Məhkəmə qərarları › İş №e-2-2(119)-1700/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1700/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1700/2024 06.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçınə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borcun və 29 iyun 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borcun silinməsi, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 152 (yüz əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən İddiaçı pivə istehsalı sexindən kənarda, yəni iddiaçının nəzarətində olmayan sahədə istehlakçıya məxsus "G-400" markalı 80106190 nömrəli sayğac quraşdırılmış və qaz cihazları istismar olunur. xx.xx.2024-cü il tarixdə Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən 8105 (səkkiz min yüz beş) manat pulun (debitor borcunun) ödənilməsi barədə İddiaçınə pretenziya məktubu daxil olmuşdur. Müəyyən olunmuşdur ki, İddiaçı pivə istehsalı sexinə həmin sexdə quraşdırılmış istehlakçıya məxsus "G-400" markalı 80106190 nömrəli sayğaca Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” UP 23 nömrəli akta əsasən 8105 (səkkiz min yüz beş) manat debitor borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilir. Cavabdeh əməkdaşları tərəfindən həmin sahədə quraşdırılmış sayğaca baxış keçirilən zaman İddiaçı nümayəndəsinin iştirakı təmin olmamışdır. Həmçinin həmin sayğaca İddiaçı hər hansı bir işçisinin də müdaxilə etməsi qeyrimümkündür. Belə ki, həmin sayğac İddiaçı pivə istehsalı sexindən təqribən 1 km kənarda, yəni İddiaçı ərazisində deyil, Xaçmaz şəhərini su ilə təmin edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su anbarının ərazisində quraşdırılmışdır. Həmin sahə mühafizə olunan ərazidir, ərazinin girişində polis postu vardır və ərazi polisin nəzarətində olmaqla fasiləsiz olaraq mühafizə olunur, kənar şəxslərin, o cümlədən İddiaçı əməkdaşlarının həmin sahəyə girişi qadağandır, sayğaca baxış keçirmək üçün giriş yalnız Xaçmaz X5 İdarəsinin müraciəti əsasında polisin razılığı ilə mümkündür. Həmin sayğac mühafizə olunan ərazidə yerləşməklə yanaşı, həm də magistral (tranzit) qaz kəmərinin üzərində quraşdırılmış, sayğacın quraşdırıldığı qutunun açarı da Xaçmaz X5 İdarəsinin mütəxəssislərindədir. Ona görə də, həmin akta əsasən hesablanmış 8105 (səkkiz min yüz beş) manat debitor borc əsassızdır. Həmin akt İddiaçı nümayəndəsinin iştirakı olmadan tərtib olunduğuna və yalnız tərtib olunduqdan bir müddət sonra təqdim olunduğundan, İddiaçı işçisi aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa, 27 iyun 2021-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİnin əməkdaşları tərəfindən müəssisəyə quraşdırılmış qaz sayğacı çıxarılaraq başqası ilə əvəz olunmuşdur. 29 iyun 2021-ci il tarixində isə həmin şöbənin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş, həmin aktda qaz sayğacında korrektorun parametr göstəricilərində baza tempraturu standarta uyğun olmadığı üçün elektron hissədən keçən qazın sərfinin düzgün qeydə alınmadığı yazılmışdır. Həmin akta əsasən 30 iyun 2021-ci il tarixli tələbnamə tərtib olunaraq 62503 m3 həcminə, yəni 12500,6 manat məbləğində ziyan hesablanmışdır. İddiaçının mülkiyyətində olan müəssisəyə dair abonentin saldosundan görünür ki, qaz sayğacı quraşdırıldığı vaxtdan indiyədək qaz sərfiyyatında ciddi fərqlər olmamışdır. Bundan başqa, Cavabdeh iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasını hər hansı şəkildə sübuta yetirməmiş və bu hal yalnız ehtimal olunmuşdur. Cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilməmiş, bu faktı təsdiq edən hər hansı sübut əldə olunmamışdır. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akta əsasən müəssisənin abonent hesabına hesablanmış 12500,6 manat borc da əsassız hesablanmışdır. 30 sentyabr 2024-cü il tarixdə Cavabdeh nümayəndəsi X1 məhkəməyə etiraz təqdim edərək İddiaçı iddia tələbinin əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X2 RQİİ-nin Şabran Xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı pivə istehsalı zavodunda sənaye məqsədləri üçün təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə iddiaçı tərəf üzərinə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixdə abonentin sayğacı xətdən açılaraq laboratoriyaya göndərilmiş, laboratoriyanın xx.xx.2021-ci il tarixli rəyinə əsasən G-400 markalı 80106190 nömrəli Turbin tipli ELSTER qaz sayğacının baza temperaturunun standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsinin keçən qazın sərfi düzgün qeyd etmədiyi müəyyən olunmuşdur. Bu rəyə müvafiq olaraq abonent üçün “Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və itirilmiş qazın bərpasına uyğun olaraq 62503 m3 və ya 12500,60 manat ziyan məbləği hesablanaraq abonent koduna işlənilmişdir. İddiaçı bu borcu qəbul etmiş və tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli 1 saylı razılaşma protokoluna əsasən borcu qəbul etmiş, beş ay ərzində (avqust, sentyabr, oktyabr, noyabr, dekabr) hissə-hissə ödəməyi, bununla bağlı Cavabdeh İsehsalat Birliyinə heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. Buna görə də razılaşma protokolu İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. İddiaçı iddia tələbinin digər hissəsi abonent barəsində tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” xx.xx.2023-cü il tarixli 23 saylı aktla bağlıdır. Belə ki, bu akta görə xx.xx.2022-ci il tarixdə sayğaca yerində xidmət göstərilərkən xətaların normaya uyğun olmadığı müəyyən edilmiş, uçota alınmayan qaz sərfi 36879 m3 olmaqla dəyəri 8113,38 manat abonentin koduna işlənilmişdir. Bu sübut da İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmək üçün əsaslardan biridir. Göründüyü kimi, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. 14 oktyabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 2019-2024-cü illərin abonentin saldosundan da göründüyü kimi, cavabdeh iddiaçının mühafizə olunan ərazidə quraşdırılmış sayğaca heç bir müdaxilə edə bilməməsini görüb, bundan sui-istifadə edərək, hər iki ildən bir, yəni 2019, 2021 və 2023cü illərdə qanunsuz aktlar tərtib etməklə, iddiaçıya süni surətdə əlavə borc hesablanmasına nail olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiklərini bildirib etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış 10 iyun 2019cu il tarixli, AXM-2864/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. İş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 24 iyun 2021-ci il tarixli SS № 29/1640-01376 nömrəli aktdan görünür ki, dövlət yoxlamasına gətirilmiş Xaçmaz rayon xidmət sahəsinin İddiaçı pivə istehsalı sexinin qaz xətti üzərində quraşdırılmış “G400” markalı 80106190 nömrəli turbin tipli "Elester" qaz sayğacı xx.xx.2021-ci il tarixdə xətdən çıxarılmış (Forma-2 № 9024517), xx.xx.2021-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində keçən qaz sərfi düzgün qeydə alınmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan İstifadə qaydalarının pozulması haqqında” 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli SS № 29/1640-01376 nömrəli rəyinə əsasən G-400 markalı 80106190 nömrəli turbin tipli elester qaz sayğacının baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsindən keçən qazın sərfi düzgün qeydə alınmayıb. İş materiallarında olan abonent saldosundan görünür ki, 2021-ci ilin iyun ayında akt əsasında İddiaçınə məxsus **********00000 nömrəli abonent koduna 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP-23 nömrəli aktda qeyd olunur ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “G400” markalı 80106190 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 36879 m3 müəyyən olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin yanvar ayında akt əsasında İddiaçınə məxsus **********00000 nömrəli abonent koduna 8113,38 (səkkiz min yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus “G400” markalı 80106190 nömrəli turbin tipli "Elester" qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğaca Metrologiya Departamenti tərəfindən xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsində keçən qaz sərfinin düzgün qeydə alınmadığı göstərilərək “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 24 iyun 2021-ci il tarixli SS № 29/1640-01376 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 29 iyun 2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən Hado” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin akta əsasən 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır. Bundan başqa Cavabdeh əməkdaşları tərəfindən Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən İddiaçı pivə istehsalı sexinə “Təbii qazın uçotunun pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP-23 nömrəli akt tərtib edilmiş və aktda göstərilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “G400” markalı 80106190 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 36879 m3 müəyyən olunmuşdur. İddiaçıya həmin akt əsasında 8113,38 (səkkiz min yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində borc hesablanmışdır. Qeyd olunur ki, iddiaçı iddia tələbində həmin akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borcun silinməsini xahiş etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh yoxlamaların aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddia tələbi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu: **********00000) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023cü il tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borc və 29 iyun 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 05 sentyabr 2024-cü il tarixli ödəniş sənədini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 152 (yüz əlli iki) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 152 (yüz əlli iki) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 151,82 (yüz əlli bir manat səksən iki qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçınə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borc və 29 iyun 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borc silinməli, Cavabdehndən 151,82 (yüz əlli bir manat səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli UP 23 nömrəli akt əsasında hesablanmış 8105 (səkkiz min yüz beş) manat məbləğində borc və 29 iyun 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 12500,6 (on iki min beş yüz manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 151,82 (yüz əlli bir manat səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar