Məhkəmə qərarları › İş №e-2-2(119)-1427/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1427/2023

14.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1427/2023 14.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2023cü il tarixə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 2247,67 (iki min iki yüz qırx yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 353,15 (üç yüz əlli üç manat on beş qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi – xx xxxxxx 1994-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında məhkəmə icraatı başlanılmış, 04 noyabr 2023-cü il və 14 noyabr 2023cü il tarixlərinə təyin edilmiş məhkəmə baxış iclaslarına tərəflər gəlməmişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq müraciətində vergi borclarını tam olaraq ödədiyini göstərmiş və buna dair ödəniş çeklərinin iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Ərizəçi 13 noyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə göstərilmiş pul öhdəliklərini yerinə yetirdiyi üçün maraqlı şəxsə qarşı verilmiş ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçi tərəfindən maraqlı şəxsə qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ona əlavə edilmiş sənədləri, məhkəmə icraatı başlandıqdan sonra maraqlı şəxsin və ərizəçinin təqdim etdiyi sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə Mülki-Prosessual Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizənin geri qaytarılmasına dair müraciəti təmin edilməli və həmin ərizə əsasında onun maraqlı şəxsə qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd etmək lazımdır ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər də ərizəçi tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “ərizənin geri qaytarılması haqqında” ərizəsi təmin edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonar 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar