Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1552/2023 04.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında maraqlı şəxsə qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında maraqlı şəxsə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 noyabr 2023-cü il tarixinə hesablanmış hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 7653,61 (yeddi min altı yüz əlli üç manat altmış bir qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 93,66 (doxsan üç manat altmış altı qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 3,76 (üç manat yetmiş altı qəpik) manat borcunun, ”FERTMAKS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 36127,28 (otuz altı min yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 476,8 (dörd yüz yetmiş altı manat səksən qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 76,22 manat (yetmiş altı manat iyirmi iki qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 19,08 (on doqquz manat səkkiz qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 7170,81 (yeddi min yüz yetmiş manat səksən bir qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 93,66 (doxsan üç manat altmış altı qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 3,76 (üç manat yetmiş altı qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 7642,71 (yeddi min altı yüz qırx iki manat yetmiş bir qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 93,66 (doxsan üç manat altmış altı qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 3,76 (üç manat yetmiş altı qəpik) manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 31632,39 (otuz bir min altı yüz otuz iki manat otuz doqquz qəpik) manat vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 184,58 (yüz səksən dörd manat əlli səkkiz qəpik) manat borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 29,52 (iyirmi doqquz manat əlli iki qəpik) manat borcunun, İşsizlikdən Sığorta Fonduna olan 7,4 (yeddi manat qırx qəpik) manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - xx xxxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatını nəzərə alaraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və işə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1ğu hüquqi şəxslər "xxxx" MMC-nin 15 noyabr 2023-cü il tarixinə dövlət büdcəsinə 7653,61 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 93,66 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 14,98 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,76 manat borcu, ”FERTMAKS GROUP” MMC-nin dövlət büdcəsinə 36127,28 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 476,8 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 76,22 manat manat borcu, İşsizlikdən Sığorta Fonduna 19,08 manat borcu, "xxxx" MMC-nin dövlət büdcəsinə 7170,81 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 93,66 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 14,98 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,76 manat borcu, "xxxx" MMC-nin dövlət büdcəsinə 7642,71 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 93,66 manat borcu,İcbari Tibbi Sığorta Fonduna 14,98 manat borcu, İşsizlikdən Sığorta Fonduna 3,76 manat borcu, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 31632,39 manat vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 184,58 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 29,52 manat borcu, İşsizlikdən Sığorta Fonduna 7,4 manat borcu vardır və həmin vergi ödəyicilərinə borclarının ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 15 noyabr 2023-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 7653,61 (yeddi min altı yüz əlli üç manat altmış bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə 93,66 (doxsan üç manat altmış altı qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,76 (üç manat yetmiş altı qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, ”FERTMAKS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 36127,28 (otuz altı min yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 476,8 (dörd yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 76,22 manat (yetmiş altı manat iyirmi iki qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 19,08 (on doqquz manat səkkiz qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 7170,81(yeddi min yüz yetmiş manat səksən bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 93,66 (doxsan üç manat altmış altı qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 3,76 (üç manat yetmiş altı qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 7642,71(yeddi min altı yüz qırx iki manat yetmiş bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 93,66 (doxsan üç manat altmış altı qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 14,98 (on dörd manat doxsan səkkiz qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna, 3,76 (üç manat yetmiş altı qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 31632,39 (otuz bir min altı yüz otuz iki manat otuz doqquz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 184,58 (yüz səksən dörd manat əlli səkkiz qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 29,52 (iyirmi doqquz manat əlli iki qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 7,4 (yeddi manat qırx qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1552/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1552/2023
04.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver