Məhkəmə qərarları › İş №e-2-2(119)-176/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-176/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-176/2023 23.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Əliyev Əlibaba Ərzuman oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 103.203 (yüz üç min iki yüz üç manat) manat əsas borc, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, S005 nömrəli “Malların alqı-satqısına dair müqavilə”nin 9.3-cü bəndinə müvafiq olaraq gecikdirilən ödənişlərin dəyərinə mütənasib olaraq hesablanmış 26.868,6 (iyirmi altı min səkkiz yüz altmış səkkiz manat 60 qəpik) manat cərimə, ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 130.492,6 (yüz otuz min dörd yüz doxsan iki manat 60 qəpik) manat məbləğində olan pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X2 tərəfindən mübahisə üzrə tərtib olunaraq İddiaçı və Cavabdeh direktorları tərəfindən imzalanmış 08 fevral 2023-cü il tarixli Barışıq sazişi məhkəməyə təqdim edilmiş və həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi xahiş olunmuşdur. Həmçinin Vəkil və X2 məhkəməyə ərizə təqdim edərək 08 fevral 2023-cü il tarixli Barışıq sazişinin 1.1 və 2.7-ci bəndlərində texniki səhvə yol verilərək “Sumqayıt” sözü əvəzinə “Bakı” sözünün qeyd olunduğunu bildirmiş, Sazişin həmin bəndlərində “Bakı” sözünün “Sumqayıt” kimi oxunmasını və barışıq sazişinin həmin redaksiyada təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş Barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 08 fevral 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmış və həmin Barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə İddiaçı və Cavabdehin iddiaçıya olan borcunun hissəvi ödənilməsi ilə əlaqədar aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər: 1.Sazişin predmeti 1.1. Bu Sazişin predmeti Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(119)-176/2023 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə və hissəvi şəkildə ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır ki, Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 107071 (yüz yeddi min yetmiş bir) manat (77903 manat əsas borc, 26868 manat cərimə borcu və 2300 manat məbləğində sonradan yaranmış inzibati-məhkəmə xərclərinə görə borc) təşkil edir, lakin borc məbləğinə 26868 manat məbləğində güzəşt edilərək 80203 (səksən min iki yüz üç) manat kimi müəyyənləşdirilir.

2. Tərəflərin öhdəlikləri 2.1. Cavabdeh öhdəlik götürür ki, Sazişin 1.2-ci bəndində göstərilən borcunu aşağıdakı qaydada (müvafiq hissələrlə, məbləğlərlə və müddətdə) iddiaçıya ödəyəcək: 2.1.1. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.1.2. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.1.3. 56519 (əlli altı min beş yüz on doqquz) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.1.4. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.1.5. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək. 2.2. Dəbbə pulunun (cərimə) hesablanması Sazişin imzalandığı andan xx.xx.2023cü ilədək dayandırılır. 2.3. Saziş tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra cavabdeh və iddiaçı saziş əsasında iş üzrə sazişin təsdiq edilərək icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.4. Cavabdeh sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni sazişin 2.1-ci bəndində müəyyən edilmiş tarixlərin biri və ya bir neçəsi üzrə tam ödənişi həyata keçirməzsə və ya ödənişi qismən həyata keçirərsə, iddiaçı tərəfindən cavabdehə sazişin 1.2-ci bəndində qeyd olunmuş güzəşt tətbiq edilmir və sazişin 2.2-ci bəndində göstərilmiş hesablanmayan cərimə (dəbbə pulu) yenidən hesablanır. 2.5. Tərəflər razılaşır ki, sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə, cavabdeh iddiaçıya sazişin 1.2-ci bəndində qeyd edilən ümumi borcu tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.6. Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə iddiaçı hissəvi ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (Sazişin 2.4-cü bəndinin hər hansı yarımbəndində müəyyən edilmiş ödəniş üzrə tarix) növbəti günü sazişin 2.4-cü bəndi nəzərə alınmaqla, borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.7. İddiaçı öhdəlik götürür ki, cavabdehin sazişin 2.1-ci bəndini tam şəkildə icra etməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(119)- 3/2023 saylı qərardadı ilə cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin ləğv olunması üçün dərhal müvafiq məhkəməyə ərizə ilə müraciət edəcəkdir. 2.8. Hər bir tərəf Sazişin qüvvəyə minməsindən sonra digər məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar 3.1. Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. 3.2. Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 08 fevral 2023-cü il tarixli Barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 08 fevral 2023-cü il tarixli Barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-176/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2023-cü il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Sazişin predmeti 1.1. Bu Sazişin predmeti Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(119)-176/2023 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə və hissəvi şəkildə ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır ki, Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 107071 (yüz yeddi min yetmiş bir) manat (77903 manat əsas borc, 26868 manat cərimə borcu və 2300 manat məbləğində sonradan yaranmış inzibati-məhkəmə xərclərinə görə borc) təşkil edir, lakin borc məbləğinə 26868 manat məbləğində güzəşt edilərək 80203 (səksən min iki yüz üç) manat kimi müəyyənləşdirilir.

2. Tərəflərin öhdəlikləri 2.6. Cavabdeh öhdəlik götürür ki, Sazişin 1.2-ci bəndində göstərilən borcunu aşağıdakı qaydada (müvafiq hissələrlə, məbləğlərlə və müddətdə) iddiaçıya ödəyəcək: 2.6.1. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.6.2. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.6.3. 56519 (əlli altı min beş yüz on doqquz) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.6.4. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək; 2.6.5. 5921 (beş min doqquz yüz iyirmi bir) manat hissəni xx.xx.2023-cü il tarixinədək. 2.7. Dəbbə pulunun (cərimə) hesablanması Sazişin imzalandığı andan xx.xx.2023cü ilədək dayandırılır. 2.8. Saziş tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra cavabdeh və iddiaçı saziş əsasında iş üzrə sazişin təsdiq edilərək icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.9. Cavabdeh sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni sazişin 2.1-ci bəndində müəyyən edilmiş tarixlərin biri və ya bir neçəsi üzrə tam ödənişi həyata keçirməzsə və ya ödənişi qismən həyata keçirərsə, iddiaçı tərəfindən cavabdehə sazişin 1.2-ci bəndində qeyd olunmuş güzəşt tətbiq edilmir və sazişin 2.2-ci bəndində göstərilmiş hesablanmayan cərimə (dəbbə pulu) yenidən hesablanır. 2.10.Tərəflər razılaşır ki, sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə, cavabdeh iddiaçıya sazişin 1.2-ci bəndində qeyd edilən ümumi borcu tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.9. Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə iddiaçı hissəvi ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (Sazişin 2.4-cü bəndinin hər hansı yarımbəndində müəyyən edilmiş ödəniş üzrə tarix) növbəti günü sazişin 2.4-cü bəndi nəzərə alınmaqla, borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.10.İddiaçı öhdəlik götürür ki, cavabdehin sazişin 2.1-ci bəndini tam şəkildə icra etməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(119)- 3/2023 saylı qərardadı ilə cavabdehin bank hesabları üzərinə qoyulmuş həbsin ləğv olunması üçün dərhal müvafiq məhkəməyə ərizə ilə müraciət edəcəkdir. 2.11.Hər bir tərəf Sazişin qüvvəyə minməsindən sonra digər məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar 3.1. Sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. 3.2. Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-176/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar