Məhkəmə qərarları › İş №e-2-2(119)-1658/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1658/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1658/2022 15.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Aliyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı “İddiaçı” şirkəti tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9530 avro məbləğində əsas borcun, 2000 avro məbləğində dəbbə pulunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” şirkəti ilə Cavabdeh arasında 03 sentyabr 2018-ci il tarixli, DGS1809/002 nömrəli daşıma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən ona həvalə edilmiş yükləri tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və cavabdeh tərəfindən təyin edilmiş şəxsə verməyi, cavabdeh isə iddiaçının haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən yük cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-ə əsasən cavabdeh ödənişin 100%-ni yük təhvil alındıqdan sonra 3 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 26 sentyabr 2018-ci il tarixdə öhdəliklərə dair təhvil-təslim aktı bağlanmış və cavabdeh iddiaçının öhdəliklərini tam icra etdiyini, 11950 (on bir min doqquz yüz əlli) avro borcunun olduğunu qəbul etmişdir. Həmin təhvil-təslim aktında iddiaçı tərəfindən 350 (üç yüz əlli) avro endirim də nəzərdə tutulmuşdur. Lakin iddiaçının dəfələrlə müraciətinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklərin icrası vaxtında həyata keçirilməmiş, yalnız 2070 (iki min yetmiş) avro 13 aprel 2020-ci il tarixdə ödənilmişdir. Həmin tarixdən etibarən isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və hazırda 9530 (doqquz min beş yüz otuz) avro borcu qalmışdır. İddiaçı tərəfindən cavabdeh mediasiya prosesində iştiraka dəvət olunsa da, mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh öhdəliklərini 4 ildən artıq müddətdir ki, icra etmir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən iddiaçı illik 5% gecikdirilmiş müddət üçün əlavə pul tələb edə bilər. Cavabdehin borcuna uyğun hesabladıqda 2000 (iki min) avro gecikdirilən müddət üçün pul tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ödənilməli əsas borc 9530 avro təşkil edir. Tələb olunan dəbbə pulu isə 2000 avrodur. Beləliklə, dəbbə pulu ilə birgə iddiaçıya ödənilməli ümumi məbləğ 11530 (on bir min beş yüz otuz) avro təşkil edir. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək, iddiaçı "X1 Services LP" şirkətinin Cavabdehnə qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş sənədlər arasında məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək sənədlər, o cümlədən, mübahisənin əsası kimi çıxış edən rəsmiləşdirilmiş müqavilə və iddia tələbini sübut edən hər hansı digər mötəbər sənəd aşkar edilməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi və iş materiallarında olan 03 sentyabr 2018-ci il tarixli daşıma müqaviləsi iddiaçı tərəfindən imzalansa da, cavabdeh tərəfindən imzalanmamış və möhürlənməmişdir. İddia ərizəsində 13 aprel 2020-ci il tarixində ödənişin bir qisminin, yəni 2070 avro məbləğində ödənişin həyata keçirildiyi qeyd olunsa da, həmin ödənişin edilməsinə dair əsaslı sənəd təqdim olunmamışdır. Mötəbər sübut qismində qəbul edilməsi üçün lazımi qaydada rəsmiləşdirilmiş müqaviləyə istinad olunmuş və müvafiq qaydada təsdiqlənmiş bank hesabından çıxarış məhkəməyə təqdim olunmalıdır. İddia ərizəsində tərəflər arasında 26 sentyabr 2018-ci il tarixdə öhdəliklərə dair təhvil-təslim aktı bağlanıldığı, cavabdehin iddiaçının öhdəliklərini tam icra etdiyini və 11950 avro borcunun olduğunu qəbul etdiyi qeyd olunmuşdur. İddiaçının istinad etdiyi iş materiallarında olan həmin akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu konkret kimin və hansı vəzifəli şəxsin imzaladığı (o cümlədən, aktın preambula hissəsində) əks olunmamışdır. Məhkəməyə cavabdehə aidiyyəti aydın olmayan, qeyri-müəyyən bir sənəd təqdim edilmişdir ki, bunun da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq cavabdehdən 2000 manat dəbbə pulunun alınıb verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, qeyd edilən maddədə dəbbə pulunun hesablanması və ya tələb olunmasından ümumiyyətlə söhbət getmir. Məlum olduğu kimi, borc öhdəliyi malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi nəticəsində yarana bilər ki, bu da yalnız müqavilə əsasında mümkündür. Tərəflər arasında isə müqavilə mövcud deyildir. Mövcud olmayan müqavilə şərtlərinin pozulmasına görə isə hər hansı borc və ya faiz tələb edilə bilməz. Qanunvericiliyin tələblərinə görə vergi ödəyiciləri arasında müqavilə əsasında malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsinin haqqının ödənilməsi üçün hesab-faktura və elektron qaimə olmalıdır. İddiaçı tələb etdiyi məbləğin cavabdeh tərəfindən ödənilməsi üçün ilk öncə ona elektron qaimə və hesab faktura göndərməlidir. Lakin iş materiallarına tələb olunan məbləğin ödənilməsi üçün hər hansı bir elektron qaimə və hesab faktura əlavə edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin əsaslı olmasını təsdiq edən tərəflər arasında bağlanmış (imzalanmış və möhürlənmiş) müqavilə və yaxud digər hüquqi əsas verən sübut olmadan, iddiaçı tələbini sadəcə özü tərəfindən imzalanmış və möhürlənmiş müqavilə və konkret olaraq kimliyi və vəzifəsi bəlli olmayan şəxs tərəfindən imzalanmış aktla əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil2 15 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşıyıcı “İddiaçı” şirkəti (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsinə əsasən daşıyıcı sifarişçi tərəfindən ona həvalə edilmiş yükləri tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və sifarişçi tərəfindən təyin edilmiş şəxsə verməyi, sifarişçi isə daşıyıcının haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.5-ci maddəsinə əsasən sifarişçi Cavabdeh yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi, çatdırma müddəti, yükləmə tarixi və nəqliyyat növü, qiymətli yüklər olduqda onların dəyəri və xüsusi təhlükəli yüklərin olması barədə məlumat verir. Bu məlumatlar 1 nömrəli Əlavədə müəyyən edilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən daşımaların qiyməti tərəflərin qarşılıqlı razılığı ilə bu müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrə əsasən müəyyən edilir. Daşımanın qiyməti və ödəniş qaydası daşımanın təsviri göstərilən müqaviləyə müvafiq Əlavədə öz əksini tapacaqdır. İş materiallarında olan 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, avadanlıqların 2 ədəd yük maşını ilə 04 sentyabr 2018-ci il tarixdən başlayaraq İtaliya Respublikasından Azərbaycan Respublikasının Quba rayonuna daşınması razılaşdırılmışdır. Daşıma qiyməti hər bir nəqliyyat vasitəsi üçün 6150 avro qeyd olunmuşdur. İş materiallarında olan 24 sentyabr 2018-ci il tarixli 2018-04 nömrəli invoysdan görünür ki, 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsi əsasında 6150 avro dəyərində daşıma həyata keçirilmişdir. İş materiallarında olan 26 sentyabr 2018-ci il tarixli tərəflərin möhürləri və imzaları ilə təsdiq edilmiş Təhvil-təslim aktında göstərilir ki, İtaliya Respublikasından Quba rayonuna 27C3252/3258 nömrəli və 33EMC6S/69 nömrəli yük maşınları ilə iki dəfə avadanlıqlar daşınmışdır. Ödənilməli məbləğ 11950 avro təşkil edir. Daşımanı həyata keçirən 33EMC68/69 dövlət nömrə nişanlı avtomobilin daşıma xidmətinin məbləğinə 350 avro endirim edilmişdir. İş materiallarında olan 13 aprel 2020-ci il tarixli 013OCF********** nömrəli xarici valyutada köçürmə orderindən görünür ki, sifarişçi “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşıyıcı “İddiaçı” şirkətinin hesabına 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsinə uyğun olaraq tərtib edilmiş 24 sentyabr 2018ci il tarixli 2018-04 nömrəli invoys əsasında 2070 Avro məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, daşıyıcı “İddiaçı” şirkəti ilə sifarişçi “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 sentyabr 2018-ci il tarixli daşıma müqaviləsi bağlanmış və daşıyıcı tərəfindən sifarişçi üçün 2 dəfə İtaliya Respublikasından Quba rayonuna avadanlıqlar daşınmışdır. Həmin daşıma müqaviləsi üzrə cavabdeh tərəfindən 13 aprel 2020-ci il tarixdə iddiaçının hesabına 2070 avro məbləğində ödəniş həyata keçirilmiş olsa da, qalan 9530 avro ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 9530 avro məbləğində borcun cavabdeh “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “İddiaçı” şirkəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ilə əlaqədar 300 (üç yüz altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi cavabdeh “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı “İddiaçı” şirkətinin xeyrinə 9530 avro məbləğində borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462-ci maddəsinin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 2000 avro məbləğində dəbbə pulunun tutulması” hissəsində təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı hər hansı şərt nəzərdə tutulmadığına görə cavabdehdən dəbbə pulunun tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 9530 avro məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçı “http://cms.justice.loc/Cases/Default.aspx?caseId=2008792İddiaçı” şirkətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “İddiaçı” şirkəti tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardıma görə nümayəndəyə ödənilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti də Cavabdehndən tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməlidir. Bununla yanaşı Cavabdehndən dövlət nəfinə 141,74 (yüz qırx bir manat 74 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1 -ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-cı maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə ahnıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 9530 (doqquz min beş yüz otuz) avro məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçı “http://cms.justice.loc/Cases/Default.aspx?caseId=2008792İddiaçı” şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı “http://cms.justice.loc/Cases/Default.aspx?caseId=2008792İddiaçı” şirkətinə ödənilsin. Cavabdehndən dövlət nəfinə 141,74 (yüz qırx bir manat 74 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar