Məhkəmə qərarları › İş №e-2-2(119)-143/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-143/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-143/2024 24.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 24 aprel 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin baxılmadan əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e-2-2(119)-143/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilərək, həmin kommersiya işinin icraatı ekspert rəyləri alınanadək dayandırılsa da, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi əsasında iş üzrə qəbul edilmiş 18 aprel 2024-cü il tarixli qərardadla iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-143/2024 nömrəli kommersiya işi üzrə icraat təzələnərək, işin məhkəmə baxış iclasında baxılması 24 aprel 2024-cü il tarixə, saat 1230-a təyin edilmişdir. Lakin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi əsasında hazırkı iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı olduğundan, iş üzrə məlum ekspertizaların keçirilməsi zərurəti də aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar