Məhkəmə qərarları › İş №e-2-2(119)-1404/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1404/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1404/2023 21.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-1404/2023 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1404/2023 nömrəli kommersiya işi ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə olan iddia ərizəsinə dair e-2-2(119)-1403/2023 nömrəli kommersiya işlərinin bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh kommersiya işi üzrə İddiaçı nümayəndəsinin vəsatətinin təmin olunmasına və vəsatətdə qeyd olunan ona qarşı verilmiş iddia tələblərinə dair hər iki işin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı və İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1404/2023 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1403/2023 nömrəli kommersiya işinə birləşdirilməlidir. Belə ki, iş materialları və eyni zamanda, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, İddiaçı 23 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 1141,25 (min yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsinə dair kommersiya işinə e-2-2(119)-1403/2023 nömrəsi verilərək icraata qəbul edilmişdir. Eyni zamanda İddiaçı 23 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 2958,13 (iki min doqquz yüz əlli səkkiz manat on üç qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan hər iki kommersiya işi eyni tərəflər (satıcı İddiaçı və alıcı Cavabdeh) arasında yaranmış kommersiya mübahisələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə olan e-2-2(119)-1404/2023 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə olan e-2-2(119)-1403/2023 nömrəli kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar