Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1440/2024 18.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 1400 (min dörd yüz) manat məbləğində cərimə olmaqla, cəmi 5400 (beş min dörd yüz) manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 avqust 2023-cü il tarixli, 2408/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı İddiaçınə qida məhsulu olan şirə içmək üçün istifadə olunan “pipet” satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul etməyi və müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfindən öhdəlik icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, alınacaq mala görə cavabdeh tərəfindən təqdim edilmiş 24 avqust 2023-cü il tarixli, 2408/23 saylı hasab-fakturaya əsasən (100% əvvəlcədən ödəniş) ******* ədəd həmin mal üçün 4000 (dörd min) manat məbləğində pul vəsaiti ödənilməli idi. İddiaçı tərəfindən 29 sentyabr 2023-cü il tarixdə ödəniş həyata keçirilsə də, cavabdeh tərəfindən mal təhvil verilməmiş və cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Qeyd edilən müqavilənin 1.1.1-ci bəndinə əsasən mal bu müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, çeşidi, qiyməti bu müqaviləyə 1 saylı Əlavədə göstərilən əşyalardır. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi malın satıcı tərəfindən İddiaçı Şamaxı Şossesi 15-ci km ünvanında tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş təhvil aktı və digər sənədlər (qaimə, vergi hesab-fakturası, malın mənşə və keyfiyyət sertifikatı, qarantiya talonu və s.) əsasında alıcıya təhvil verilməli idi. Həmin müqavilənin 6.2-ci bəndinə müvafiq olaraq bu müqavilə üzrə satıcı müqavilə öhdəliyinin icrası müddətini və ya şərtlərini pozduğu halda hər gecikdirilən gün üçün müvafiq sifarişin dəyərinin 0,3 %-i həcmində, həmin müddət 20 (iyirmi) gündən çox olduqda, istehsalçının bazar payı və müştəri portfelində itki riskinə qarşılıq sifariş dəyərinin 3 %-i həcmində cərimə ödəyir. Lakin buna baxmayaraq cərimə 0,1%-lə hesablanmış və cərimə məbləği 1400 manat təşkil etmişdir. Müqavilənin 7.4-cü bəndinə müvafiq olaraq sifariş tarixindən etibarən 3 təqvim günü ərzində istehsal edib, alıcıya təhvil verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, satıcı Cavabdeh (VÖEN **********) ilə alıcı İddiaçı (VÖEN **********) arasında bağlanmış 24 avqust 2023-cü il tarixli 2408/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə qida məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən mal - bu müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, çeşidi, qiyməti bu müqaviləyə 1 saylı Əlavədə göstərilən əşya(lar)dır. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi - malın satıcı tərəfindən İddiaçı Şamaxı şossesi 15-ci km ünvanında tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş təhvil aktı və digər sənədlər (qaimə, vergi hesabfakturası, malın mənşə və keyfiyyət sertifikatı, qarantiya talonu və s.) əsasında alıcıya təhvil verilməlidir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən malı bu müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada alıcıya təhvil vermək satıcının vəzifəsidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə satıcı müqavilə öhdəliyinin icrası müddətini və ya şərtlərini pozduğu halda hər gecikdirilən gün üçün müvafiq sifarişin dəyərinin 0,3 %-i həcmində, həmin müddət 20 (iyirmi) gündən çox olduqda, istehsalçının bazar payı və müştəri portfelində itki riskinə qarşılıq sifariş dəyərinin 3 %-i cərimə ödəyir. İş materiallarında olan satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 24 avqust 2023-cü il tarixli 2408/23 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli əlavədə satılan malların (pipetlərin) qiyməti 4000 (dörd min) manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 4000 (dörd min) manat məbləğində ödəniş edilməsi ilə bağlı (100 % öncədən ödəniş) 24 avqust 2024-cü il tarixli 2408/23 nömrəli hesab faktura təqdim olunmuşdur. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli 2486 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 24 avqust 2023-cü il tarixli 2408/23 nömrəli alqısatqı müqaviləsinə əsasən təqdim edilmiş 2408/23 nömrəli hesab faktura üzrə 4000 (dörd min) manat məbləğində avans ödənişi olunmuşdur. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı (VÖEN **********) fiziki şəxs Cavabdeh 24 avqust 2023-cü il tarixli 2408/23 nömrəli alqısatqı müqaviləsi əsasında 29 avqust 2023-cü il tarixində “pipet” alışı üçün 4000 (dörd min) avans ödənişi etmişdir. Nəticədə 07 avqust 2024-cü il tarixinə fiziki Cavabdeh İddiaçınə 4000 (dörd min) kreditor borcu və 1400 (min dörd yüz) manat məbləğində cərimə olmaqla, cəmi 5400 (beş min dörd yüz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci madəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 24 avqust 2023-cü il tarixli 2408/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə 01 nömrəli əlavədə göstərilən malların dəyərini təşkil edən 4000 (dörd min) manat İddiaçı tərəfindən Cavabdeh qabaqcadan ödənilmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək həmin malları iddiaçıya təhvil verməmişdir. Buna görə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 24 avqust 2023-cü il tarixli 2408/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilmiş 4000 (dörd min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1400 (min dörd yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, cəmi 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, cəmi 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1440/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1440/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver