Məhkəmə qərarları › İş №e-2-2(119)-1420/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1420/2025

04.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1420/2025 04.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Ayatc Yafət qızının katibliyi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyul 2025-ci il tarixinə hesablanmış hüquqi şəxslər “Astonten NS" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 34689,42 (otuz dörd min altı yüz səksə doqquz manat qırx iki qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 316,11 (üç yüz on altı manat on bir qəpik) manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 50,52 (əlli manat əlli iki qəpik) manat məbləğində borcunun və İşsizlikdən Sığorta Fonduna olan 12,64 (on iki manat altmış dörd qəpik) manat məbləğində borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 27920,09 (iyirmi yeddi min doqquz yüz iyirmi manat doqquz qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 653,1 (altı yüz əlli üç manat on qəpik) manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 104,4 (yüz dörd manat qırx qəpik) manat məbləğində borcunun və İşsizlikdən Sığorta Fonduna olan 26,12 (iyirmi altı manat on iki qəpik) manat məbləğində borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8175,51 (səkkiz min yüz yetmiş beş manat əlli bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 645,08 (altı yüz qırx beş manat səkkiz qəpik) manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 103,10 (yüz üç manat on qəpik) manat məbləğində borcunun və İşsizlikdən Sığorta Fonduna olan 25,81 (iyirmi beş manat səksən bir qəpik) manat məbləğində borcunun və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 115,91 (yüz on beş manat doxsan bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 687,78 (altı yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 109,94 (yüz doqquz manat doxsan dörd qəpik) manat məbləğində borcunun və İşsizlikdən Sığorta Fonduna olan 27,51 (iyirmi yeddi manat əlli bir qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər “Astonten NS" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyul 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 34689,42 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 316,11 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 50,52 manat borcu, İşsizlikdən Sığorta Fonduna 12,64 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyul 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 27920,09 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 653,10 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 104,4 manat borcu, İşsizlikdən Sığorta Fonduna 26,12 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyul 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 8175,51 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 645,08 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 103,10 manat borcu, İşsizlikdən Sığorta Fonduna 25,81 manat borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyul 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 115,91 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 687,78 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 109,94 manat borcu, İşsizlikdən Sığorta Fonduna 27,51 manat borcu vardır və onlara həmin borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər “Astonten NS" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "Vesonter” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 16 iyul 2025-ci il tarixinə hesablanmış “Astonten NS" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 34689,42 (otuz dörd min altı yüz səksə doqquz manat qırx iki qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 316,11 (üç yüz on altı manat on bir qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 50,52 (əlli manat əlli iki qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və 12,64 (on iki manat altmış dörd qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 27920,09 (iyirmi yeddi min doqquz yüz iyirmi manat doqquz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 653,1 (altı yüz əlli üç manat on qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 104,4 (yüz dörd manat qırx qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və 26,12 (iyirmi altı manat on iki qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 8175,51 (səkkiz min yüz yetmiş beş manat əlli bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 645,08 (altı yüz qırx beş manat, səkkiz qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 103,10 (yüz üç manat on qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və 25,81 (iyirmi beş manat səksən bir qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 115,91 (yüz on beş manat doxsan bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 687,78 (altı yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 109,94 (yüz doqquz manat doxsan dörd qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və 27,51 (iyirmi yeddi manat əlli bir qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar