Məhkəmə qərarları › İş №e-2-2(119)-1422/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1422/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1422/2024 09.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı Qanuni nümayəndə tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Qanuni nümayəndə tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, cavabdeh İbazadə X1 rayonu, Günəşli ərazi dairəsi, Günəşli kəndində qeydiyyatdadır və həmin ərazi vahidi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də həmin ərizə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Şirvan Kommersiya Məhkəməsinə verilə bilər. Qeyd olunur ki, Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən Biləsuvar rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı Qanuni nümayəndə tərəfindən 30 iyul 2024-cü il tarixli **********98 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 117,38 (yüz on yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 30 iyul 2024-cü il, saat 17:08; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı Qanuni nümayəndənə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qanuni nümayəndə tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Qanuni nümayəndə tərəfindən 30 iyul 2024-cü il tarixli **********98 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 117,38 (yüz on yeddi manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 30 iyul 2024-cü il, saat 17:08; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı Qanuni nümayəndənə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar