Məhkəmə qərarları › İş №e-2-2(119)-1369/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1369/2024

12.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1369/2024 12.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 23 iyul 2024-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 52324,59 (əlli iki min üç yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 263 (iki yüz altmış üç) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 42,04 (qırx iki manat, dörd qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 10,53 (on manat, əlli üç qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 24384,17 (iyirmi dörd min üç yüz səksən dörd manat, on yeddi qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 156,9 (yüz əlli altı manat, doxsan qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 25,08 (iyirmi beş manat, səkkiz qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 6,28 (altı manat, iyirmi səkkiz qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 3548,25 (üç min beş yüz qırx səkkiz manat, iyirmi beş qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 522,5 (beş yüz iyirmi iki manat, əlli qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 83,52 (səksən üç manat, əlli iki qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 20,9 (iyirmi manat, doxsan qəpik) manat borcunun, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan 155,53 (yüz əlli beş manat, əlli üç qəpik) manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxxx 1970-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs iddia ərizəsini qəbul etməyərək bildirdi ki, qardaşı Kamranın vasitəsilə Anar və Tural adlı şəxslərlə tanış olmuş, həmin şəxslər hüquqi şəxs təsis edərək onu işlə təmin edəcəklərini və aylıq 500-600 manat məbləğində əmək haqqı veriləcəyini vəd etmiş, təxminən 2023-cü ilin payız aylarında o, Anar adlı şəxsə etibarnamə vermiş, daha sonra Tural adlı şəxslə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə gedərək “ASAN İmza” əldə etmiş, sonradan həmin şəxslərlə əlaqəsi olmamış, etibarnaməni verdikdən 2 gün sonra notariat ofisinə müraciət edib onu ləğv etdirsə də, “ASAN İmza”nı bağlanılması ilə bağlı müraciət etməmişdir. Həmin şəxslərlə tanışlığından təxminən 6 ay keçdikdən sonra “Araz” supermarketlər şəbəkəsində işə düzələrkən adına 3 hüquqi şəxs yaradıldığı ona məlum olmuşdur. Bundan sonra, Bakı şəhəri Ayna Soltanova küçəsində yerləşən müvafiq vergi orqanına müraciət etmiş, 28000 manat məbləğində vergi borcunun olduğu barədə ona məlumat verilmişdir. Məsələnin araşdırılması ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Abşeron rayon prokurorluğuna müraciətlər etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, həmçinin işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə 23 iyul 2024-cü il tarixinə hesablanmış Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 52324,59 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 263 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 42,04 manat borcu, İşsizlikdən Sığorta Fonduna 10,53 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 24384,17 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 156,9 manat borcu İcbari Tibbi Sığorta Fonduna 25,08 manat borcu, İşsizlikdən Sığorta Fonduna 6,28 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 3548,25 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 522,5 manat borcu İcbari Tibbi Sığorta Fonduna 83,52 manat borcu, İşsizlikdən Sığorta Fonduna 20,9 manat borcu vardır. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs özünün də 23 iyul 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 155,53 manat vergi borcu vardır və onlara həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC "xxxx" MMC və "xxxx" MMC, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 23 iyul 2024-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 52324,59 (əlli iki min üç yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 263 (iki yüz altmış üç) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 42,04 (qırx iki manat, dörd qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 10,53 (on manat, əlli üç qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, “NETFORMEN" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 24384,17 (iyirmi dörd min üç yüz səksən dörd manat, on yeddi qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 156,9 (yüz əlli altı manat, doxsan qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 25,08 (iyirmi beş manat, səkkiz qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 6,28 (altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 3548,25 (üç min beş yüz qırx səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 522,5 (beş yüz iyirmi iki manat, əlli qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 83,52 (səksən üç manat, əlli iki qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 20,9 (iyirmi manat, doxsan qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs (VÖEN: **********) 155,53 (yüz əlli beş manat, əlli üç qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan - xx xxxx 1970-ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar