Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1350/2023 08.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 12 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14/SB-DS nömrəli Alqı-satqı müqaviləsi üzrə 34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat əsas borc, 13834,36 (on üç min səkkiz yüz otuz dörd manat 36 qəpik) manat dəbbə pulu (cərimə borcu) və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat olmaqla, cəmi 48830,27 (qırx səkkiz min səkkiz yüz otuz manat 27 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 09 yanvar 2018-ci il tarixli “14/SB-DS” nömrəli müqavilə üzrə X1 əsasən satıcı İddiaçı ASC alıcı Cavabdeh MMC-ni müxtəlif növ toyuq əti məhsulları ilə (bundan sonra mətn üzrə: mallar) sifarişlərə əsasən tam təmin etmiş və sifariş verilmiş mallar vaxtlı-vaxtında İddiaçı ASC-nin hesabına Cavabdeh MMC-yə göndərilmişdir. Beləliklə də, Satıcı İddiaçı ASC tərəfindən Müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmuş və alıcı Cavabdeh MMC tərəfindən sifariş verilmiş mallar vaxtı-vaxtında ona göndərilmişdir. Bu alqı-satqı üzrə yaranmış borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı ASC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də,cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Satıcı İddiaçı ASC tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. İddiaçı ASC tərəfindən mübahisənin mediasiya qaydasında həll edilməsi üçün 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı müqaviləsi üzrə 34585,91 manat əsas borc, 13834,36 manat dəbbə pulu və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 410 manat olmaqla, cəmi 48830,27 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimələrdə göstərilən miqdarda və həmin qiymətlərlə Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini bu müqavilə şərtləri əsasında ödəməyi öz öhdəsinə götürür. Müqavilə qüvvədə olduğu müddətdə, malların qiymətlərində istənilən vaxt Satıcı tərəfindən dəyişiklik edildikdə, bu öz əksini qaimə-fakturalarda tapacaqdır. Həmin qaimələr üzrə malın qəbul edilməsi - Alıcı tərəfindən burada göstərilən qiymətlərə dair Alıcının razılığını ifadə edir (1.1-ci bənd). Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı bu müqavilənin qüvvədə olduğu müddətdə, hər dəfə təqvim ayının 1-dən 15-dək qəbul edilən məhsulun dəyərini həmin ayın 15-də və 15-dən 30-dək (və ya sonuncu günü) qəbul edilən malın dəyərini həmin ayın 30-da (və ya sonuncu günü) AZN-lə Satıcının kassasına nəğd və ya bankdakı hesablaşma hesabına köçürmə yolu ilə ödəməlidir. Həmin Müqavilənin 3.4.2-ci bəndinə əsasən, Alıcı aldığı malların dəyərini vaxtında ödəmədiyinə görə Satıcıya vurduğu ziyanın əvəzini və əldən çıxmış faydanı ona ödəməlidir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə 31 dekabr 2017-ci il tarixinədək qüvvədədir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, əgər müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 30 (otuz) gün qalmış tərəflərdən biri digərini müqavilənin ləğv edilməsi barədə yazılı qaydada məlumatlandırmazsa müqavilə müddəti eyni şərtlərlə növbəti illərdə də uzadılacaqdır. İş materiallarında olan, 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-Satqı Müqaviləsinin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 09 yanvar 2018-ci il tarixli "Qiymət razılaşdırma” Protokolundan görünür ki, 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı Cavabdeh alqı-satqı müqaviləsində qeyd olunmuş qaydalara və şərtlərə əməl etməklə, 1 kiloqramı 5 manat məbləğində olmaqla "dondurulmuş File (açıq)" adlı malı təhvil aldıqdan sonra dəyərini vaxtlı-vaxtında satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən alıcı Cavabdehnə (VÖEN **********) ümumilikdə cəmi 470482,09 (dörd yüz yetmiş min dörd yüz səksən iki manat 09 qəpik) manat həcmində toyuq məhsulların satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş Elektron Qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı ASC-yə 07 iyul 2023-cü il tarixə 34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli Yekun Maliyyə Arayışında göstərilir ki, 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı ASC tərəfindən alıcı Cavabdehnə ümumi satılmış malların məbləği 470482,09 manat miqdarında olmuş və həmin məbləğin 435896,18 manat hissəsi ödənilmiş olsa da, ödənilməyən borcun miqdarı 34585,91 manat məbləğindədir. Həmin Müqavilə üzrə sonuncu dəfə malın təhvil verilməsi tarixi - 07 iyun 2021-ci il, sonuncu ödəniş tarixi isə 07 iyun 2021-ci ildir. Müqavilə üzrə hesablanmış dəbbə pulu məbləği isə 13834,36 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə satılmış ümumilikdə cəmi 470482,09 manat dəyərində malın pulunun 34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat hissəsi sonuncu tərəfindən ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində “ödənilməmiş 34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində əsas borcun və 13834,36 (on üç min səkkiz yüz otuz dörd manat 36 qəpik) manat məbləğində dəbbə pulunun Cavabdehndən tutulması” xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında Cavabdeh nümayəndəsi iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-Satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, iddia tələbi həmin Müqavilə üzrə ödənilməmiş “34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində əsas borcun” cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 13834,36 (on üç min səkkiz yüz otuz dörd manat 36 qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, tərəflər arasında imzalanmış hər hansı bir müqavilə mahiyyətli sənəddə, o cümlədən də tərəflər arasında bağlanmış 05 dekabr 2016-ci il tarixli “14/SB- DS” nömrəli Alqı-Satqı Müqaviləsində Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə dəbbə pulunun (cərimənin, penyanın) hesablanması və ödənilməsi qaydası nəzərdə tutulmamış və eləcə də, “Alıcı” öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu) ödəyəcəyini vəd etməmişdir (Mülki Məcəllənin 465.2-ci maddəsi). Ona görə də, tərəflər arasında imzalanmış 05 dekabr 2016-ci il tarixli “14/SB-DS” nömrəli Alqı-satqı Müqaviləsinə istinad edilməklə, hazırkı iddia ərizəsi üzrə cavabdehdən hər hansı məbləğdə dəbbə pulunun (cərimənin və yaxud, penyanın) tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdehndən 34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində əsas borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı ASC tərəfindən mediatora ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqının əvəzi Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdehndən “borcun tutulması” barədə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq dövlət nəfinə 193,76 (yüz doxsan üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 34585,91 (otuz dörd min beş yüz səksən beş manat 91 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 34995,91 (otuz dörd min doqquz yüz doxsan beş manat 91 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 193,76 (yüz doxsan üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1350/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1350/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver