Məhkəmə qərarları › İş №e-2-2(119)-1552/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1552/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1552/2024 06.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 07 iyun 2021-ci il tarixli müqavilə üzrə yaranmış 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat məbləğində borc, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 3864,47 (üç min səkkiz yüz altmış dörd manat qırx yeddi qəpik) manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqı və 184 (yüz səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 31223,47 (otuz bir min iki yüz iyirmi üç manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mineral gübrələrin satışına dair 07 iyun 2021-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1.1.-ci bəndinə əsasən satıcı alıcıya mineral gübrə satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın pulunu ödəyir. 07 iyun 2021-ci il tarixli 01 saylı əlavə razılaşmaya əsasən 20,30 ton ammonium nitrat gübrəsi tonu 500 manatdan olmaqla satıcı tərəfindən alıcıya təhvil verilir. Alıcı isə cəmi 10150 (on min yüz əlli) manat məbləğində ödənişi 45 gün müddətində ödəyir. 09 iyun 2021-ci il tarixli 02 saylı əlavə razılaşmaya əsasən 30,45 ton ammonium nitrat gübrəsi tonu 500 manatdan olmaqla satıcı tərəfindən alıcıya təhvil verilir. Alıcı isə cəmi 15225 (on beş min iki yüz iyirmi beş) manat məbləğində ödənişi 45 gün müddətində ödəyir. 01 yanvar 2023-cü il tarixdə alıcı tərəfindən satıcıya cəmi 1200 manat ödəniş edilmişdir. Cəmi 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat borc qalmışdır. Lakin, bu günə kimi qeyd olunan borc məbləği ödənilməmişdir. Tərəflər arasında 05 dekabr 2023-cü il tarixdə imzalanmış üzləşmə aktı da həmin borc məbləğini təsdiq edir. Qeyd olunan müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə dəfələrlə şifahi və yazılı müraciət olunsa da, “D.X1” MMC tərəfindən ödəniş hal-hazıradək həyata keçirilməmişdir. Bundan başqa borcun qaytarılmalı olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər faktura üçün müvafiq sayda gün keçmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesablamaqla həmin məbləğ 3864,47 manat təşkil edir. 18 sentyabr 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilərək bildirilmişdir ki, "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 18 may 2022-ci il tarixdə adını dəyişərək Cavabdeh olmuşdur. Lakin o, bu barədə kreditora məlumat verməmişdir. İddiaçı da buna görə iddia qaldıran zamanı iddiada MMC-nin əvvəlki adını göstərmişdir. Ona görə də, Cavabdehndən 07 iyun 2021-ci il tarixli müqavilə üzrə yaranmış 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat məbləğində borc, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 3864,47 (üç min səkkiz yüz altmış dörd manat qırx yeddi qəpik) manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqı və 184 (yüz səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 31223,47 (otuz bir min iki yüz iyirmi üç manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 oktyabr 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 07 iyun 2021-ci il tarixli 19 nömrəli "Mineral gübrələrin satışına dair" müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya mineral gübrə satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın pulunu ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqaviləyə edilmiş əlavə razılaşma müqavilənin ayrılmaz hissəsidir, alıcı və satıcı tərəfindən imzalanaraq möhürlənir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malın adı, miqdarı, dəyəri, təhvil verilmə və ödəmə müddəti əlavə razılaşma ilə müəyyən olunur. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli 19 nömrəli "Mineral gübrələrin satışına dair" müqaviləyə 07 iyun 2021-ci il tarixli 01 nömrəli əlavə olan Qiymət razılaşma protokoluna əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan ammonium nitrat gübrəsinin ümumi dəyər qiyməti 10150 (on min yüz əlli) manat müəyyən edilmişdir. Həmin razılaşma protokolunun 3.1-ci bəndində məbləğin 100% dəyərinin 45 gün müddətinə ödənilməli olması və 4-cü bəndində təhvil-təslim sənədinin elektron qaimə olması qeyd edilmişdir. İş materiallarında olan 07 iyun 2021-ci il tarixli 19 nömrəli "Mineral gübrələrin satışına dair" müqaviləyə 09 iyun 2021-ci il tarixli 02 nömrəli əlavə olan Qiymət razılaşma protokoluna əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan ammonium nitrat gübrəsinin ümumi dəyər qiyməti 15225 (on beş min iki yüz iyirmi beş) manat müəyyən edilmişdir. Həmin razılaşma protokolunun 3.1-ci bəndində məbləğin 100% dəyərinin 45 gün müddətinə ödənilməli olması və 4-cü bəndində təhvil-təslim sənədinin elektron qaimə olması qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə 10150 (on min yüz əlli) manat dəyərində ammonium nitrat gübrəsinin satılması ilə əlaqədar 16 iyun 2021-ci il tarixli EBBD seriyalı 349252 nömrəli, 15225 (on beş min iki yüz iyirmi beş) manat dəyərində ammonium nitrat gübrəsinin satılması ilə əlaqədar 17 iyun 2021-ci il tarixli EBBD seriyalı 396261 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış “Üzləşmə aktı”ndan görünür ki, alıcı "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 dekabr 2023-cü il tarixinə satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat təşkil edir. Həmin üzləşmə aktından "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına 01 yanvar 2023-cü il tarixdə 1200 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 iyun 2021-ci il tarixli 19 nömrəli "Mineral gübrələrin satışına dair" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə 25375 (iyirmi beş min üç yüz yetmiş beş) manat dəyərində ammonium nitrat gübrəsi satılmış, lakin Cavabdeh həmin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək satılan malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 3864,47 (üç min səkkiz yüz altmış dörd manat qırx yeddi qəpik) manatın tutulması” hissəsi ilə bağlı qeyd olunur ki, tərəflər arasında bağlanmış 07 iyun 2021-ci il tarixli 19 nömrəli "Mineral gübrələrin satışına dair" müqaviləyə əlavə olan Qiymət razılaşma protokollarına əsasən malların təhvil-təslim sənədi elektron qaimədir və məbləğin 100 % dəyəri 45 gün müddətində ödənilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 10150 (on min yüz əlli) manat dəyərində ammonium nitrat gübrəsinin satılması ilə əlaqədar elektron qaimə 16 iyun 2021-ci il tarixdə, 15225 (on beş min iki yüz iyirmi beş) manat dəyərində ammonium nitrat gübrəsinin satılması ilə əlaqədar 17 iyun 2021-ci il tarixdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya yalnız 01 yanvar 2023-cü il tarixdə 1200 manat ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməyərək pul məbləğinin ödənilməsini gecikdirmişdir. Elektron 45 günün gecikən borc bir cəmi qaimənin tamam günlərin məbləği günün hesablanan göndərildiyi olduğu tarix sayı faizi faiz tarix xx.xx.2021 xx.xx.2021 xx.xx.2023 510 10150 1.41 719 xx.xx.2023 xx.xx.2024 590 8950 1.24 733,4 xx.xx.2021 xx.xx.2021 xx.xx.2024 1099 15225 2.11 2323,9 cəmi hesablanan faiz məbləği 3776,3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 3864,47 (üç min səkkiz yüz altmış dörd manat qırx yeddi qəpik) manatın tutulması” hissəsində qismən təmin edilməli, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə cavabdehdən 3776,3 manat iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqının” tutulması hissəsi qismən əsaslıdır. Belə ki, məhkəmə prosesində nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ilə təmsil olunan iddiaçı - hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərəfindən BHM və Partnyorlar Vəkil Burosunun hesabına hüquqi xidmətə görə 3000 (üç min) manat məbləğində pul ödənilməsini təsdiq edən 06 avqust 2024-cü il tarixli ödəniş tapşırığını təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən BHM və Partnyorlar Vəkil Burosunun bank hesabına köçürülmüş 3000 (üç min) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 3000 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 3000 (üç min) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 1000 (min) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “184 (yüz səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 173,85 (yüz yetmiş üç manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3776,3 (üç min yeddi yüz yetmiş altı manat otuz qəpik) manat, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı və 173,85 (yüz yetmiş üç manat səksən beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 29125,15 (iyirmi doqquz min yüz iyirmi beş manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 24175 (iyirmi dörd min yüz yetmiş beş) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3776,3 (üç min yeddi yüz yetmiş altı manat otuz qəpik) manat, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı və 173,85 (yüz yetmiş üç manat səksən beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 29125,15 (iyirmi doqquz min yüz iyirmi beş manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar