Məhkəmə qərarları › İş №e-2-2(119)-1611/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1611/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1611/2025 19.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2169,92 (iki min yüz altmış doqquz manat, doxsan iki qəpik) manat məbləğində əsas borc və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 2229,92 (iki min iki yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 13 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək 1233,66 (min iki yüz otuz üç manat, altmış altı qəpik) manat məbləğində əsas borc və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 1293,66 (min iki yüz doxsan üç manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edildiyi üçün həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır. İddiaçının nümayəndəsi 27 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən ödənişlər edildiyi üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən 02 dekabr 2025-ci il tarixli e-2-2(119)- 1611/2025 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilərək həmin kommersiya işinin məhkəməyə geri qaytarılması xahiş edilmiş və kommersiya işi rəy verilmədən 15 dekabr 2025-ci il tarixli 3- 16-16/2-9/5013/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli e-2-2(119)- 1611/2025 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi 16 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək 27 noyabr 2025-ci il tarixli ərizənin nəzərə alınmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş "borcun tutulması" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı nümayəndəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar