Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-143/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nilufər Nizami qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 28652,31 (iyirmi səkkiz min altı yüz əlli iki manat otuz bir qəpik) manat məbləğində borcun, 3509,91 (üç min beş yüz doqquz manat doxsan bir qəpik) manat məbləğində gecikdirilmə faizinin və 186,49 (yüz səksən altı manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 07 fevral 2023-cü il tarixli, 016 nömrəli müqaviləyə və onun əlavə razılaşmalarına əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif təsərrüfat, elektrik, tikinti və s. mallar tədarük edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra köçürmə yolu ilə satıcıya ödəyir. Təhvil verilən mallara görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti sonuncu dəfə 2024-cü ilin iyul ayında ödəniş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya 28652,31 manat borcu var və borcun təsdiqi ilə bağlı tərəflər arasında 23 sentyabr 2024-cü il tarixdə üzləşmə aktı imzalanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc üzrə ödənişlər edilmir. Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsini gecikdirməyə görə əlavə olaraq faizlər ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ödənilməli olan faiz məbləği 1432,62 manat, 449.1-ci maddəsinə əsasən ödənilməli olan faiz məbləği 2077,29 manat təşkil edir. Bundan əlavə, hazırkı iddianın qaldırılması üçün “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən 186,49 manat dövlət rüsumu ödənilmişdir və həmin rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir İddiaçı 10 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 28652,31 (iyirmi səkkiz min altı yüz əlli iki manat otuz bir qəpik) manat məbləğində əsas borcun və 175,96 (yüz yetmiş beş manat doxsan altı qəpik) mаnаt məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə faizlərin hesablanmasını, həmçinin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdehin ondan faydalanmasını təsdiq edən sənədlərinin, yaxud digər sübutlarının olmaması ilə əsaslandırılmışdır. İddiaçı 24 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iclasda nümayəndəsinin iştirak edə bilməyəcəyinin üzrlü hesab edilib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək borcun ödənilməsi üçün növbəti iclasın daha uzun tarixə təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə satıcı İddiaçı arasında bağlanmış 07 fevral 2023-cü il tarixli 016 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı dəmir çiləyicini, şəkər tozunu və sifarişə əsasən sifariş verilən malı alıcıya təchiz edir, alıcı isə təhvil-təslim aktına və elektron qaimə-fakturaya əsasən həmin malı qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1-ci yarımbəndinə əsasən malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) vaxtında ödəmək satıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında “07 fevral 2023-cü il tarixli 016 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi” üzrə bağlanmış xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024cü il tarixli əlavə razılaşmalara əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə alıcıya adları və qiymətləri həmin razılaşdırılmalarda göstərilən cədvəllərdə habelə həmin əlavə razılaşmaların 3-cü bəndinə əsasən sifariş verilən digər tikinti və təsərrüfat mallarını təchiz edir, alıcı isə, təhvil-təslim aktına və elektron qaimə-fakturaya əsasən, həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin razılaşmaların 3-cü bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən sonra 15 (on beş) gün ərzində köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş “göndərilən qaimələrin siyahısı”ndan görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 223242,33 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə 135 ədəd elektron qaimə-faktura göndərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 17 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 223242,33 manat dəyərində mal göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya 194590,02 manat ödənilmiş və cavabdehin iddiaçıya 28652,31 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış 23 sentyabr 2024-cü il tarixli “Üzləşmə aktı”na əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə 28652,31 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 11 oktyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək 28652,31 manat borcun 3 iş günü ərzində ödənilməsi, əks halda borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 07 fevral 2023-cü il tarixli 016 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə 2023-cü ilin fevral ayından 2024-cü ilin iyul ayınadək müxtəlif vaxtlarda ümumilikdə 223242,33 manat dəyərində mal satılmış, həmin malların dəyərindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 194590,02 manat ödəniş edilsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş, nəticədə onun 28652,31 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 07 fevral 2023-cü il tarixli 016 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 28652,31 (iyirmi səkkiz min altı yüz əlli iki manat otuz bir qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “175,96 (yüz yetmiş beş manat doxsan altı qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 175,96 (yüz yetmiş beş manat doxsan altı qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 28652,31 (iyirmi səkkiz min altı yüz əlli iki manat otuz bir qəpik) manat məbləğində əsas borc və 175,96 (yüz yetmiş beş manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28828,27 (iyirmi səkkiz min səkkiz yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 28652,31 (iyirmi səkkiz min altı yüz əlli iki manat otuz bir qəpik) manat məbləğində əsas borc və 175,96 (yüz yetmiş beş manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28828,27 (iyirmi səkkiz min səkkiz yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-143/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-143/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver