Məhkəmə qərarları › İş №e-2-2(119)-1634/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1634/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1634/2024 26.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3632,85 (üç min altı yüz otuz iki manat səksən beş qəpik) manat məbləğində əsas borc, 3632,85 (üç min altı yüz otuz iki manat səksən beş qəpik) manat məbləğində penya və 94 (doxsan dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7359,7 (yeddi min üç yüz əlli doqquz manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" şirkəti ilə bağladığı 13 dekabr 2018-ci il tarixli 414/18 nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş, onunla 24 oktyabr 2023-cü və 06 aprel 2024-cü il tarixlərdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”ı tərtib edilmiş, o, yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 3632,85 (üç min altı yüz otuz iki manat səksən beş qəpik) manat borc qalığını ödəməmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş, buna görə o, tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 15 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. 26 noyabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, digər tələblər qalmaq şərti ilə əsas borcun məbləği azaldılaraq 2756,9 (iki min yeddi yüz əlli altı manat doxsan qəpik) manat olmaqla iş üzrə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli 414/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 30 (otuz) gündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilir. Həmin müqavilənin 6.2-ci bəndinə görə bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5 %-i həcmində peniya ödəyir. İş materiallarında olan 13 dekabr 2018-ci il tarixli 414/18 nömrəli alqı-satqı müqaviləsi üzrə “satıcı” "xxxx" Şirkəti ilə “alıcı” Cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 06 aprel 2024-cü il tarixli, 6171 nömrəli “Öhdəliklərin qarşılıqlı tanınması Aktı” ilə müəyyən olunur ki, 06 aprel 2024-cü il tarixinə alıcı Cavabdeh satıcı "xxxx" Şirkətinə quru inşaat qarışıqları üzrə 1340,38 (min üç yüz qırx manat otuz səkkiz qəpik) manat məbləğində borcu vardır və tərəflər razılaşırlar ki, həmin borc bu aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İş materiallarında olan 13 dekabr 2018-ci il tarixli 414/18 nömrəli alqı-satqı müqaviləsi üzrə “satıcı” "xxxx" Şirkəti ilə “alıcı” Cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 24 oktyabr 2023-cü il tarixli, 13418 nömrəli “Öhdəliklərin qarşılıqlı tanınması Aktı” ilə müəyyən olunur ki, 15 oktyabr 2023-cü il tarixinə alıcı Cavabdeh satıcı "xxxx" Şirkətinə maye inşaat qarışıqları üzrə 3413,03 (üç min dörd yüz on üç manat üç qəpik) manat məbləğində borcu vardır və tərəflər razılaşırlar ki, həmin borc bu aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 09 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçınə 09 sentyabr 2024-cü il tarixə olan qalıq borcu 3632,85 (üç min altı yüz otuz iki manat səksən beş qəpik) manat təşkil edir. İddiaçı tərəfindən 23 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş 23 noyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, alıcı Cavabdeh oğlunun satıcı İddiaçınə 26 noyabr 2024-cü il tarixə borcu 2756,9 (iki min yeddi yüz əlli altı manat doxsan qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 13 dekabr 2018-ci il tarixli 414/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirərək müxtəlif dəyərdə müxtəlif inşaat mallarını Cavabdeh satmış, cavabdeh tərəfindən həmin malların dəyərindən müəyyən ödənişlər edilsə də, malların dəyəri tam ödənilməmişdir. Buna görə İddiaçı Cavabdeh oğluna qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 13 dekabr 2018-ci il tarixli 414/18 nömrəli alqı-satqı müqaviləsi üzrə üzrə ödənilməmiş 2756,9 (iki min yeddi yüz əlli altı manat doxsan qəpik) manat məbləğində əsas borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 3632,85 (üç min altı yüz otuz iki manat səksən beş qəpik) manat məbləğində penyanın tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penyanın məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində penya tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “94 (doxsan dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 49,07 (qırx doqquz manat yeddi qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 49,07 (qırx doqquz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2756,9 (iki min yeddi yüz əlli altı manat doxsan qəpik) manat məbləğində əsas bоrc, 150 (yüz əlli) manat məbləğində penya və 49,07 (qırx doqquz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2955,97 (iki min doqquz yüz əlli beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2756,9 (iki min yeddi yüz əlli altı manat doxsan qəpik) manat məbləğində əsas bоrc, 150 (yüz əlli) manat məbləğində penya və 49,07 (qırx doqquz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2955,97 (iki min doqquz yüz əlli beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar