Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1649/2022 05.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17 avqust 2022-ci il tarixə hesablanmış "xxxx" X4 Cəmiyyətinin 1141,61 (min yüz qırx bir manat 61 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 1925,70 (min doqquz yüz iyirmi beş manat manat 70 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 113,54 (yüz on üç manat 54 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 36,30 (otuz altı manat 30 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi – xx xxxxxxx 1947-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması və xx xxxxxxx 1947-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, hazırkı ərizə ilə məhkəməyə müraciət olunarkən Maraqlı şəxs qanuni təmsilçisi olduğu "Şamaxı-Taxıl” X4 Cəmiyyətinin Dövlət Büdcəsinə 1141,61 manat və Dövlət Sosial Müdafiə Fonduna 1925,70 manat məbləğində borcu, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs özünün isə Dövlət Sosial Müdafiə Fonduna 113,54 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 36,30 manat məbləğində borcu olmuşdur. Lakin, məhkəməyə müraciət olunduqdan sonra Maraqlı şəxs fərdi sahibkar kimi özünə məxsus VÖEN üzrə İcbari Tibbi Sığorta Fonduna olan 36,30 manat və Dövlət Sosial Müdafiə Fonduna 113,54 manat məbləğində olan borcları ödəmiş olsa da, onun qanuni təmsilçisi olduğu "Şamaxı-Taxıl” X4 Cəmiyyətinin Dövlət Büdcəsinə olan 1141,61 manat və Dövlət Sosial Müdafiə Fonduna olan 1925,70 manat məbləğində borcları ödənilməmişdir. Buna görə də, ərizə əsaslıdır və təmin olunmalıdır. Maraqlı şəxs 05 oktyabr 2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxxx 1947-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1nmuş hüquqi şəxs "xxxx" X4 Cəmiyyətinin (VÖEN **********) 17 avqust 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 1141,61 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 1925,70 manat məbləğində borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxxxxxx 1947-ci il təvəllüdlü Maraqlı şəxs özünün də (VÖEN **********) 17 avqust 2022-ci il tarixə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 113,54 manat məbləğində vergi borcu və İcbari Tibbi Sığorta Fonduna 36,30 manat məbləğində borcu olmuşdur. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 13 sentyabr 2022-ci il tarixli ********* nömrəli və 13 sentyabr 2022-ci il tarixli **********56 nömrəli ödəniş qəbzləri ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs (VÖEN **********) vergi ödəyicisi olaraq 13 sentyabr 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 114 manat və İcbari Tibbi Sığorta Fonduna isə 37 manat məbləğlərində ödənişlər etmişdir. Belə olan halda, vergi ödəyicisi Maraqlı şəxs özünə aid 17 avqust 2022-ci il tarixə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 113,54 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 36,30 manat məbləğində borcu 13 sentyabr 2022-ci ildə tam ödənilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 iyul 2010-ci il tarixli 38 nömrəli Əmri ilə müəyyən olunur ki, Maraqlı şəxs Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən 24 iyul 2010-cu il tarixdən "xxxx" X4 Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsi ilə verilmiş 16 sentyabr 2022-ci il tarixli “Pensiya haqqında” Arayışla müəyyən olunur ki, xx xxxxxxx 1947-ci il təvəllüdlü Maraqlı şəxs 17 oktyabr 2010-cu ildən aylıq məbləğ 309,01 manat məbləğində olmaqla yaşa görə pensiya hüququna malikdir. İş materiallarında olan Maraqlı şəxs (VÖEN **********) tərəfindən “Onlayn Kargüzarlıq” vasitəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə ünvanlanmış 11 may 2022-ci il tarixli Ərizənin məzmunu ilə müəyyən olunur ki, "Şamaxı Taxıl" ATSC-nin səhmləri 2000-ci ildə "xxxx" MMC tərəfindən alınaraq özəlləşdirilmiş və 24 iyul 2010-cu il tarixdən Maraqlı şəxs öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Bundan əlavə, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, hal-hazırda Maraqlı şəxs ilə bağlanmış hər hansı bir əmək müqaviləsi mövcud deyildir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi "xxxx" X4 Cəmiyyətinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik “sədri” olması təsdiq edilmir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən təqdim olunmuş “ünvan 3 ünvanlanmış 07 aprel 2011-ci il tarixli, 05 iyul 2012-ci il tarixli, 01 iyul 2013-cü il tarixli, 18 iyun 2014-cü il tarixli, 25 noyabr 2019-cu il tarixli və 01 may 2020-ci il tarixli Məktubları sədr olaraq Maraqlı şəxs adından tərtib edilərək imzalanmış olsa da, bu məktublar yuxarıda təsvir olunan sənədlərə görə onun həmin vergi ödəyicisinin qanuna müvafiq qaydada təyin olunaraq qeydiyyata alınmış qanuni təmsilçisi (sədri) olmasını təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Çünki, qanunvericilik işçi ilə işəgötürən arasında münasibətlərin qanunla müəyyən edilmiş qaydada bağlanmış və rəsmiləşdirilmiş əmək müqaviləsi və digər müvafiq sənədlər əsasında təsbit olunaraq qeydə alınmasını nəzərdə tutduğundan, həmin sənədlər olmadığı halda - bu kimi münasibətlərin mövcudluğu müəyyən edilmir. Bundan əlavə, müəssisənin rəhbəri "xxxx" olmaqla, onunla Müəssisə arasındakı əmək münasibətləri yaranması, dəyişməsi, habelə xitamı yalnız əmək qanunvericiliyi ilə tənzimlənir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsi). Şəxsin "xxxx" olaraq işə qəbul edilib, Müəssisənin icra orqanının rəhbəri (sədri, direktoru və s.) təyin edilməsi və yaxud, tutduğu vəzifədən azad olunması Əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirildiyi üçün, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Bundan başqa, maraqlı şəxsin Müəssisənin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, "xxxx" X4 Cəmiyyətinin Dövlət Büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borclarına görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, "xxxx" X4 Cəmiyyətinin borclarının vaxtında ödənilməsindən yayınmasına, Maraqlı şəxs isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, əmək müqaviləsinin bağlanması, bununla bağlı bildirişin qeydiyyatı, əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə gəlir vergiləri və həmçinin, sosial sığorta üzrə ödəmələrə nəzarət edən ərizəçi (Vergi Orqanı) Maraqlı şəxs ərizəsi olmasa belə, sonuncunun "xxxx" X4 Cəmiyyətinin qanuni təmsilçisi olmamasından məlumatlı olmalı idi. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, "xxxx" X4 Cəmiyyətinin qanuni təmsilçisi olmadığı təqdirdə, Maraqlı şəxs adının yalnız dövlət reyestrində formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi olaraq qeyd olunması əsası ilə “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” ərizəçinin dəlilləri əsaslı hesab edilə bilməz. Çünki, hazırkı işin müəyyən edilmiş hallarına görə Maraqlı şəxs borclu hüquqi şəxsə (vergi ödəyicisinə) heç bir aidiyyəti yoxdur. Belə olan halda, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya səbəb olmaqla, vergiləri ödəməyi təmin etmə üsulu kimi həmin tədbirin əhəmiyyətini də heçə endirər və eyni zamanda, hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd və əsassız məhdudiyyət yaradar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Göründüyü kimi, Maraqlı şəxs həqiqətən də "xxxx" X4 Cəmiyyətinin qanuni təmsilçisi (icra orqanının rəhbəri) olması öz təsdiqini tapmadığından, həmin vergi ödəyicisinin Dövlət Büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 17 avqust 2022-ci il tarixə hesablanmış 113,54 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 36,30 manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna 13 sentyabr 2022-ci ildə tam ödənildiyinə görə, həmin borclara görə hər hansı bir məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi zərurəri aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X3 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hal-hazırda vergi ödəyicisi "xxxx" X4 Cəmiyyətinin icra orqanının rəhbəri, yəni qanuni təmsilçilik funksiyasına malik sədri olmadığına görə Maraqlı şəxs "xxxx" ATSC-nin ərizədə qeyd olunan məlum borclarının ödənməməsi ilə əlaqədar ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1649/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1649/2022
05.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver