Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1677/2022 11.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17 avqust 2022-ci il tarixə hesablanmış “Ağac-Bəzək Bitkiləri” İdarəsinin 5534,90 (beş min beş yüz otuz dörd manat 90 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 38436,61 (otuz səkkiz min dörd yüz otuz altı manat 61 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 142,87 (yüz qırx iki manat 87 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 98,48 (doxsan səkkiz manat 48 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 951,94 (doqquz yüz əlli bir manat 94 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxx 1983cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etmədiyini bildirərək göstərdi ki, o, 14 yanvar 2022-ci il tarixdən “Ağac-Bəzək Bitkiləri” İdarəsinin rəhbəri deyildir və həmin tarixdən həmin İdarədən tutduğu vəzifədən azad olunmuşdur. O, 14 yanvar 2022-ci il tarixindən etibarən həmin hüquqi şəxsdə hər hansı bir səlahiyyətli vəzifəyə təyin olunmamış və əmək haqqı almamışdır. Buna görə də, icra orqanının rəhbəri olmadığı üçün “Ağac-Bəzək Bitkiləri” İdarəsinin borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına razı olmasa da, öz borcu ilə əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsinə etiraz etmir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə - vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 98,48 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 951,94 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi üçün həmin borclarla əlaqədar təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1iş hüquqi şəxs “Ağac-Bəzək Bitkiləri” İdarəsinin (VÖEN **********) 17 avqust 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 5534,90 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 38436,61 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 142,87 manat borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) özünün də 17 avqust 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 98,48 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 951,94 manat məbləğində borcu vardır. Həmin vergi ödəyicilərinə həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş Sistemə daxil edilmə tarixi 17 yanvar 2022-ci il tarixli xxxxxxx0002X0 nömrəli "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı" Əmək müqaviləsi Bildirişindən, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 yanvar 2022-ci il tarixli 06-K nömrəli Əmrindən və Əmək Kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs 14 yanvar 2022-ci ildən qüvvədə olan 14 yanvar 2022-ci il tarixli 06-K nömrəli Əmr əsasında hüquqi şəxs “Ağac-Bəzək Bitkiləri” İdarəsi rəisi (icra orqanının rəhbəri) olması barədə əmək müqaviləsinə xitam verilmişdir. Beləliiklə də, təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi “Ağac-Bəzək Bitkiləri” İdarəsinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik “rəisi” olması təsdiq edilmir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, əmək müqaviləsinin bağlanması, bununla bağlı bildirişin qeydiyyatı, əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə gəlir vergiləri və həmçinin, sosial sığorta üzrə ödəmələrə nəzarət edən Vergi Orqanı (ərizəçi) Maraqlı şəxs ərizəsi olmasa belə, sonuncunun “Ağac-Bəzək Bitkiləri” İdarəsinin icra orqanının rəhbəri (rəisi) olmamasından məlumatlı olmalı idi. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, “Ağac-Bəzək Bitkiləri” İdarəsinin qanuni təmsilçisi olmadığı təqdirdə, Maraqlı şəxs adının yalnız dövlət reyestrində formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi olaraq qeyd olunması əsası ilə həmin hüquqi şəxsin borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar ərizəçinin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə, müəssisənin rəhbəri "xxxx" olmaqla, onunla Müəssisə arasındakı əmək münasibətləri yaranması, dəyişməsi, habelə xitamı yalnız əmək qanunvericiliyi ilə tənzimlənir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsi). Şəxsin "xxxx" olaraq işə qəbul edilib, Müəssisənin direktoru (icra orqanının rəhbəri) təyin edilməsi və yaxud, tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirildiyi üçün, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Bundan başqa, maraqlı şəxsin Müəssisənin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, “Ağac-Bəzək Bitkiləri” İdarəsinin Dövlət Büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borclarına görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, “Ağac-Bəzək Bitkiləri” İdarəsinin borclarının vaxtında ödənilməsindən yayınmasına, Maraqlı şəxs isə hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Bununla belə, hazırkı işin müəyyən edilmiş hallarına görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olaraq Maraqlı şəxs (VÖEN **********) özünün isə 17 avqust 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 98,48 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 951,94 manat məbləğində borcu vardır və bu borcların hüquqi şəxs “Ağac-Bəzək Bitkiləri” İdarəsinə heç bir aidiyyəti yoxdur və həmin borclar da hal-hazıradək ödənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hal-hazırda vergi ödəyicisi “Ağac-Bəzək Bitkiləri” İdarəsinin icra orqanının rəhbəri, yəni qanuni təmsilçilik funksiyasına malik rəisi olmadığına görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) yalnız özünün fəaliyyəti ilə əlaqədar vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi hissədə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 avqust 2022-ci il tarixə hesablanmış 98,48 (doxsan səkkiz manat 48 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 951,94 (doqquz yüz əlli bir manat 94 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək xx xxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1677/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1677/2022
11.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver