Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1392/2022 03.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2020-ci il tarixli 14/SM nömrəli “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsi üzrə ödənilməli olan 112178,54 manat əsas borcun, həmin məbləğə hesablanmış 20192,14 manat dəyərində əlavə dəyər vergisinin, bu məbləğin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 3706 manatın və 426 manat məhkəmə xərcinin Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 23 iyul 2020-ci il tarixli 14/SM nömrəli “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə 1 illik bağlanmış və tərəflər bir-birini yazılı şəkildə xəbərdarlıq etməsələr ardıcıl bir il uzadılır. Həmin müqavilə tərəflər bir-birini yazılı şəkildə xəbərdar etmədikləri üçün uzadılmış və hal-hazırda da həmin müqavilənin şərtləri qüvvədədir. “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsinin 2-ci bəndinə görə mallar İcraçı Cavabdehnə təqdim edildikdən sonra 60 gün ərzində onun dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına köçürülməlidir. Həmin çərçivə müqaviləsi əsasında 19 noyabr 2021-ci il tarixindən 22 aprel 2022-ci il tarixinədək Cavabdehnə təqdim olunmuş malların dəyərinin 112178,54 manat məbləğində əsas borc və həmin məbləğə hesablanmış 20192,14 manat dəyərində ƏDV bu günə qədər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına köçürülməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə email vasitəsi ilə xəbərdarlıq edilərək pulların köçürülməsi tələb olunsa da, bu günə qədər ödəniş həyata keçirilməmişdir. Sonradan qanunvericiliyin tələblərinə əsasən mediasiya sessiyası ilə bağlı Mediasiya Təşkilatına müraciət olunmuş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 19 noyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 2940 manat dəyərində əlavə dəyər vergisi 529,20 manat təşkil edən, 22 noyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 249,60 manat dəyərində əlavə dəyər vergisi 44,93 manat təşkil edən, 22 noyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 128 manat dəyərində əlavə dəyər vergisi 23,04 manat təşkil edən, 25 noyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 16940,10 manat dəyərində əlavə dəyər vergisi 3049,22 manat təşkil edən, 30 noyabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 1207,80 manat dəyərində əlavə dəyər vergisi 217,40 manat təşkil edən, 01 dekabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 164,80 manat dəyərində əlavə dəyər vergisi 29,66 manat təşkil edən, 23 dekabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 53134,94 manat dəyərində əlavə dəyər vergisi 9564,29 manat təşkil edən, 28 dekabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 1890 manat dəyərində əlavə dəyər vergisi 340,20 manat təşkil edən, 28 dekabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 1742,80 manat dəyərində əlavə dəyər vergisi 313,70 manat təşkil edən, 30 dekabr 2021-ci il tarixli elektron qaiməyə əsasən 3198 manat dəyərində əlavə dəyər vergisi 575,64 manat təşkil edən, 10 yanvar 2022-ci il tarixli elektron qaiməyə əsasən 468 manat dəyərində əlavə dəyər vergisi 84,24 manat təşkil edən, 10 yanvar 2022-ci il tarixli elektron qaiməyə əsasən 5941,60 manat dəyərində əlavə dəyər vergisi 1069,49 manat təşkil edən, 14 yanvar 2022-ci il tarixli elektron qaiməyə əsasən 157 manat dəyərində əlavə dəyər vergisi 27 manat təşkil edən, 02 fevral 2022-ci il tarixli elektron qaiməyə əsasən 10458,70 manat dəyərində əlavə dəyər vergisi 1882,57 manat təşkil edən, 03 fevral 2022-ci il tarixli elektron qaiməyə əsasən 1275 manat dəyərində əlavə dəyər vergisi 229,50 manat təşkil edən, 03 fevral 2022-ci il tarixli elektron qaiməyə əsasən 4320 manat dəyərində əlavə dəyər vergisi 777,60 manat təşkil edən, 24 fevral 2022-ci il tarixli elektron qaiməyə əsasən 435 manat dəyərində əlavə dəyər vergisi 78,30 manat təşkil edən, 24 fevral 2022-ci il tarixli elektron qaiməyə əsasən 4220 manat dəyərində əlavə dəyər vergisi 759,60 manat təşkil edən, 18 mart 2022-ci il tarixli elektron qaiməyə əsasən 126 manat dəyərində əlavə dəyər vergisi 22,68 manat təşkil edən, 29 mart 2022-ci il tarixli elektron qaiməyə əsasən 975 manat dəyərində əlavə dəyər vergisi 175,50 manat təşkil edən və 22 aprel 2022-ci il tarixli elektron qaiməyə əsasən 3790 manat dəyərində əlavə dəyər vergisi 1682,20 manat təşkil edən mallar Cavabdehnə təqdim olunmuş və müqavilənin tələblərinə əsasən 60 gün ərzində malların dəyəri və ona hesablanmış əlavə dəyər vergisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına köçürülməli olsa da, bu günə qədər köçürülməmişdir. Bu mallardan yalnız artıq ödəmə kimi 19 noyabr 2021-ci il tarixli qaimə üzrə təqdim edilmiş 2940 manat dəyərində əlavə dəyər vergisi 529,20 manat təşkil edən malların əvəzini 1363,20 manat və 245,38 manat əlavə dəyər vergisi hissəsi ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7,75 faizi gecikdirilmiş aylar üzrə (aylıq 0,64 faiz) hesabladıqda ümumi məbləğ 3706 (üç min yeddi yüz altı manat) təşkil edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianı 112178,54 manat əsas borcun və həmin məbləğə hesablanmış 20192,14 manat dəyərində əlavə dəyər vergisinin tutulması hissəsində qəbul etdiyini, bu məbləğin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanaraq tələb edilən 3706 manat hissəsində isə qəbul etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirkət - Cavabdeh ilə İcraçı-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 23 iyul 2020-ci il tarixli 14/SM saylı “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsinə əsasən şirkət icraçı tərəfindən müəyyən xidmətlərin və malların təmin olunmasını istəyir, icraçı satınalma və təchizat fəaliyyət sahəsində xidmət göstərir və alış sifarişlərində müəyyən edilən xidmətləri yerinə yetirmək və malları təqdim etmək istəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə qiymətinin ödəniş şərtləri 1-ci Əlavədə təqdim olunan formada mallar və xidmətlər ilə bağlı şirkət tərəfindən icraçıya verilən hər iş sifarişləri üçün ayrı razılaşdırılır. İş sifarişlərində başqa cür müəyyən olunmazsa, bu müqavilənin 2.2 və 2.3-cü bəndləri tətbiq olunur. Həmin müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin və ya malların təmin olunmasından sonra icraçı şirkətə müvafiq qaydada hazırlanmış təhvil-təslim aktını təqdim etməlidir. Şirkət icraçı tərəfindən təqdim olunan təhvil-təslim aktını ya imzalamalı, ya da şirkət tərəfindən Təhvil-təslim aktının alınmasından sonra 5 (beş) iş günü ərzində şirkətə əsaslandırılmış etirazını göndərməlidir. Əgər şirkət təhvil-təslim aktını imzalamazsa və 5 (beş) iş günü ərzində əsaslandırılmış etirazını göndərməzsə, təhvil-təslim aktı imzalanmış, xidmətlər və ya mallar isə qəbul olunmuş hesab edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icraçı təhvil-təslim aktının imzalanmasından sonra şirkətə lazımi qaydada hazırlanmış hesab-faktura təqdim etməlidir. Ödəniş icraçı tərəfindən hesab-fakturanın təqdim olunmasından sonra 60 (altmış) təqvim günü ərzində icraçının bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. İş materiallarında olan EBBM seriyalı 619046 saylı 19 noyabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 3469,20 manat dəyərində mal, EBBM seriyalı 734656 saylı 22 noyabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 294,53 manat dəyərində mal, EBBM seriyalı 807120 saylı 23 noyabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 151,04 manat dəyərində mal, EBBM seriyalı 926319 saylı 25 noyabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 19989,32 manat dəyərində mal, EBBN seriyalı 205926 saylı 30 noyabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesabfakturaya əsasən 1425,20 manat dəyərində mal, EBBN seriyalı 334327 saylı 01 dekabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 194,46 manat dəyərində mal, EBBO seriyalı 632479 saylı 23 dekabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 62699,23 manat dəyərində mal, EBBO seriyalı 901384 saylı 28 dekabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 2230,20 manat dəyərində mal, EBBO seriyalı 913424 saylı 28 dekabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 2056,50 manat dəyərində mal, EBBP seriyalı, 040719 saylı 30 dekabr 2021-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 3773,64 manat dəyərində mal, EBBP seriyalı 359291 saylı 10 yanvar 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 7011,09 manat dəyərində mal, EBBP seriyalı, 353496 saylı 10 yanvar 2022-ci il tarixli elektron qaiməyə əsasən və həmin tarixli hesab-fakturaya 552,24 manat dəyərində mal, EBBP seriyalı 624779 saylı 14 yanvar 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 177 manat dəyərində mal, EBBQ seriyalı 095580 saylı 02 fevral 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 12341,27 manat dəyərində mal, EBBQ seriyalı 653594 saylı 03 fevral 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 1504,50 manat dəyərində mal, EBBQ seriyalı, 650464 saylı 03 fevral 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 5097,60 manat dəyərində mal, EBBR seriyalı 794146 saylı 24 fevral 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 513,30 manat dəyərində mal, EBBR seriyalı 795162 saylı 24 fevral 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 4979,60 manat dəyərində mal, EBBT seriyalı 123764 saylı 18 mart 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 148,68 manat dəyərində mal, , EBBT seriyalı 459613 saylı 29 mart 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesab-fakturaya əsasən 1150,50 manat dəyərində mal və EBBU seriyalı 951054 saylı 22 aprel 2022-ci il tarixli elektron qaiməyə və həmin tarixli hesabfakturaya əsasən 4472,20 manat dəyərində mal Cavabdehnə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 23 iyul 2020-ci il tarixli 14/SM nömrəli “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsi bağlanmış, qeyd olunan elektron qaimələrə və hesab fakturalara əsasən müvafiq mallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Socar-STP" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 112178,54 manat məbləğində əsas borcun, həmin məbləğə hesablanmış 20192,14 manat dəyərində əlavə dəyər vergisinin və bu məbləğin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 3706 manat məbləğində pulun cavabdeh “Socar-STP" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı ƏDV daxil ümumilikdə 132370,68 manat məbləğində borcun tutulması hissəsində qəbul etdiyini bildirmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “Socar-STP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 26 (iyirmi altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “Socar-STP" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, cavabdeh “Socar-STP" Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyd edilən müqavilə üzrə 132370,68 manat məbləğində borcun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Bundan başqa məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 3706 manat məbləğində pulun tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin, iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Bunun üçün də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 23 iyul 2020ci il tarixli 14/SM nömrəli “Xidmətlərin və malların təqdim edilməsinə dair” çərçivə müqaviləsi üzrə 132370,68 manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 422,37 (dörd yüz iyirmi iki manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 396,37 (üç yüz doxsan altı manat 37 qəpik) manat (422,37 manat – 26 manat = 396,37 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 23 iyul 2020-ci il tarixli Xidmətlərin və malların təqdim edilməsinə dair çərçivə müqaviləsi üzrə 132370,68 (yüz otuz iki min üç yüz yetmiş manat 68 qəpik) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 26 (iyirmi altı) manat məbləğində pul olmaqla - cəmi 132796,68 (yüz otuz iki min yeddi yüz doxsan altı manat 68 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 396,37 (üç yüz doxsan altı manat 37 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1392/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1392/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver