Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1449/2022 12.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qanuni təmsilçisi Abuşova Mehriban Nəbi qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 21/27 nömrəli malların alqısatqısı barədə müqaviləyə əsasən yaranmış 13172 (on üç min yüz yetmiş iki) manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı qanuni təmsilçisi X2 və Cavabdeh qanuni təmsilçisi X3 tərəfindən mübahisə üzrə tərtib olunaraq imzalanmış 12 oktyabr 2022-ci il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 12 oktyabr 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər:
1. İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-1449/2022 saylı iş üzrə iddia tələbini iş üzrə Cavabdeh rəsmi direktoru X3 qəbul edir;
2. Cavabdeh iddia tələbi üzrə 19 mart 2021-ci il tarixli, 21/27 nömrəli malların alqısatqısı barədə müqaviləyə əsasən 13172 (on üç min yüz yetmiş iki) manat məbləğində yaranmış borcu 9 (doqquz) ay müddətinə, hər ay 1450 (bir min dörd yüz əlli) manatdan az olmamaq şərti ilə 05 iyul 2023-cü il tarixədək tam ödəyəcəyini elan edir.
3. Cavabdeh tərəfindən saziş üzrə müəyyən edilmiş aylıq ödəniş məbləğindən artıq ödəniləcək vəsait ümumi borcdan çıxılır, eyni zamanda da növbəti ay üzrə ödəniləcək məbləğlərə də şamil edilir;
4. Aylar üzrə ödənişlərin hər hansı birinin gecikdirilməsi yaxud ödənilməməsi barışıq sazişinin şərtlərinin pozulması kimi hesab edilir;
5. Barışıq sazişinin şərtlərinin pozulması nəticəsində məcburi icra hərəkətlərinin həyata keçirilməsinə tərəflər etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 12 oktyabr 2022-ci il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-1449/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-1449/2022 saylı iş üzrə iddia tələbini iş üzrə Cavabdeh rəsmi direktoru X3 qəbul edir;
2. Cavabdeh iddia tələbi üzrə 19 mart 2021-ci il tarixli, 21/27 nömrəli malların alqısatqısı barədə müqaviləyə əsasən 13172 (on üç min yüz yetmiş iki) manat məbləğində yaranmış borcu 9 (doqquz) ay müddətinə, hər ay 1450 (bir min dörd yüz əlli) manatdan az olmamaq şərti ilə 05 iyul 2023-cü il tarixədək tam ödəyəcəyini elan edir;
3. Cavabdeh tərəfindən saziş üzrə müəyyən edilmiş aylıq ödəniş məbləğindən artıq ödəniləcək vəsait ümumi borcdan çıxılır, eyni zamanda da növbəti ay üzrə ödəniləcək məbləğlərə də şamil edilir;
4. Aylar üzrə ödənişlərin hər hansı birinin gecikdirilməsi yaxud ödənilməməsi barışıq sazişinin şərtlərinin pozulması kimi hesab edilir;
5. Barışıq sazişinin şərtlərinin pozulması nəticəsində məcburi icra hərəkətlərinin həyata keçirilməsinə tərəflər etiraz etmir.
Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1449/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Həlimə Alıyeva