəyicisi haqqında məlumatda, vergi borcunun ödənilməsinə dair bildirişdə Maraqlı şəxs ünvanı “ünvan 1nmuşdur. Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşadığı müəyyən olunur (Mülki-Prosessual Məcəllənin tələblərinə görə bu kimi ərizələrə maraqlı şəxsin qeydiyyat ünvanı ilə deyil, yaşayış ünvanı üzrə baxılır). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs rəsmi qeydiyyat ünvanı ünvan 2dlər əsasında müəyyən edilir ki həmin maraqlı şəxs faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Yəni, maraqlı şəxsin mövcud yaşayış ünvanı Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində, rəsmi qeydiyyat ünvanı isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Qubadlı rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə, yuxarıda təsvir olunanlardan və ərizəçinin təqdim etdiyi sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yaşadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməlidir. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2-2(113)-3624/2022 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1314/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1314/2022
05.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver