Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1426/2025 07.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı2 tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 50606,61 (əlli min altı yüz altı manat, altmış bir qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 242 (iki yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 11 yanvar 2021-ci il tarixdə, 11 yanvar 2022-ci il tarixdə və 11 yanvar 2023-cü il tarixdə alqı-satqı müqavilələri bağlanmışdır. Sonuncu müqavilə bağlandıqdan sonra cavabdehin sifarişi üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsə də, göndərilmiş malların (məhsulların) dəyərinin bir qismi, yəni 50606,61 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə 24 sentyabr 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 51166 (əlli bir min yüz altmış altı) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 244 (iki yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddia ərizəsini qəbul edir. Borcun hazırkı vaxta qədər ödənilməməsinin səbəbi cavabdeh şirkətin maddi cəhətdən sıxıntılarının olmasıdır. İddiaçı ilə cavabdeh arasında fikir ayrılığı yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmədən iddia ərizəsi ilə tələb edilən məbləğin 1 ildən 2 ilə qədər müddətdə ödənilməsi üçün şərait yaradılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli 05 nömrəli (oxşarməzmunlu 11 yanvar 2021-ci il tarixli 32 nömrəli və 11 yanvar 2022-ci il tarixli 80 nömrəli müqavilələr əlavə edilmişdir) müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri və malların qiyməti razılaşma yolu ilə müəyyən edilir və əlavədə (qaimə, hesab-faktura) göstərilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, malların dəyəri alıcı (Cavabdeh MMC) tərəfindən manatla köçürmə yolu ilə və ya post-terminal vasitəsilə satıcıya (İddiaçı2) ödənilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, ödəniş 10 gün ərzində həyata keçirilməlidir və satılan malın 100% dəyərini təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, alıcı malların dəyər qiymətini ödəməyi və təhvil almağı öz öhdəsinə götürür. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli EBAX seriyalı 173169 nömrəli elektron qaimə-faktura üzrə 2615,3 manat (2216,36 manat əsas, 398,94 manat ƏDV); 08 fevral 2021-ci il tarixli EBAX seriyalı 173239 nömrəli elektron qaimə-faktura üzrə 2464,43 manat (2088,5 manat əsas və 375,93 manat ƏDV); 08 fevral 2021-ci il tarixli EBAX seriyalı ******* nömrəli elektron qaimə-faktura üzrə 5934,8 manat (5029,49 manat əsas və 905,31 manat ƏDV); 08 fevral 2021-ci il tarixli EBAX seriyalı 172928 nömrəli elektron qaiməfaktura üzrə 525,01 manat (444,92 manat əsas və 80,09 manat ƏDV); 08 fevral 2021-ci il tarixli EBAX seriyalı 173013 nömrəli elektron qaimə-faktura üzrə 420 manat (355,93 manat əsas və 64,07 ƏDV); 21 aprel 2021-ci il tarixli EBBA seriyalı 545503 nömrəli elektron qaimə-faktura üzrə 2767,1 manat (2345 manat əsas və 422,1 manat ƏDV); 22 aprel 2021-ci il tarixli EBBA seriyalı 632767 nömrəli elektron qaimə-faktura üzrə 554,6 manat (470 manat əsas və 84,6 manat ƏDV); 23 aprel 2021-ci il tarixli EBBA seriyalı 632624 nömrəli elektron qaimə-faktura üzrə 743,23 manat (629,86 manat əsas və 113,37 manat ƏDV); 23 aprel 2021-ci il tarixli EBBA seriyalı 692285 nömrəli elektron qaiməfaktura üzrə 1050 manat (889,83 manat əsas və 160,17 manat ƏDV); 05 may 2021-ci il tarixli EBBB seriyalı 233488 nömrəli elektron qaimə-faktura üzrə 340,01 manat (288,14 manat əsas və 51,87 manat ƏDV); 11 may 2021-ci il tarixli EBBB seriyalı 564033 nömrəli elektron qaimə-faktura üzrə 280 manat (237,29 manat əsas və 42,71 manat ƏDV); 19 may 2021-ci il tarixli EBBB seriyalı 943891 nömrəli elektron qaimə-faktura üzrə 4324,72 manat (3665,02 manat əsas və 659,7 manat ƏDV); 19 may 2021-ci il tarixli EBBB seriyalı 943913 nömrəli elektron qaimə-faktura üzrə 3094,77 manat (2622,69 manat əsas və 472,08 manat ƏDV); 14 iyun 2021-ci il tarixli EBBD seriyalı 252301 nömrəli elektron qaimə-faktura üzrə 1220 manat (1033,9 manat əsas və 186,1 manat ƏDV); 17 avqust 2021-ci il tarixli EBBG seriyalı 509340 nömrəli elektron qaimə-faktura üzrə 2290 manat (1940,68 manat əsas və 349,32 manat ƏDV); 19 avqust 2021-ci il tarixli EBBG seriyalı 665868 nömrəli elektron qaimə-faktura üzrə 1240 manat (1050,85 manat əsas və 189,15 manat ƏDV); 30 avqust 2021-ci il tarixli EBBH seriyalı 245482 nömrəli elektron qaiməfaktura üzrə 654,99 manat (555,08 manat əsas və 99,91 manat ƏDV); 30 avqust 2021-ci il tarixli EBBH seriyalı 246397 nömrəli elektron qaimə-faktura üzrə 2115 manat (1792,37 manat əsas və 322,63 manat ƏDV); 30 avqust 2021-ci il tarixli EBBH seriyalı 248732 nömrəli elektron qaimə-faktura üzrə 9150 manat (7754,24 manat əsas və 1395,76 manat ƏDV); 30 sentyabr 2021-ci il tarixli EBBK seriyalı 060970 nömrəli elektron qaimə-faktura üzrə 625 manat (529,66 manat əsas və 95,34 manat ƏDV); 30 sentyabr 2021-ci il tarixli EBBK seriyalı 061108 nömrəli elektron qaimə-faktura üzrə 315 manat (266,95 manat əsas və 48,05 manat ƏDV); 30 sentyabr 2021-ci il tarixli EBBK seriyalı 062348 nömrəli elektron qaimə-faktura üzrə 4652,75 manat (3943,01 manat əsas və 709,74 manat ƏDV); 30 sentyabr 2021-ci il tarixli EBBK seriyalı 061565 nömrəli elektron qaimə-faktura üzrə 4266 manat (3615,25 manat əsas və 650,75 manat ƏDV); 24 noyabr 2021-ci il tarixli EBBM seriyalı 904324 nömrəli elektron qaimə-faktura üzrə 2745 manat (2326,27 manat əsas və 418,73 manat ƏDV); 25 dekabr 2021-ci il tarixli EBBO seriyalı 777672 nömrəli elektron qaimə-faktura üzrə 5957,1 manat (5048,39 manat əsas və 908,71 manat ƏDV); 03 yanvar 2022-ci il tarixli EBBP seriyalı 131614 nömrəli elektron qaimə-faktura üzrə 1881 manat (1594,07 manat əsas və 286,93 manat ƏDV); 12 yanvar 2022-ci il tarixli EBBP seriyalı 520783 nömrəli elektron qaimə-faktura üzrə 2089,63 manat (1770,87 manat əsas və 318,76 manat ƏDV); 21 yanvar 2022-ci il tarixli EBBQ seriyalı 020478 nömrəli elektron qaimə-faktura üzrə 1206,48 manat (1022,44 manat əsas və 184,04 manat ƏDV); 24 yanvar 2022-ci il tarixli EBBQ seriyalı 116555 nömrəli elektron qaimə-faktura üzrə 560 manat (474,58 manat əsas və 85,42 manat ƏDV); 24 yanvar 2022-ci il tarixli EBBQ seriyalı 116700 nömrəli elektron qaimə-faktura üzrə 660 manat (559,32 manat əsas və 100,68 manat ƏDV); 28 yanvar 2022-ci il tarixli EBBQ seriyalı 401799 nömrəli elektron qaimə-faktura üzrə 1464,5 manat (1241,1 manat əsas və 223,4 manat ƏDV); 01 mart 2022-ci il tarixli EBBS seriyalı 165669 nömrəli elektron qaimə-faktura üzrə 2040 manat (1728,81 manat əsas və 311,19 manat ƏDV); 01 mart 2022-ci il tarixli EBBS seriyalı 165829 nömrəli elektron qaimə-faktura üzrə 1740 manat (1474,58 manat əsas və 265,42 manat ƏDV); 01 mart 2022-ci il tarixli EBBS seriyalı 165875 nömrəli elektron qaiməfaktura üzrə 1230,08 manat (1042,44 manat əsas və 187,64 manat ƏDV); 01 mart 2022-ci il tarixli EBBS seriyalı 165861 nömrəli elektron qaimə-faktura üzrə 640 manat (542,37 manat əsas və 97,63 manat ƏDV); 01 aprel 2022-ci il tarixli EBBT seriyalı 726441 nömrəli elektron qaimə-faktura üzrə 599,99 manat (508,47 manat əsas və 91,52 manat ƏDV); 07 iyul 2022-ci il tarixli EBBZ seriyalı 669168 nömrəli elektron qaimə-faktura üzrə 1928,99 manat (1634,74 manat əsas və 294,25 manat ƏDV); 10 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 888060 nömrəli elektron qaimə-faktura üzrə 2400 manat (2033,9 manat əsas və 366,1 manat ƏDV); 30 yanvar 2023-cü il tarixli EBCN seriyalı 806570 nömrəli elektron qaimə-faktura üzrə 4097 manat (3472,03 manat əsas və 624,97 manat ƏDV); 12 may 2023-cü il tarixli EBDF seriyalı 459598 nömrəli elektron qaimə-faktura üzrə 6300 manat (5338,98 manat əsas və 961,02 manat ƏDV); 20 dekabr 2023-cü il tarixli EBDV seriyalı 523439 nömrəli elektron qaimə-faktura üzrə 2791 manat (2365,25 manat əsas və 425,75 manat ƏDV); 12 may 2023-cü il tarixli EBDF seriyalı 459598 nömrəli elektron qaiməfaktura üzrə 4225 manat (3580,51 manat əsas və 644,49 manat ƏDV); 13 may 2024-cü il tarixli MT2405 seriyalı 10468898 nömrəli elektron qaimə-faktura üzrə 6557 manat (5556,78 manat əsas və 1000,22 manat ƏDV) manat məbləğində olmaqla, cəmi 102755,48 manat məbləğində dəyəri olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı2 "xxxx" ASC-də mövcud olan bank hesabından çıxarış sənədlərindən görünür ki, Cavabdeh MMC əsas məbləğ üzrə 01 aprel 2021-ci il tarixdə 5029,49 manat, 12 aprel 2021-ci il tarixdə 800,85 manat, 21 aprel 2021-ci il tarixdə 1500 manat, 29 aprel 2021-ci il tarixdə 2804,86 manat, 05 may 2021-ci il tarixdə 470 manat, 629,86 manat və 889,83 manat, 11 avqust 2021-ci il tarixdə 5000 manat, 30 noyabr 2021ci il tarixdə 2500 manat, 20 dekabr 2021-ci il tarixdə 3000 manat, 27 dekabr 2021-ci il tarixdə 3500 manat, 29 dekabr 2021-ci il tarixdə 4000 manat, 25 yanvar 2023-cü il tarixdə 2400 manat, 09 mart 2023-cü il tarixdə 2500 manat, 16 mart 2023-cü il tarixdə 972,03 manat, 22 avqust 2023-cü il tarixdə 750 manat və 1000 manat, 24 avqust 2023-cü il tarixdə 724,57 manat və 634,74 manat məbləğində olmaqla, cəmi 39106,23 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, Cavabdeh MMC ƏDV məbləği üzrə 15 mart 2021-ci il tarixdə 905,31 manat; 02 aprel 2021-ci il tarixdə 919,02 manat; 05 may 2021-ci il tarixdə 84,6 manat, 113,37 manat və 160,17 manat; 01 iyun 2021-ci il tarixdə 2006,6 manat, 18 avqust 2021-ci il tarixdə 177,28 manat; 30 avqust 2021-ci il tarixdə 4000 manat; 21 sentyabr 2021-ci il tarixdə 500 manat; 18 noyabr 2021-ci il tarixdə 2000 manat; 13 yanvar 2023-cü il tarixdə 366,1 manat; 25 yanvar 2023-cü il tarixdə 65,9 manat; 09 mart 2023-cü il tarixdə 624,97 manat; 21 avqust 2023-cü il tarixdə 135 manat; 22 avqust 2023-cü il tarixdə 180 manat; 24 avqust 2023-cü il tarixdə 130,42 manat və 114,25 manat məbləğində olmaqla, cəmi 12482,99 manat məbləğində pul vəsaitini iddiaçının hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında oxşarməzmunlu 11 yanvar 2021-ci il tarixli 32 nömrəli, 11 yanvar 2022-ci il tarixli 80 nömrəli və 05 yanvar 2023-cü il tarixli 05 nömrəl, müqavilələr bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, qətnamənin “İş materialları” hissəsində istinad edilən 43 elektron qaiməfakturadan görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 102755,48 manat məbləğində dəyəri olan mallar təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı2 "xxxx" ASC-də mövcud olan bank hesabından çıxarış sənədlərindən görünür ki, Cavabdeh MMC əsas məbləğ üzrə cəmi 39106,23 manat məbləğində pul vəsaitini iddiaçının bank hesabına köçürmüşdür. Eyni zamanda iş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, Cavabdeh MMC ƏDV məbləği üzrə cəmi 12482,99 manat məbləğində pul vəsaitini iddiaçının hesabına köçürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 51166 (102755,48- (39106,23+12482,99)=102755,48-51589,22=51166,26) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 24 iyul 2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən olunur ki, vəkilin göstərdiyi yardıma görə iddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil bürosunun bank hesabına 325 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Hazırkı iddia təmin edildiyindən aşağıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 244 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 51166 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 325 manat məbləğində xidmət haqqının və 244 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 51735 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 51166 (əlli bir min yüz altmış altı) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının və 244 (iki yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 51735 (əlli bir min yeddi yüz otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1426/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1426/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver