Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1782/2024 03.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı 02 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 2023-18 saylı müqavilə üzrə 37000 (otuz yeddi min) manat əsas borcun, 1961 (min doqquz yüz altmış bir) manat cərimə borcunun və 207 manat dövlət rüsumu olmaqla ümumilikdə 39,168 (otuz doqquz min yüz altmış səkkiz) manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023-18 saylı müqaviləyə əsasən Satıcı bu Müqavilənin əlavələri ilə müəyyən olunan malları Alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edib onun dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.3.-cü maddəsinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 %-i miqdarında cərimə ödəməlidir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDP 950299 saylı elektron qaimə ilə 8000 manat, xx.xx.2023-cü il tarixli EBDT 082374 saylı elektron qaimə ilə 8000 manat, xx.xx.2023-cü il tarixli EBDV 055239 saylı elektron qaimə ilə 30000 manat, xx.xx.2023-cü il tarixli EBDV762687 saylı elektron qaimə ilə 20000 manat dəyərində elektron qaimə cavabdehə göndərilmiş, həmin məbləğdən müxtəlif vaxtlarda 29000 manat ödənilsə də 37000 (otuz yeddi min) manat borc bu günə qədər ödənilməmişdir. “X3” MMC-nin adı xx.xx.2024-cü il tarixdə dəyişdirilərək "xxxx" MMC olmuşdur. Cavabdehə satılmış bütün mallar cavabdeh tərəfindən təhvil-qəbul aktı ilə təhvil alınmış və həmin aktlarda hər hansı əlavə qeydlər aparılmamışdır. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilərək 37000 (otuz yeddi min) manat əsas borcun, 1702 manat cərimə borcunun 3 (üç) gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də hazırda iddiaçının məhkəmə müdafiəsi hüququndan istifadə olunması zərurəti yaranmışdır. Sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə olduğundan xx.xx.2024-cü il tarixə olan gecikdirilən günlərin sayı 53 gün edir. Bu isə əlavə olaraq 1961 manat (37.000 x 0.1% x 53 gün) cərimə borcunun yaranmasına səbəb olmuşdur.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli olmasını” bildirmiş və 06 oktyabr 2023-cü il tarixli 2023-18 saylı müqavilə üzrə 37000 (otuz yeddi min) manat əsas borcun, 1961 (min doqquz yüz altmış bir) manat cərimə borcunun və 207 manat dövlət rüsumu olmaqla ümumilikdə 39,168 (otuz doqquz min yüz altmış səkkiz) manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan işə baxılmasını, iddia tam əsassız olduğundan iddianı qəbul etmədiyini bildirmişdir. Eyni zamanda, ərizədə qeyd edilmişdir ki, tərəflər arasında müqavilə bağlansa da, lakin iddaçı tərəf müqavilənin şərtlərinə əməl etməmişdir. Müəssisəyə müqavilədə qeyd olunduğu kimi mal daxil olmamışdır. Belə olan halda hansı ödənişdən söhbət gedə bilər. Malın müəssisəyə daxil olması barədə iddiaçı tərəfdən hər hansı sənəd və ya alt qaimə tələb edilməsini, iddiaçı tərəfindən aldadıqlarını, cavabdeh tərəfindən müqavilənin ləğv olunması barədə artıq qarşı tərəfə poçt vasitəsi ilə müraciət etdiyini, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
8. Belə ki, iş materiallarından görünür ki, “Satıcı” - İddiaçı “Alıcı” - "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 06 oktyabr 2023-cü il tarixli 2023-18 nömrəli alqı-satqı müqavilə bağlanmışdır.
9. İş materialları ilə müəyyən olunur ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı "xxxx", daha sonra isə Cavabdeh olaraq dəyişmişdir.
10. 06 oktyabr 2023-cü il tarixli 2023-18 nömrəli alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən "Satıcı” “Alıcının” sifarişi ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1 göstərilən miqdarda və dəyərdə malları “Alıcıya" təqdim etməklə onun mülkiyyətinə verməyi, "Alıcı” isə həmin malları qəbul edib onun dəyərini bu Müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öz öhdəsinə götürür.
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2" ilə müəyyən edilir.
12. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək, Alıcı bu müqavilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda Müqavilədən birtərəfli qaydada imtina etmək, Alıcının təqsiri nəticəsində vurulan zərərin ödənilməsini tələb etmək satıcının hüququdur.
13. Həmin müqavilənin 5.2.1-ci bəndinə əsasən, malı Müqavilə ilə müəyyən edilmiş qaydada Alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir.
14. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, Tərəflər bu Müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımsız şəkildə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər.
15. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
16. İş materiallarında olan 06 oktyabr 2023-ci il tarixli 000821 nömrəli malların təhviltəslim Aktına əsasən, 8000 manat dəyərində “File” adlı məhsullar, 20 noyabr 2023-ci il tarixli 134054 nömrəli malların təhvil-təslim Aktına əsasən, 8000 manat dəyərində “File” adlı məhsullar, 14 dekabr 2023-ci il tarixli 134055 nömrəli malların təhvil-təslim Aktına əsasən, 30000 manat dəyərində “file” və “toyuq” adlı məhsullar, 22 dekabr 2023-ci il tarixli 134056 nömrəli malların təhvil-təslim Aktına əsasən, 20000 manat dəyərində “toyuq” adlı məhsullar İddiaçı tərəfindən alıcı "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir.
17. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 950299 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura ilə ümumi dəyəri 8000 manat olan, 20 noyabr 2023-cü il tarixli EBDT seriyalı 082374 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura ilə ümumi dəyəri 8000 manat olan, 14 dekabr 2023-cü il tarixli EBDV seriyalı 055239 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura ilə ümumi dəyəri 30000 manat olan, 22 dekabr 2023-cü il tarixli EBDV seriyalı 762687 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura ilə ümumi dəyəri 20000 manat olan məhsullar İddiaçı tərəfindən "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarının 37-ci bəndinə əsasən, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
22. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında alq-satqı müqaviləsi bağlanmaqla yanaşı, tərəflər arasında işgüzar adətlər olmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdehnə məhsullar satılmış və cavabdeh tərəfindən həmin məhsullar üzrə müəyyən ödənişlər olmuşdur. Hazırda, işin konkret halları ilə müəyyən olunur ki, 06 oktyabr 2023-cü il tarixli 2023-18 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə 37000 (otuz yeddi min) manat əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir.
23. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
31. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
33. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Uğur-RC" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ilə arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli 2023-18 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 37000 (otuz yeddi min) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
36. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1961 (min doqquz yüz altmış bir) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1850 (min səkkiz yüz əlli) manat məbləğində cərimə tutulmalıdır.
38. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 207 (iki yüz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 206,55 (iki yüz altı manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 06 oktyabr 2023-cü il tarixli 2023-18 nömrəli alqı-satqı müqaviləsi üzrə 37000 (otuz yeddi min) manat məbləğində əsas borc, 1850 (min səkkiz yüz əlli) manat cərimə və 206,55 (iki yüz altı manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39056,55 (otuz doqquz min əlli altı manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
42. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “Uğur-RC" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 37000 (otuz yeddi min) manat məbləğində əsas borc, 1850 (min səkkiz yüz əlli) manat cərimə və 206,55 (iki yüz altı manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39056,55 (otuz doqquz min əlli altı manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İslam Əliyev