Məhkəmə qərarları › İş №e-2-2(119)-1416/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1416/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1416/2025 08.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 1 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh 1 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilə üzrə 10320 (on min üç yüz iyirmi) manat məbləğində əsas borc, 11452,9 (on bir min dörd yüz əlli iki manat doxsan qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21772,9 (iyirmi bir min yeddi yüz yetmiş iki manat doxsan qəpik) manat məbləğində borcun və 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 174 (yüz yetmiş dörd) manat məbləğində əsas borc, 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5766,15 (beş min yeddi yüz altmış altı manat on beş qəpik) manat məbləğində borcun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 01 aprel 2016cı il tarixli 1028-L/16 nömrəli və 04 oktyabr 2016-cı il tarixli 1028- L/16 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi 12 iyun 2025- ci il tarixə 1 aprel 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 10320 (on min üç yüz iyirmi) manat qalıq borc, o cümlədən 11452,9 (on bir min dörd yüz əlli ik imanat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 21772,9 (iyirmi bir min yeddi yüz yetmiş iki manat doxsan qəpik) manat və 23 iyul 2025-ci il tarixə 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 174 (yüz yetmiş dörd) manat qalıq borc, o cümlədən 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat cərimə borcu olmaqla,cəmi 5766,15 (beş min yeddi yüzaltmış altı manat on beş qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 22 sentyabr 2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 1 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh 01 aprel 2016-cı il tarixli 922- GL/16 nömrəli müqavilə üzrə 6320 (altı min üç yüz iyirmi) manat əsas borc, 11452,9 (on bir min dörd yüz əlli iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 17772,9 (on yeddi min yeddi yüz yetmiş iki manat doxsan qəpik) manat və 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 174 (yüz yetmiş dörd) manat əsas borc, 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 5766,15 (beş min yeddi yüz altmış altı manat on beş qəpik) manat məbləğində borcun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 25 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iş üzrə borc məbləğindən 08 sentyabr 2025-ci il tarixli qəbzlə 4000 manat, 25 sentyabr 2025-ci il tarixli qəbzlərlə 2100 manat, 4325 manat, 65 manat və 10 manat olmaqla, cəmi 10500 manat ödəniş etdiyini bildirmiş, məhkəmədən iddianı təmin edilməməsini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 08 oktyabr 2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək cavabdeh X2 1 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli və 4 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilələr üzrə qalıq borcu ödəməsini nəzərə alaraq, cavabdeh X1 “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilə üzrə 11452,9 (on bir min dörd yüz əlli iki manat doxsan qəpik) manat cərimənin və 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat cərimənin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərə görə iştirak edə bildirmiş və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 14000 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 31 mart 2026-cı il olmaqla müvafiq rüblər və illər üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 16 mart 2016-cı il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil barədə akta əsasən Belarus 1221 markalı traktor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 15300 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikaslarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən Sspesifikasiyada (Əlavə № 1) göstərilən 3060 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 30 sentyabr 2022-ci il olmaqla müvafiq rüblər və illər üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 05 oktyabr 2016-cı il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın təhvili barədə akta əsasən ümumi dəyəri 15300 manat olan Megastar PGD-B24 markalı mala-ağır diskli 660 (24-lü hidravlik) Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 1 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh 0 (sıfır) manat məbləğində əsas borcu və 11452,9 (on bir min dörd yüz əlli iki manat doxsan qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11452,9 (on bir min dörd yüz əlli iki manat doxsan qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh 0 (sıfır) manat məbləğində əsas borcu və 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN: **********) arasında “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli və 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilələr bağlanmış, lizinq verən tərəfindən kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri həyata keçirilməmişdir. Buna görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilə üzrə 11452,9 (on bir min dörd yüz əlli iki manat doxsan qəpik) manat məbləğində cərimənin və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 5592,15 (beş min beş yüz doxsan iki manat on beş qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləği azaldılmalı, 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilə üzrə Cavabdeh iddiaçının xeyrinə 200 (iki yüz) manat və 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə isə 10 (on) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə üzrə 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Cavabdeh iddianın təmin edilən hissəsinə uyğun olaraq hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 01 aprel 2016-cı il tarixli 922-GL/16 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə və “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 04 oktyabr 2016-cı il tarixli 1028-L/16 nömrəli müqavilə 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar