Məhkəmə qərarları › İş №e-2-2(119)-160/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-160/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-160/2025 19.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 219351,60 (iki yüz on doqquz min üç yüz əlli bir manat altmış qəpik) manat məbləğində əsas borcun, 66000 (altmış altı min) manat məbləğində cərimənin, bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 2251,91 (iki min iki yüz əlli bir manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 287603,51 (iki yüz səksən yeddi min altı yüz üç manat əlli bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddiaçı arasında 21 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan Qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Qiymət razılaşma protokollarında, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan Qiymət razılaşma protokollarında göstərilən şərtlərə uyğun həyata keçirir. Müqavilə qüvvədə olduğu müddətdə İddiaçı MMC müqavilə üzrə öhdəliyini vaxtında və layiqincə yerinə yetirərək alıcıya hazırkı iş üzrə cavabdehə müqavilə üzrə malları təhvil vermişdir. Lakin Cavabdeh ASC müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək İddiaçı MMC-yə tam şəkildə ödəməmişdir. Qiymət razılaşma protokollarında hər mal üzrə ödənilməli məbləğ, tarix ətraflı şəkildə qeyd olunmuşdur. Cavabdehlə iddiaçı arasında uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilən elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu 219351,60 manat, müqavilə üzrə hesablanmış cərimə 66000 manat təşkil edir. Mərkəzi bankın rəsmi saytında bank uçot dərəcəsi 7,75% müəyyən edilmiş, buna görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 2251,91 manat cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı nümayəndəsi Vəkil 11 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək əsas borcun 22311,60 manat, qalan hissədə iddia tələbinin olduğu kimi nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 21 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçınə 219351,60 manat əsas borcdan məhkəmədə işə baxılan zaman 197040 manat ödənildiyini, hazırda 22311,60 manat əsas borcunun qaldığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə satıcı İddiaçı arasında bağlanmış 21 iyun 2024-cü il tarixli AF-21-06/24 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan Qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstənlən miqdarda satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Qiymət razılaşma protokollarında, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəmək alıcının vəzifəsidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 531279 manat dəyərində malların satılması ilə əlaqədar olaraq xx.xx.2024cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə ümumilikdə 40 ədəd elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli 40 nömrəli ödəniş qəbzinə əsasən 102040 manat, 08 yanvar 2025-ci il tarixli 44 nömrəli ödəniş qəbzinə əsasən 30000 manat, 08 yanvar 2025-ci il tarixli 45 nömrəli ödəniş qəbzinə əsasən 32000 manat və 10 yanvar 2025-ci il tarixli 46 nömrəli ödəniş qəbzinə əsasən 33000 manat Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 iyun 2024-cü il tarixli AF-21-06/24 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçınə ödənilmişdir. İş materiallarında olan mailto:e.mehdiyev@sabgroup.azElektron ünvan mail adresindən çıxarışda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 219351,60 manat borcdan 197040 manat ödəniş olunduğu, 22311,60 manat borc qaldığı qeyd olunmuş və həmin çıxarış Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 14 mart 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 531279 manat dəyərində mal göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya 508967,40 manat ödənilmiş və cavabdehin 22311,60 manat əsas borcu, 26855,93 manat cərimə və Mülki Məcəllənin 449-cu maddəsinə əsasən 5702,33 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 21 iyun 2024-cü il tarixli AF-21-06/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə ümumilikdə 531279 manat dəyərində mal satılmış, həmin malların dəyərindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 508967,40 manat ödəniş edilsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 21 iyun 2024-cü il tarixli AF-21-06/24 nömrəli alqısatqı müqaviləsi üzrə ödənilməmiş 22311,60 (iyirmi iki min üç yüz on bir manat altmış qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddianın tələbinin “66000 (altmış altı min) manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi cərimə öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı cərimə tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cərimənin tutulması hissəsində iddia rədd edilməlidir. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 2251,91 (iki min iki yüz əlli bir manat doxsan bir qəpik) manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 22311,60 (iyirmi iki min üç yüz on bir manat altmış qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 22311,60 (iyirmi iki min üç yüz on bir manat altmış qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar