Məhkəmə qərarları › İş №e-2-2(119)-1323/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1323/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1323/2023 06.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 140609 (yüz qırx min altı yüz doqquz) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 141050 (yüz qırx bir min əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 07 yanvar 2022-ci il tarixli, 2BNF/E008 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən iddiaçı sözügedən müqavilə üzrə alıcı qismində çıxış edən cavabdehə metal boru, metal list, şveller təhvil vermiş və həmin mallara görə Cavabdeh İddiaçınə 140609 (yüz qırx min altı yüz doqquz) manat ödənilməmiş borcu yaranmışdır. Sözügedən mallar iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 336723 nömrəli, xx.xx.2022-ci il tarixli, 406050 nömrəli, xx.xx.2022-ci il tarixli, 440523 nömrəli, xx.xx.2022ci il tarixli, 014511 nömrəli, xx.xx.2022-ci il tarixli, 295890 nömrəli, xx.xx.2022-ci il tarixli, 154258 nömrəli, xx.xx.2023-ci il tarixli, 843956 nömrəli elektron qaimələr əsasında təhvil verilmişdir. Yuxarıda göstərilən malların alıcıya təhvil verilməsi cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş müvafiq təhvil-təslim aktları ilə, habelə xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə də təsdiq olunur. Lakin buna baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək ona təhvil verilmiş malların dəyərini bugünədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı (VÖEN **********) ilə alıcı - Cavabdeh (VÖEN **********) ilə arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqaviləyə əsasən satıcı müqavilə imzalandığı tarixdən xx.xx.2022-ci ilədək olan dövr ərzində bu müqavilənin 1.2-ci bəndində göstərilən malları alıcıya satır. Həmin müqavilənin 1.3-cü bəndinə əsaəsn malın adı müxtəlif çeşidli metal məmulatlarıdır. Hər mal partiyası üçün malların çeşidi, sayı və qiymətləri müqavilənin ayrılmaz tərkib hissələri olan Qiymət razılaşma protokolları ilə tərəflər arasında müəyyən olunur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 40389,37 manat dəyərində malların satılması ilə əlaqədar 17 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 335723 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 6195 manat dəyərində malların satılması ilə əlaqədar 01 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 406050 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 21156,17 manat dəyərində malların satılması ilə əlaqədar 18 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 440523 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 7051,92 manat dəyərində malların satılması ilə əlaqədar 12 dekabr 2022-ci il tarixli EBCL seriyalı 014511 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 20237 manat dəyərində malların satılması ilə əlaqədar 16 dekabr 2022-ci il tarixli EBCL seriyalı 295890 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 13100,06 manat dəyərində malların satılması ilə əlaqədar 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 154258 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 07 yanvar 2022-ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 50180,05 manat dəyərində malların satılması ilə əlaqədar 12 yanvar 2023-cü il tarixli EBCM seriyalı 843956 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçınə 17 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 335723 nömrəli elektron qaimə üzrə 15000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 27 dekabr 2022-ci il tarixdə 2700 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 06 sentyabr 2023-cü il tarixli “Üzləşmə aktı”nda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İddiaçınə 140609,56 manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 07 yanvar 2022ci il tarixli, 22BNF/E008 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı qeyd olunan 7 ədəd elektron qaimə üzrə ümumilikdə 158309,57 manat dəyərində malları Cavabdehnə təhvil vermişdir. Cavabdeh tərəfindən həmin qaimələrdən yalnız 17 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 335723 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə ƏDV daxil cəmi 17700 manat məbləğində ödəniş edilsə də, cavabdeh öhdəliyini icra etməyərək həmin qaimələr üzrə malların dəyərini ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 140609 (bir yüz qırx min altı yüz doqquz) manat məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən dövlət büdəsinə 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 140609 (bir yüz qırx min altı yüz doqquz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 06 oktyabr 2023-cü il tarixli MŞS/MT30/2023-02142 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 140609 (bir yüz qırx min altı yüz doqquz) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 31 (otuz bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 141040 (yüz qırx bir min qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia tələbi üzrə hesablanmış 430,61 (dörd yüz otuz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 399,61 (üç yüz doxsan doqquz manat altmış bir qəpik) manat məbləğində (430,61 manat – 31 manat = 399,61 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 140609 (yüz qırx min altı yüz doqquz) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 31 (otuz bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 141040 (yüz qırx bir min qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 399,61 (üç yüz doxsan doqquz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar