Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1592/2025 03.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 22 iyul 2025-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 3597,88 (üç min beş yüz doxsan yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 40,19 (qırx manat, on doqquz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxx 1986-cı il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 25 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, iddia ərizəsini qəbul edir. Ərizə məhkəməyə təqdim edilən zaman müvafiq borc mövcud olmuşdur. Vergi orqanı sonuncu rübü nəzərə almadan ərizədə Dövlət Sosial Müdafiə Fonduna 3597,88 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna isə 40,19 manat məbləğində borc məbləğinin mövcud olduğunu qeyd etmişdir. Lakin 13 avqust 2025-ci il tarixindən 22 avqust 2025-ci il tarixinədək olan müddət ərzində təxminən 6800 manat məbləğində olmaqla borc tamamilə ödənilmişdir. Lakin o, bütöv borcu ödəmişdir. Təxminən 40 manat məbləğində cərimə mövcuddur və bu məbləğ də sentyabr ayına qədər ödəniləcəkdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən edilir ki, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə ödənişlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Maraqlı şəxs (VÖEN: **********) 22 iyul 2025-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 3597,88 manat məbləğində borcunun və İcbari Tibbi Sığorta Fonduna olan 40,19 manat məbləğində borcunun olması barədə hazırkı ərizə ilə 11 avqust 2025-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş hər birinin üzərində maraqlı şəxsin adı və ona məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin qeyd edildiyi 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 1421 manat, 15 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 1000 manat, 20 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 1462,99 manat məbləğində olmaqla, cəmi 3883,99 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə isə 48 manat məbləğində pul vəsaiti İcbari Tibbi Sığorta Fonduna köçürülmüşdür. Eyni zamanda iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 103,71 manat, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 36,95 manat, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 123,81 manat məbləğində olmaqla, cəmi 264,47 manat məbləğində pul vəsaiti İcbari Tibbi Sığorta Fonduna, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 30,96 manat, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 30,96 manat, 13 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 4,19 manat, 22 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 4,29 manat, 22 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 792,66 manat, 22 avqust 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə 319,37 manat məbləğində olmaqla, cəmi 1182,43 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fonduna köçürülmüşdür. Eyni zamanda, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Maraqlı şəxs (VÖEN: **********) Şəxsi hesab vərəqəsinin sonuncu vərəqəsində “Cəmi ödənməli borc”un 43,13 manat məbləğində olduğu görünür. Göründüyü kimi, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra maraqlı şəxsin 22 iyul 2025-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 3597,88 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna olan 40,19 manat məbləğində borcu tam ödənilmişdir. Ona görə də hazırkı ərizə üzrə həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Yəni hazırkı ərizədə qeyd olunan məlum borclar artıq mövcud olmadığından, həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1592/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1592/2025
03.09.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver