Məhkəmə qərarları › İş №e-2-2(119)-1465/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1465/2022

12.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1465/2022 12.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin 29 iyul 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 1970,28 (min doqquz yüz yetmiş manat 28 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 233,79 (iki yüz otuz üç manat 79 qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 23,14 (iyirmi üç manat 14 qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 11,58 (on bir manat 58 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1997-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə razı olmadığını bildirərək göstərdi ki, o, hüquqi şəxs “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktorudur. Lakin hazırkı ərizədə ödənilmədiyi qeyd olunan “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin X1 1970,28 manat məbləğində vergi borcunu, Dövlət Sosial Müdafiə Fonduna olan 233,79 manat məbləğində borcunu, İcbari Tibbi Sığorta Fonduna olan 23,14 manat məbləğində borcunu və İşsizlikdən Sığorta Fonduna olan 11,58 manat məbləğində borcunu tam ödəmişdir. Buna görə də, o, ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1997-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1i şəxs “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN **********) 29 iyul 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 1970,28 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 233,79 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 23,14 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 11,58 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 23 avqust 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 12 sentyabr 2022-ci il saat 0915-ə olan "Vergi borcu barədə" Məlumat (https://www.etaxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN **********) 12 sentyabr 2022-ci il tarixə ödənilməmiş yalnız cəmi 300,36 (üç yüz manat 36 qəpik) manat məbləğində borcu qalmışdır. Eləcə də, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 30 avqust 2022ci il tarixli ********* nömrəli, 12 sentyabr 2022-ci il tarixli ********* nömrəli, 12 sentyabr 2022ci il tarixli ********* nömrəli, 12 sentyabr 2022-ci il tarixli ********* nömrəli, 12 sentyabr 2022ci il tarixli ********* nömrəli, 12 sentyabr 2022-ci il tarixli ********* nömrəli, 12 sentyabr 2022ci il tarixli ********* nömrəli və 12 sentyabr 2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzləri ilə müəyyən olunur ki, Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN **********) həmin qəbzlərdə qeyd olunan 30 avqust 2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına 2500 manat və 12 sentyabr 2022-ci il saat 1200 radələrində isə müvafiq olaraq DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 12 manat, 51 manat və 185 manat, X5 üzrə Dövlət Agentliyinin hesabına 3 manat, DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 2 manat və 10 manat və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına isə 23 manat məbləğlərində ödənişlər etmişdir. Belə olan halda, vergi ödəyicisi “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin 29 iyul 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 1970,28 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 233,79 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna olan 23,14 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna olan 11,58 manat məbləğində borcu tam ödənilmişdir. Ona görə də, hal-hazırda Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs “Ros Logistics” Məhdud Məsuliyyəti Cəmiyyətinin (VÖEN **********) ödənilməmiş borcu olmadığına görə onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X3 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar