Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1405/2023 23.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi X2, Bakı Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2- 2(113)-4955/2023 nömrəli kommersiya işinin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 18 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə olan 47605,25 (qırx yeddi min altı yüz beş manat 25 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 331,36 (üç yüz otuz bir manat 36 qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 29,57 (iyirmi doqquz manat 57 qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 16,64 (on altı manat 64 qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə həmin ərizəyə dair e-2-2(113)-4955/2023 nömrəli kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi Maraqlı şəxs məxsus şəxsiyyət vəsiqəsinə dair məlumatlarda yaşadığı (olduğu) yerin Zəngilan rayonu göstərilməsi ilə əsaslandırılmışdır. Məhkəmə, e-2-2(113)-4955/2023 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasına dair aşağıda qeyd olunan əsaslara görə fikir ayrılığı yarandığından, həmin iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 11 sentyabr 2023-cü il tarixli 3-36/2-2757/2023 nömrəli məktubunda, həmçinin ərizəçi tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə maraqlı şəxsin faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu göstərilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş, ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 22 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunda Maraqlı şəxs ünvanı “ünvan 2” kimi qeyd olunmuşdur. Bununla belə, "AZEMİS" Elektron Məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, Maraqlı şəxs Zəngilan rayonu, Zəngilan şəhəri, Azadlıq küçəsi, ev 18 ünvanında rəsmi qeydiyyatdadır. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən rəsmi qeydiyyat ünvanı (ünvan 3in yurisdiksiyasına aid olsa da, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər əsasında müəyyən edilən faktiki yaşadığı ünvanların hər hansı biri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidlərində yerləşmir. Yəni, maraqlı şəxsin mövcud yaşayış ünvanı Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində, rəsmi qeydiyyat ünvanı isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Zəngilan rayonu ərazisində yerləşir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, hazırkı ərizə üzrə sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşadığı müəyyən olunmur. Ona görə də, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, qeyd olunan hallara əsasən hazırkı kommersiya işi ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2- 2(113)-4955/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1405/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1405/2023
23.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver