Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1629/2025 21.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 61483,61 (altmış bir min dörd yüz səksən üç manat altmış bir qəpik) manat məbləğində əsas borc və 30308,07 (otuz min üç yüz səkkiz manat yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 91791,68 (doxsan bir min yeddi yüz doxsan bir manat altmış səkkiz qəpik) manat məbləğində borcun və 365,38 (üç yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında rəsmiləşdirilmiş 14 mart 2025-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında rəsmiləşdirilmiş mişar daşının alqı-satqısına dair 14 mart 2025-ci il tarixli SHB S/043/2025 nömrəli müqavilə üzrə ƏDV daxil 42955,54 (qırx iki min doqquz yüz əlli beş manat əlli dörd qəpik) manat və sement məhsullarının alqı satqısına dair 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli müqavilə üzrə ƏDV daxil 18528.07 (on səkkiz min beş yüz iyirmi səkkiz manat yeddi qəpik) manat olmaqla, ümumilikdə ƏDV daxil 61483,61 (altmış bir min dörd yüz səksən üç manat altmış bir) manat əsas borc məbləği yaranmışdır. Müqavilələrin 6.1.2-ci bəndinə əsasən satıcı tərəfindən ödəniş şərtlərinə əməl olunmadığı halda, alıcının hər bir gecikdirilmiş günə görə 0,5% həcmində cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək hüququ, satıcının isə sözügedən cərimə və administrativ xərcləri ödəmək öhdəliyi təsbit edilmişdir. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 14 mart 2025-ci il tarixli SHB-S/043/2025 nömrəli müqavilə üzrə 21692,55 manat və 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli müqavilə üzrə 8615.52 manat olmaqla, ümumilikdə 30308,07 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə şifahi xəbərdarlıqlar edilmiş, 04 avqust 2025-ci il tarixli SMBX-02/87-25 nömrəli pretenziya məktubu ünvanlanmış, 01 avqust 2025-ci tarixində Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi üzərindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məktub göndərilmişdir. Həmçinin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə Dövlət Vergi Xidmətinin sistemi üzərindən elektron qaiməfakturalar göndərilmiş, müvafiq elektron qaimə-fakturalar Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir. İddiaçı MMC məsələnin məhkəməyə qədər həl olunması üçün bütün mümkün səyləri göstərsə də, Cavabdeh MMC ödəniş etməyərək, müqavilə və ona əlavələrə (qiymətlərin razılaşma protokolları) ilə üzərinə götürdüyü öhdəliklərini pozaraq, yaranmış borc məbləğini ödəməkdən imtina edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 14 mart 2025-ci il tarixli SGBS/043/2025 nömrəli müqavilə üzrə ƏDV daxil 42955,54 manat əsas borcun, 21692,55 manat cərimənin, 14 mart 2025-ci il tarixli SGB-CS/025/2025 nömrəli müqavilə üzrə ƏDV daxil 18528,07 manat əsas borcun, 8615,52 manat cərimənin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 365,38 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 mart 2025-ci il tarixli SHB-S/043/2025 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 3-cü bəndində göstərilən mişar daşını alıcıya satır, alıcı isə malı alaraq dəyərini ödəyir. Həmin müqavilənin 6.1.2-ci bəndinə əsasən satılmış malın alıcı tərəfindən vaxtında qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin vaxtında ödənilməsini tələb etmək, müqavilədə və ya müqavilənin əlavəsində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda hər bir gecikdirilmiş günə görə 0,5 faiz həcmində cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 6.2.2-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq malı vaxtında qəbul etmək və onun dəyərini vaxtında ödəmək, ödəniş müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcun 0,5 faizi həcmində cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək alıcının vəzifəsidir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 3-cü bəndində göstərilən müxtəlif növ sement məhsulunu alıcıya satır, alıcı isə malı alaraq dəyərini ödəyir. Həmin müqavilənin 6.1.2-ci bəndinə əsasən satılmış malın alıcı tərəfindən vaxtında qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin vaxtında ödənilməsini tələb etmək; müqavilədə və ya müqavilənin əlavəsində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda hər bir gecikdirilmiş günə görə 0,5 faiz həcmində cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 6.2.2-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq malı vaxtında qəbul etmək və onun dəyərini vaxtında ödəmək; ödəniş müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcun 0,5 faizi həcmində cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək alıcının vəzifəsidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 14 mart 2025-ci il tarixli SHB- S/043/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10044037 nömrəli, 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10041793 nömrəli, 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10069860 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10072896 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10071763 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10045487 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10070337 nömrəli, 1879,74 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 01 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10074847 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 03 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10304399 nömrəli, 3341,76 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 03 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10304937 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 07 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10568305 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 07 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10566643 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 07 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10567421 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 08 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10718709 nömrəli, 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 09 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10814974 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 11 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10994153 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 14 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11153417 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 14 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11154373 nömrəli, 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 14 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11150516 nömrəli, 2227,84 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 15 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11294395 nömrəli, 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 18 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11526022 nömrəli, 1113,92 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 21 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11639487 nömrəli, 974,68 manat məbləğində mişar daşının satılması ilə əlaqədar 21 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11643195 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 14 mart 2025-ci il tarixli SHB- CS/025/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4284,0325 manat məbləğində sement satılması ilə əlaqədar 02 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10154593 nömrəli, 4284,0325 manat məbləğində sement satılması ilə əlaqədar 02 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10156217 nömrəli, 9960,0024 manat məbləğində sement satılması ilə əlaqədar 29 aprel 2025-ci il tarixli MT2504 seriyalı 12328209 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təsvir olunanlarla müəyyən edilir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 14 mart 2025-ci il tarixdə SHB-S/043/2025 və SHB-CS/025/2025 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən satıcı müvafiq malları (mişar daşı və sement məhsulları) alıcıya təhvil verməyi, alıcı isə bu malların dəyərini müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. 14 mart 2025-ci il tarixli SHB-S/043/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 42955,54 (qırx iki min doqquz yüz əlli beş manat əlli dörd qəpik) manat dəyərində mişar daşı və 14 mart 2025-ci il tarixli SHB- CS/025/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə 18528,07 (on səkkiz min beş yüz iyirmi səkkiz manat yeddi qəpik) manat dəyərində sement iddiaçı tərəfindən cavabdehə satılmış, lakin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə malların qəbul edilməməsinə və ya öhdəliyin icrasını mümkünsüz edən halların mövcud olmasına dair sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və müddətdə icra etmədiyindən, iddiaçının “14 mart 2025-ci il tarixli SHB-S/043/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 42955,54 (qırx iki min doqquz yüz əlli beş manat əlli dörd qəpik) manat məbləğində əsas borcun və 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 18528,07 (on səkkiz min beş yüz iyirmi səkkiz manat yeddi qəpik) manat əsas borcun tutulması” tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilələrin 6.1.2 və 6.2.2ci bəndlərinə əsasən ödənişin gecikdirilməsinə görə hər gecikdirilmiş günə 0,5 faiz həcmində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cərimə tələbinin həcmini qiymətləndirərək belə qənaətə gəlir ki, müqavilələrdə nəzərdə tutulmuş 0,5% gündəlik cərimə dərəcəsi borcun gecikmə müddəti və tərəflərin kommersiya münasibətlərinin xarakteri nəzərə alınmaqla həddən artıqdır və bu cərimənin tam həcmdə tətbiqi tərəflərin hüquq və maraqları arasında balansı pozar. Bu baxımdan məhkəmə 14 mart 2025-ci il tarixli SHB-S/043/2025 nömrəli müqavilə üzrə 2000 (iki min) manat və 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli müqavilə üzrə isə 900 (doqquz yüz) manat məbləğində cərimə tətbiq edilməsini ədalətli və mütənasib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “365,38 (üç yüz altmış beş manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 283,15 (iki yüz səksən üç manat on beş qəpik) manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14 mart 2025-ci il tarixli SHB-S/043/2025 nömrəli alqısatqı müqaviləsi üzrə ƏDV daxil 42955,54 (qırx iki min doqquz yüz əlli beş manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 18528,07 (on səkkiz min beş yüz iyirmi səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 900 (doqquz yüz) manat məbləğində cərimə və 283,15 (iki yüz səksən üç manat on beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 64666,76 (altmış dörd min altı yüz altmış altı manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14 mart 2025-ci il tarixli SHB- S/043/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 42955,54 (qırx iki min doqquz yüz əlli beş manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, 14 mart 2025-ci il tarixli SHB-CS/025/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 18528,07 (on səkkiz min beş yüz iyirmi səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 900 (doqquz yüz) manat məbləğində cərimə və 283,15 (iki yüz səksən üç manat on beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 64666,76 (altmış dörd min altı yüz altmış altı manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1629/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1629/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver