Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1610/2024 29.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat məbləğində borcun və 41 (qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fərdi sahibkar Cavabdeh arasında 18 sentyabr 2021-ci il tarixdə 09/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh satıcı İddiaçı MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götür. Həmin müqaviləyə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı vaxtında etmədiyinə görə ümumillikdə İddiaçı MMC-yə 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 18 sentyabr 2021-ci il tarixli üzləşmə aktı imzalanarkən 2223,40 manat məbləğində borcun olduğu təsdiq edilsə də, həmin tarixdən sonra o, İddiaçı MMC-yə borc üzrə ödənişlər həyata keçirmiş, ödənişləri iddiaçının səlahiyyətli nümayəndəsi olan işçisinə vermişdir. Lakin ona həmin ödənişləri təsdiq edən qəbz təqdim edilməmiş və o, iddiaçının işçisindən həmin sənədləri tələb etməmişdir. O, iddia tələbini qismən, 690 manat məbləğində borcun olması hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 18 sentyabr 2021-ci il tarixli 09/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri, suları və alkoqollu içkiləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd edilən miqdarda, çeşiddə və alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.6-cı bəndinə görə alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında hər ayın sonu, lakin ayın 30-dan gec olmamaq şərti ilə yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödəyir, bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. Həmin müqavilənin 3.10-cu bəndinə görə əgər tərəflər arasımla borc yaranarsa satıcı malın dəyərinin ödənilməsinin qarantiyaya alınması məqsədi ilə alıcıya qarşı borcun etirafı haqqında ərizə tətbiq edə bilər. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh şirə və spirtli içkilərin alışına görə İddiaçınə 2223,4 (iki min iki yüz iyirmi üç manat qırx qəpik) manat borcu yarandığını, pandemiya şəraiti ilə işinin çox zəif olduğuna görə ayda 100 (yüz) manat ödəniş etmə imkanı olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmış 18 sentyabr 2021-ci il tarixli “Üzləşmə aktı”ndan görünür ki, cavabdehin iddiaçıya 18 sentyabr 2021-ci il tarixə qalıq borcu 2223,4 (iki min iki yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Həmin aktın Qeyd hissəsində göstərilir ki, üzləşmə aktı imzalandığı tarixdən etibarən qalıq borc məbləğinin (öhdəliyin) aktda qeyd olunan təftiş mütəxəssisindən başqa şəxslərə ödənilməsi yolverilməzdir və bu halın baş verməsinə görə müştəri məsuliyyət daşıyır. Kənar şəxsə (şəxslərə) ödənilmiş məbləğlər İddiaçı tərəfindən məqbul sayılmır. İş materiallarında olan 03 may 2024-cü il tarixli 01 yanvar 2020-ci il tarixdən – 31 dekabr 2022-ci il tarixədək "Azgranata satış-müştərinin hərəkətləri hesabatı"ndan görünür ki, 18 sentyabr 2021-ci il tarixli “Üzləşmə aktı” imzalandıqdan sonra Cavabdeh tərəfindən 20 sentyabr 2021-ci il tarixdə 100 manat və 15 noyabr 2021-ci il tarixdə 100 manat məbləğində ödəniş həyata keçirilmiş və onun borc qalığı 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında 18 sentyabr 2021-ci il tarixli 09/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh müxtəlif vaxtlarda müxtəlif dəyərdə meyvə şirələri, suları və alkoqollu içkilər satmışdır. Cavabdeh tərəfindən müxtəlif məbləğlərdə ödənişlər edilsə də, o, öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə Cavabdeh iddiaçı Azgranata” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2223,4 (iki min iki yüz iyirmi üç manat qırx qəpik) məbləğində borcunun olması barədə tərəflər arasında 18 sentyabr 2021-ci il tarixli üzləşmə aktı imzalanmışdır. Cavabdeh izahatında qarşılıqlı üzləşmə aktı imzalandıqdan sonra iddiaçıya ödənişlər etdiyini, halhazırda iddiaçıya 690 (altı yüz doxsan) manat məbləğində borcu qaldığını bildirsə də, məhkəməyə qarşılıqlı üzləşmə aktında qeyd olunan borc məbləğindən "Azgranata satışmüştərinin hərəkətləri hesabatı"nda göstərilən 200 (iki yüz) manatdan əlavə hər hansı ödənişin və həmin ödənişin üzləşmə aktında qeyd olunan təftiş mütəxəssisinə həyata keçirildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi izahatında qarşılıqlı üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən cəmi 200 (iki yüz) manat ödəniş edildiyini, hazırda 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat məbləğində borcu qaldığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2021-ci il tarixli 09/2021 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 40,23 (qırx manat iyirmi üç qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat məbləğində borc və 40,23 (qırx manat iyirmi üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2063,63 (iki min altmış üç manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2023,4 (iki min iyirmi üç manat qırx qəpik) manat məbləğində borc və 40,23 (qırx manat iyirmi üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2063,63 (iki min altmış üç manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1610/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1610/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver