Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1534/2025 29.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 (üç min) manat məbləğində əsas borcun və 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 08 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq İddiaçı “borcun tutulması” tələbi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən qaldırılmış 3000 (üç min) manat məbləğində borc tələbi ilə bağlı təqdim olunan malların bir çoxu onun obyektinə faktiki olaraq təhvil verilməmiş və təhvil aktlarındakı imzalar ona aid deyildir. İddiaçı əməkdaşı Fəzail Orucov malları cavabdehin adına sifariş kimi sistemə daxil etmiş, lakin həmin malları başqa obyektlərə və ya şəxslərə təhvil vermişdir. Bu barədə Cavabdeh tərəfindən şirkətə dəfələrlə şifahi şəkildə məlumat verilmiş, lakin məsələ araşdırılmamış və həmin borc onun üzərinə yönləndirilmişdir. Qeyd olunan malların Cavabdeh obyektinə verilmədiyini sübut edən əsas faktlardan biri həmin məhsulların miqdarının və növünün ona məxsus restoranın aylıq istehlak gücü ilə uyğun gəlməməsidir. Bundan başqa bəzi mallar obyektə gələndə ödənişlər nağd formada İddiaçı əməkdaşlarına verilmiş, lakin bu ödənişlərin qəbzləri ona təqdim edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək tərəflə danışıqların aparılması, barışığın əldə olunması və mübahisəli halların aydınlaşdırılması məqsədilə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh “iddia ərizəsinin qaytarılması” barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1534/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1534/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver