Məhkəmə qərarları › İş №e-2-2(119)-1715/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1715/2022

10.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1715/2022 10.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 sentyabr 2022-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 42733,72 (qırx iki min yeddi yüz otuz üç manat 72 qəpik) manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna olan 0,24 (24 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxxxx 1978-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs 06 oktyabr 2022-ci il tarixdə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti – “satıcı” qismində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) isə - “alıcı” qismində öz aralarında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq 26 yanvar 2022-ci il tarixli İM-14 saylı alqı-satqı müqaviləsi imzalamışdır. Bu müqavilə ilə İnvestisiya müsabiqəsinin nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) səhmləri “satıcı” tərəfindən satılmış, “alıcı” tərəfindən isə alınmışdır. Bu müqavilənin 4.2.2-ci bəndi üzrə Müqavilə imzalandığı tarixdən sonrakı 90 təqvim günü müddətində Səhmdar Cəmiyyətin dövlət büdcəsinə olan borcunun ödənilməsi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada restrukturizasiyası (silinmə və ya möhlətvermə) nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin müqavilə imzalanan tarixə dövlət büdcəsinə 49000 manat (ondan 13000 manat faizlər) borcu olmuşdur. Hal hazırda həmin borcun məbləği 50546,99 manat (ondan 36783,22 manat vergilər üzrə) təşkil edir. "xxxx" ASC-nin 2008-ci ildən etibarən heç bir fəaliyyəti olmamış, borc ötən illərdə əmlak və torpaq vergisi borclarından yaranmış, əvvəlki illərdə vergi orqanı tərəfindən heç bir rəsmi iddia qaldırılmamışdır. Qeyd edilən müqaviləyə əsasən "xxxx" ASC tərəfindən dövlət əmlakı və bütün borclar (vergi borcları da olmaqla) "xxxx" MMC-yə həvalə edilmişdir. Bu barədə vergi orqanına dəfələrlə rəsmi məlumat verilməsinə baxmayaraq, idarələr, departamentlər və şöbələr arası koordinasiyanın olmaması səbəbindən əsassız olaraq maraqlı şəxs qismində Səhmdar Cəmiyyətin bütün hüquqlarının dövlət tərəfindən həvalə edildiyi "xxxx" MMC-nin deyil, heç bir səlahiyyəti olmayan, ancaq investisiya qoyuluşu dövründə dövlət əmlakının qorunması məqsədi ilə əsas iş yerindən əlavə olaraq ödənişsiz işləməklə Səhmdar Cəmiyyətə əlavə iş yeri kimi yeni direktor təyin edilən Maraqlı şəxs qeyd etmələri şəxsi qərəzdən, məsuliyyətsizlikdən, səriştəsizlikdən və sənədlərlə düzgün işləmə qabiliyyətinin olmamasından irəli gəlir. Həmçinin Səhmdar Cəmiyyətin bütün hüquqlarının keçdiyi, müəssisənin alıcısı olan "xxxx" MMC bu günədək əsas investisiya qoyuluşu planının 85-90%-ni yerinə yetirmişdir və bu günə vergilər üzrə 174842 manat artıq ödəməsi mövcuddur. İlin sonunadək özəlləşdirilmə başa çatacağı təqdirdə həmin vəsait hesabına bütün vergi borclarının ödənilməsi başa çatdırılacaqdır. Vergi orqanının qurumları arasında düzgün koordinasiya olacağı təqdirdə bu müddəti daha da qısaltmaqla borcun tam olaraq ödənilməsi mümkündür. Əlavə olaraq qeyd edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilən “Özəlləşdirilən dövlət müəssisələrinin ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi” Qaydalarının 3-cü bəndi - dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına yaranmış borcların (əsas borc məbləği, bu borclara son hesabat tarixinə hesablanmış faizlərin və maliyyə sanksiyalarının məbləği daxil olmaqla) silinməsi, həmçinin həmin Qaydaların 6-cı bəndi - idarəetməyə verilən müəssisələrin borclarının ödənilməsinin tənzimlənməsi üzrə güzəştlərin nəzərə alınması şərtlərinə uyğun olaraq həyata keçirilir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs etirazının məzmununa uyğun izahat verərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxxxx 1978-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1qayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 42733,72 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 0,24 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Maraqlı şəxs tərəfindən təqdim edilmiş 26 yanvar 2022-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə müqaviləyə əsasən, satıcı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129 799 ədəd səhmini satır, alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin səhmləri investisiya müsabiqəsində təqdim etdiyi və ümumi həcmi 1 510 000 manat təşkil edən investisiya qoyuluşuna dair 12 aylıq İnvestisiya Proqramında və müqavilənin 4.2.1-4.2.5-ci bəndlərində göstərilmiş öhdəliklərin yerinə yetirilməsi müqabilində alır. Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış səhmlər üzərində mülkiyyət hüququ alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilənin 8-ci maddəsinə uyğun olaraq müqavilə öhdəlikləri yerinə yetirildikdən sonra keçir. Səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçənədək səhmlərin mülkiyyətçisi qismində satıcı çıxış edir. Müqavilənin 8.1-ci bəndinə əsasən səhmlər üzərində mülkiyyət hüququ alıcıya müqavilənin 4.2.1-4.2.5., 7.2. və 7.3-cü bəndlərində göstərilmiş öhdəliklər yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq keçir Göründüyü kimi, maraqlı şəxsin etirazını əsaslandırdığı 26 yanvar 2022-ci il tarixli investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqısı müqaviləsinin şərtlərinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzərində mülkiyyət hüququ müqavilə ilə üzərinə qoyulan öhdəlikləri yerinə yetirdikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir. Etirazın məzmunundan da görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə öhdəliklərini hazırkı vaxtadək yerinə yetirməmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsi və hüquqi şəxs haqqında məlumatla müəyyən olunur ki, ərizədə göstərilən borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur və həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 sentyabr 2022-ci il tarixinə hesablanmış 42733,72 (qırx iki min yeddi yüz otuz üç manat 72 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə və 0,24 (24 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri - xx xxxxxxxx 1978-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar